Bakıdan Türkiyəyə istirahətə gedənlərin sayında azalma olub
Bakıdan Türkiyəyə istirahətə gedənlərin sayında təxminən 5 faiz azalma var. apardılan araşdırmalar nəticəsində məlum olub ki, "Gezi parkı" çaxnaşmaları ilə əlaqədar qonşu ölkəyə gedənlərin sayında müəyyən qədər azalmalar olub. Əsas da İstanbul istiqamətinə istirahətə gedənlər öz biletlərini geri qaytarıblar, yaxud da, gedəcəkləri vaxtı dəyişdiriblər.
Ümumiyyətlə Türkiyə istiqamətinə gedən turistlərin sayında hiss olunacaq dərəcədə dəyişiklik olmayıb. Sadəcə İstanbula və Ankaraya gedənlərın cüzi hissəsi öz səfərlərindən imtina edib.
Turizm şirkətlərindən bildirilir ki, hətta bu il “İstanbul Shopping”ə gedənlər gözlənildiyi kimi çox olmayıb. Bu da turizm şirkətlərinin büdcələrinə müəyyən qədər mənfi təsir göstərib.
Qeyd edək ki, bu yay ən çox Dubay, Rusiya, İran, Gürcüstan istiqamətinə gedənlərin sayı çoxalıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?