GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Ölkədə bank bataqlığının ikinci dalğası başlayır

Ölkədə bank bataqlığının ikinci dalğası başlayır

Tarix: 4-11-2017, 13:27 Bölmə :İqtisadiyyat Baxış: 395
Ölkədə bank bataqlığının ikinci dalğası başlayır


Azərbaycanda problemli kreditlər məsələsi bank sistemi, əhali və biznes üçün ən böyük problemlərdən biri olmaqla, getdikcə dərinləşməkdədir. Belə ki, ölkədə qaytarılmayan kreditlərlə yanaşı, onları qaytara bilməyənlərin məhkəməyə verilməsi halları da artıb.

Bu barədə məlumat verən hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, bankların məhkəmələrə daha çox üz tutmaları qanunvericiliyin tələbindən irəli gəlir. Mütəxəssis deyir ki, qanunvericiliyə əsasən kredit müqaviləsinin müddəti bitdikdən bir qədər sonra bankların məhkəmədə iddia qaldırması mümkünsüz olur: “İddia müddətini itirməmək üçün banklar məcburdurlar ki, müqavilə dövrü bitən kreditlərlə bağlı məhkəməyə müraciət etsinlər. Buna görə də son aylarda belə iddiaların sayı artıb.”
Ə.Həsənovun sözlərinə görə, iddia müddəti bitməyən, xüsusilə məbləği 3 min manatdan aşağı olan problemli kreditlərlə bağlı banklar məhkəməyə getməkdə maraqlı deyillər: “Bu, banklara iki baxımdan sərf etmir: işçi heyətin sayı imkan vermir, əlavə işçi götürmək isə əlavə xərclər deməkdir. Bundan başqa, banklarla məhkəmələr arasındakı münasibətlərin forması da bu prosesdə bankların xərclərini artırır. İkinci səbəb isə budur ki, banklar məhkəməyə verdikləri şəxslərin hüquqşünaslara üz tutaraq, özünü müdafiə edəcəyi, bu üzdən də məhkəmə prosesinin azı ilyarım-iki il yubanacağını bilirlər. Son vaxtlar bu sahədə çox yaxşı ixtisaslaşmış hüquqşünaslar təbəqəsi yetişib və onlar peşəkarcasına davranırlar. Bir çox hallarda isə bank prosesi udsa belə, məlum olur ki, kreditorun borcu qaytarmaq imkanı yoxdur. Bu zaman borclunun həbsi də gözlənilən effekti vermir. Buna görə də banklar çalışırlar ki, borclularla dil tapsınlar, müəyyən güzəştlər edirlər. Məsələn, hazırda banklar var ki, dollarla olan kreditləri 1.30-1.40 AZN məzənnəsi ilə manata çevirirlər. Xüsusilə borc məbləği böyük olanda banklar bilirlər ki, camaatın qaytarmaq imkanı olmayacaq onsuz da.”

Borcları toplayan dövlət qurumu fırıldağı

Hüquqşünas çox maraqlı bir faktı da açıqladı: “Son həftələrdə mənə vətəndaşlardan müraciət olurdu ki, kimlərsə zəng vurub özlərini Ölkədaxili Borcların Yığılması İdarəsinin nümayəndəsi kimi təqdim edərək, onlara hədə-qorxu gəlirlər, haralarasa çağırırlar. Bu gün həmin vətəndaşlardan biri dəvəti qəbul edərək ona deyilən ünvana gedib. 9-cu mikrorayonda ”Tərlan" şadlıq evinin yanında yerləşən bir ofis olub. Vətəndaş gedəndə görüb üzərində “Kollektor” yazılıb. Orada ona deyiblər ki, guya bunlar dövlət qurumudurlar, qaytarılmayan kreditlərin toplanması üçün yaradılıblar. Həmin şəxs mənimlə daim təmasda olan adamdır, qanundan da başı çıxır. Ona görə də onlara cavab verib ki, belə bir dövlət qurumu yaradılmayıb, siz yalan danışırsınız. Dediyinə görə, ofisin qarşısında xeyli sayda insan varmış - hamını qorxudub yığırlar, müxtəlif yollarla təzyiq edirlər. Bu, tamamilə qanunsuz bir fəaliyyətdir. Hətta kollektorların fəaliyyəti də qanunsuzdur."

