GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Səlim Müslümovun pensiya gizlini

Səlim Müslümovun pensiya gizlini

Tarix: 21-02-2013, 09:58 Bölmə :Manşet Baxış: 1 827
Səlim Müslümovun pensiya gizlini

Pensiya artımına hazırlıq gedir, artımla ən az maraqlananlar isə elə pensiyaçılardır

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov yaxın vaxtlarda pensiyaların baza hissəsinin artırılacağını vurğulayıb. S.Müslümovun sözlərinə görə, mövcud imkanlar belə bir artım üçün kifayət qədər əsas verir. Lakin S.Müslümovun bu bəyanatı nə pensiyaçılar, nə də iqtisadçı-ekspertlər tərəfindən ciddi qəbul edilməyib. Buna səbəb bundan öncəki artımların da cüzi xarakter daşıması və pensiyaçıların sosial durumuna qismən də olsa təsir göstərməməsidir.

Pensiyaçılar bu dəfə də inamsızdır

S.Müslümovun son bəyanatı da pensiyaçılar tərəfindən inamsızlıqla qarşılanıb. Bununla bağlı əməkdaşımızın sualını cavablandıran paytaxt sakini Teymur Mustafayev öz inamsızlığını oxşar bəyanatlara öyrəncəli olması ilə izah edib: “Bu dövlət yetkililərinin pensiya artımı ilə bağlı ilk açıqlaması deyil. Bundan öncə də illər uzunu ölkə məmurları pensiyaların artırıldığını bildirsə də, bu artım hər zaman cüzi olub və bizim dolanışığımıza təsir göstərməyib. Pensiyallar bir qayda olaraq 1,5-2 manat məbləğində artır ki, bu da sadəcə olaraq pensiyaçıları ələ salmaq, ictimaiyyəti aldatmaq deməkdir. Güman edirəm ki, Səlim Müslümovun vəd etdiyi bu dəfəki artım da məhz bu cür artımlardandır. Buna görə də, bu artımın vəziyyətimizi yaxşılaşdıracağına ümid etmirəm. Hətta hesab edirəm ki, bu şəkildə artım həyata keçirməkdənsə, etməsələr daha yaxşı olar. Ən azından insanlar ümidlə gözləməz və sonunda məyus olmazlar”.

Səlim Müslünov yetim sevindirir?

Digər pensiyaçı Tahir Babayev də vəd edilən artıma o qədər də ümid etmədiyini vurğuladı. Pensiyaçının sözlərinə görə, bu günə qədər onları oxşar bəyanatlarla o qədər aldadıblar ki, artıq dövlət məmurlarına inamlarını itiriblər: “Az qala hər 3-4 aydan bir televiziyalarda pensiyaların artırıldığı və ya artırıla biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Lakin nəticədə pensiyalar 2-3 manat məbləğində artırılır ki, bu da pensiyaçıya hansısa problemini həll etməyə imkan vermir. Ümumiyyətlə, bu gün pensiyaçıların böyük əksəriyyətinin ciddi məhrumiyyətlər içində olduğu hər kəsə bəllidir. Yaxşı olardı ki, məmurlar pensiyaları müəyyənləşdirərkən özlərini həmin pensiyaçıların yerinə qoysunlar. Düşünsünlər ki, bu qədər minimal bir vəsaitlə özləri dolana bilərlərmi? Əgər onlar bununla dolana bilərsə, demək biz də dolana bilərik. Bu baxımdan pensiya artımı ilə bağlı deyilən vədləri ciddi qəbul etmirəm. Yetim sevindirən kimi bizi sözdə çox sevindirsələr də, əməldə kimsə sevindirməyim. Ona görə də yalandan özümüzü aldatmağı lazım bilmirik”.

Ekspertlər nə deyir?

Pensiyaların əsaslı şəkildə artırıla biləcəyi ehtimalı iqtisadçı-ekspertlər tərəfindən də inandırıcı hesab edilmir. Bununla belə, mütəxəssislərin fikrincə, hər şey yenə də hökumətin iradəsindən, onun istəyindən asılıdır. Iqtisadçı Rövşən Ağayevin sözlərinə görə, baş verəcək artımın pensiyaçıların sosial rifahına nə dərəcədə təsir göstərəcəyi bu artımın səviyyəsindən asılı olacaq: “Pensiyalar bəlli bir müddətdir ki, 85 manat olaraq qalır. Əvəllər pensiyanın baza hissəsi minimum əmək haqqına bağlanmışdı. Daha sonra səhv etmirəmsə, 2010-cu ildə yeni hesablama qaydaları tətbiq olunmağa başladı. Hazırda vəd edilən artımın pensiyaçıların büdcəsinə necə, hansı dərəcədə təsir göstərəcəyinə gəlincə, bu, artımın səviyyəsindən asılı olacaq. Pensiyanın hesablanma qaydası 2006-cı ilin yanvarın 1-dən sonra sığorta əsasında hesablanır. Məsələn, öncə sənin maaşından əmək haqqı fonduna tutulan yığımlar hesablanır, bundan sonra alacağın pensiya müəyyənləşdirilir. Ondan əvvəl sığorta yığımlarını hesablamaq üçün 170 manatı staja vurur, 24 aya bölürdülər. Yəni hesablama iki mərhələdən ibarətdir. Biri var baza hissəsi, hansı ki, bu vaxta qədər dəyişməyib və 85 manatdır. Biri də var sığorta hissəsi. 2006-cı ilin 1 yanvar tarixinə qədər bir hesablama qaydası, bu tarixdən başlayaraq digər hesablama qaydası var. Iki hesablama sistemi əsasında alınan sığorta haqları baza hissəsinin üstünə əlavə olunur”.
Ekspertin qənaətincə, pensiyaların baza hissəsindəki artım nə qədər yüksək olacaqsa, pensiyalardakı artım da bir o qədər çox olacaq: “Baza hissəsi ilə sığorta hissəsi bir yerdə pensiya hissəsini əmələ gətirdiyinə görə, baza hissəsinin artımı pensiya artımına təsir göstərəcək. Sadəcə bu artım nə qədər olacaq, bu məlum deyil. Bizdə pensiyaların indeksasiyasını apardılar. Keçən il bu rəqəm 1, 1% təşkil edib. Pensiyalar bu hesabla 1 manat, 1, 5- 2 manat səviyyəsində artıb. Bu, çox aşağı artımdır. Bu, sığorta hissəsinin indeksasiyası ilə bağlıdır. Əgər baza hissəsini beş manat məbləğində artıracaqlarsa, bu o deməkdir ki, pensiyalar da müvafiq olaraq beş manat artırılacaq. Lakin artımın hansı səviyyədə olacağı bəlli olmadığı üçün onun pensiyaçıların sosial həyatına təsiri haqqında danışmaq mümkün deyil. Ola bilsin ki, hökumət pensiyaların baza hissəsini birdən-birə 30-40 manat həcmində artırsın. Əgər belə olarsa, o zaman artım daha çox olacaq”.

Şamil Əlibəyli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pensiya artdı: kim nə qədər alacaq?

    Pensiya artdı: kim nə qədər alacaq? ...

    5-02-2014, 22:44

  • 
  • Səlim Müslümovun qohumu polis rəisi təyin olunur

    Səlim Müslümovun qohumu polis rəisi təyin olunur ...

    25-11-2013, 15:54

  • 
  • Pensiyalar nə qədər artdı? - ŞƏRH

    Pensiyalar nə qədər artdı? - ŞƏRH ...

    28-01-2015, 00:24

  • 
  • Səlim Müslümovun müavininin  “huşsuzluğu”

    Səlim Müslümovun müavininin “huşsuzluğu” ...

    25-11-2013, 14:29

  • 
  • Ağsu: Səlim Müslümov və qohumlarının girovuna çevrilən rayon

    Ağsu: Səlim Müslümov və qohumlarının girovuna ...

    25-11-2014, 19:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu