Geri qayıdanlar arasında lazımsız yerə deportasiya edilənlərin sayı çoxdur
Siyasət Rusiyada baş verən məlum olayalardan sonra, orada yaşayan Azərbaycan vətəndaşlarının kütləvi sürətdə vətənə dönüşü müşahidə edilir. Soydaşlarımızın vətənə qayıtmaları daha çox cənub bölgəsində müşahidə olunur. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, geri qayıdanlar arasında lazımsız yerə deportasiya edilənlərin sayında da artım müşahidə olunur.
İşləməyə gedən həmyerlilərimiz geri dönmələrinin səbəbini artıq bu şəhərdə gəlmələrə qarşı vəziyyətin mənfiyə doğru dəyişməsilə izah edirlər. Azərbaycanlı miqrantların əsas problemlərindən biri də Moskvadan gələrkən hava limanında xəbərdar edilmədən deportasiya edilmələridir.
Rusiyadan Azərbaycana uçan bütün aviareyslərdə deportasiya olunanlara rast gəlmək olur. Artıq xəbərsiz deportasiya prosesi adi hal aldığından Azərbaycan vətəndaşlarının əksəriyyəti evlərinə dönməkdən imtina edərək, gözləməyə üstünlük verir.
Lənkəran Beynəlxalq Hava Limanından verilən məlumata görə, cənub bölgəsindən Rusiyaya gedənlərin sayında kəskin azalma müşahidə olunur. Rusiyadan gələnlərin sayı olduqca çoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?