Ə.Həsənov deyir ki, banklar “Bank sirri haqqında” qanunu pozaraq, vətəndaşların borcu barədə məlumatı müxtəlif saxta qurumlara təqdim edirlər: “Buna görə də vətəndaşlara bir daha müraciət edirəm ki, yalnız bankın nömrəsindən gələn zənglərə cavab verin.”

Problemli kreditlərin real həcmi nə qədərdir?

Mütəxəssisin sözlərinə görə, problemli kreditlərin həcmi rəsmi açıqlanandan ikiqat çoxdur. Bəs banklar niyə qaytarılmasında problem yaranan kreditlərin həcmini gizlədirlər? Ə.Həsənov bunun bir neçə səbəbinin olduğunu deyir: “Əvvəla, ona görə ki, banklar problemli kreditlərin həcminə uyğun ehtiyat saxlamalıdılar. Bu ehtiyatı ayırdıqda isə bankların aktivləri azalır, bu isə Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ aktlarının və qanunvericiliyin tələblərinin pozulması deməkdir. İkincisi, problemli kreditlərin çox olması maliyyə göstəricilərini pisləşdirir ki, bu da xarici maliyyə qurumlarından kredit almanı çətinləşdirir, eyni zamanda əhalidə həmin banka etimadı zəiflədir və əmanət qoyuluşunu azaldır. Nəhayət, daha bir mühüm səbəb banklar tərəfindən böyük həcmdə kreditlərin faktiki olaraq qanunvericiliyin tələblərinə zidd, girovsuz verilmiş olmasıdır. Bildiyiniz kimi, neft gəlirlərinin axını olan dövrdə banklar vəsait əldə etməkdə heç bir çətinlik yaşamırdılar. Həm əmanətlər çox idi, həm əhali kreditləri vaxtında qaytarırdı, həm də xaricdən cüzi faizlə kreditlər cəlb edə bilirdilər. Vəsaitlərin belə bolluğu şəraitində bank sahibləri və inzibatçıları onları ələ keçirməyə başladılar. Mərkəzi Bankın həmin illərə dair məlimatlarında orta kredit faizi olaraq 10-11 faiz qeyd olunub. Halbuki reallıqda bu rəqəm 20-25 faizdən aşağı olmayıb. Bəs bu 10-11 faiz necə yaranırdı: bank sahibləri böyük həcmdə vəsaitləri əksər hallarda kağız üzərində olan biznes subyektlərinə, yaxud rüşvət müqabilində həqiqi biznes qurumlarına çox cüzi faizlə verirdilər. Həmin kreditlərin hesabına ölkədə kreditlər üzrə orta faiz dərəcəsi aşağı çıxırdı. Beləliklə də, əhali və vicdanlı sahibkarların ödədiyi yüksək faizlər hesabına yüz milyonlarla vəsaiti oğurlayıb üstünü basdıra bilirdilər. Amma 2015-ci il devalvasiyadan sonra onların vəziyyəti pisləşdi və ödənişlərdə problem yarandı, oğurluqları ört-basdır etmək mümkün olmadı”.
İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, vaxtı keçmiş kreditlər hazırda bankların iflic vəziyyətində olmasının ən başlıca səbəbidir: “Bankın gəliri götürdüyü əmanətləri, kreditləri yenidən dövriyyəyə buraxaraq gəlir götürməkdir. Bank verdiyi kreditləri geri qaytara bilmirsə, fəaliyyəti iflic vəziyyətə düşür. Qeyd edim ki, bu problem neftin qiymətinin düşməsi, yaxud devalvasiya ilə yaranmayıb. Onun əsası 2011-ci ildən də əvvəl qoyulub: banklar kreditləri necə gəldi payladıqları dövrdə. Bu da ona görə baş verdi ki, ölkədə gəlir bolluğu vardı, əmanət qoyanlar çox idi. Üstəlik, xarici maliyyə qurumları ölkənin maliyyə vəziyyətinin yaxşı olmasını nəzərə alaraq banklara aşağı faizlə kreditlər ayırırdılar. Neftin qiyməti düşüb, ölkənin iqtisadi vəziyyəti ağırlaşan kimi bu yaranın üstü açıldı.”
P.Heydərov da o fikirdədir ki, rəsmi rəqəmlər problemli kreditlərin real həcmini ifadə etmir: “Banklar real rəqəmləri ona görə gizlədirlər ki, kreditlərin böyük hissəsini qanunvericiliyə uyğun olmadan veriblər. Adi bir vətəndaş gedib 10 min manat istəyəndə 25 sənəd istəyirdilər. Amma elə adamlar var ki, heç bir girov tələb olunmadan yüz milyonlarla manat kredit ayırıblar. İndi də bu problem bankların fəaliyyətini iflic vəziyyətə salıb”.

Problemin həllinə ikili yanaşma

Ə.Həsənov deyir ki, 5-6 ay ərzində bankların problemli kreditlərinin 60-70 faizinin qaytarılmasını təmin etmək mümkündür: “Bütün banklar üzrə 1-2 ay ərzində yoxlama aparıb kreditlərin kimlərə verildiyini müəyyənləşdirmək, daha sonra həmin şəxsləri aldıqlarını geri qaytarmaq olar. Bunu etmirlər, çünki maliyyə sektorunu idarə edən qurumların məsul şəxsləri ilə banklar çulğalaşıb - onlar müxtəlif tellərlə bir-birinə elə bağlanıblar, maraqlar elə qovuşub ki, hansısa radikal addımlar atmaq mümkün olmur. Məsələn, indiyədək müflis olmuş ən böyük bank olan ”Standardbank"ın verdiyi 700-800 milyon manat kreditin 58 faizinin heç bir girov təminatı yoxdur. Axtarsan, bütün banklarda eyni vəziyyət olduğu üzə çıxacaq".
P.Heydərovun fikrincə isə, yaranmış problemi həll etmək üçün hansısa cəza metodları effekt verməyəcək: “Nə banklar, nə biznes, nə də əhali bu kreditlərin ödənməsi, yaxud bağlanması işinin öhdəsindən təkbaşına gələ bilməz. Bu qədər vəsaiti birdəfəlik dövlətin üzərinə götürməsi də qeyri-mümkündür. Buna görə də problemin həlli məsuliyyətin 3 tərəf arasında bölüşdürülməsindən keçir. Bu məqsədlə Beynəlxalq Bank nümunəsindən istifadə edilə bilər. Bunun üçün də hökumət tərəfindən kompleks tədbirləri əhatə edən böyük bir plan hazırlanmalıdır. Bütün banklar restrukturizasiya olunmalı, problemli kreditlərin bağlanması üçün məsuliyyət əhali-Mərkəzi Bank-kommersiya bankları arasında bölüşdürülməlidir. Mərkəzi Bank və ya digər dövlət qurumu kreditlərin mühüm bir hissəsini əhali adından banklara ödəyə bilər. Bunun üçün Dövlət Neft Fondunun vəsaitlərindən də istifadə oluna bilər. Əslində ən əlverişli mənbə də elə Neft Fondudur. Bu halda əhaliyə ödəniş üçün daha uzunmüddətli dövr müəyyənləşdirmək imkanı yaranar. bilər. Çünki bankların hazırkı vəziyyəti uzunmüddətli dövrdə ödənişləri gözləməyə imkan vermir, dövlətin isə bu imkanı var: dünya bazarında neftin qiyməti artır, iqtisadiyyat böhrandan çıxmağa başlayır. Yəni indi bu problemi dediyim yolla həll etmək üçün ən münbit şərait yaranıb. Ən geci 2018-ci ilin birinci yarısında bu istiqamətdə konkret addımlar atılmalıdır. Əks halda, yaxın müddətli dövrdə bank sistemini böhrandan çıxarmaq qeyri-mümkündür”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Problemli kreditlərlə bağlı şok açıqlama

    Problemli kreditlərlə bağlı şok açıqlama ...

    14-05-2015, 13:58

  • 
  • “Məhkəmlərdə problemli kreditlərlə bağlı 800 min iş var” - Ekspert

    “Məhkəmlərdə problemli kreditlərlə bağlı 800 min ...

    25-09-2017, 19:16

  • 
  • "Problemli kreditlərlə bağlı banklarla müzakirələr başlayib"

    "Problemli kreditlərlə bağlı banklarla ...

    30-05-2017, 11:20

  • 
  • Banklar öz filiallarını bağlayırlar (VİDEO)

    Banklar öz filiallarını bağlayırlar (VİDEO) ...

    1-02-2014, 00:46

  • 
  • Problemli kreditlərlə bağlı daha bir XƏBƏR

    Problemli kreditlərlə bağlı daha bir XƏBƏR ...

    15-12-2016, 11:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (32)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu