GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şəmkir, Tovuz, Qazax, Lənkəran - ən çox bu bölgələrdən Rusiyaya mühacirət ediblər

Şəmkir, Tovuz, Qazax, Lənkəran - ən çox bu bölgələrdən Rusiyaya mühacirət ediblər

Tarix: 19-11-2013, 12:51 Bölmə :Ölkə Baxış: 781
Şəmkir, Tovuz, Qazax, Lənkəran - ən çox bu bölgələrdən Rusiyaya mühacirət ediblər

“Bu gün Azərbaycanın ən çox Şəmkir, Tovuz, Qazax, Lənkəran, o cümlədən dağ rayonlarından, xüsusilə kənd təsərrüfatının və yerli infrastrukturun zəif inkişaf etdiyi rayonlardan xarici ölkələrə işləməyə gedənlərin sayı çoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin sədri Əlövsət Əliyev deyib. O, qeyd edib ki, əvvəllər Bakıdan və Sumqayıtdan gedənlər az idi və artıq bunlarla da bağlı artım müşahidə olunub.

“1992-95-ci illərdə Azərbaycanı tərk edənlər daha çox rusdillilər və müxtəlif azlıqların nümayəndələri idi. Amma 95-ci ildən Azərbaycandan xaricə gedənlər daha çox azərbaycanlılar olub və o vaxtdan etibarən miqrantlar daha çox Rusiya Federasiyasına üz tuturlar. Doğrudur, onların alternativ seçimləri də var. Qazaxıstana, Türkiyəyə və son hadisələrə qədər Ukraynaya gedənlərin sayı artıb”.

Ə. Əliyev əvvəlki illərlə müqayisədə hazırda Azərbaycandan xaricə işləməyə gedənlərin sayının azaldığını bildirib. “Az da olsa, artıq gedənlərin qayıdışı da hiss olunur. Çox təəssüf ki, Azərbaycanda doğulmuş və ayrı-ayrı ölkələrin vətəndaşlığını almış şəxslərin Azərbaycana qayıdışı ilə bağlı xüsusi dövlət proqramı mövcud deyil. Məsələn, Rusiya Federasiyasına 98-ci ildən əvvəl gedib, orada Rusiya pasportunu almış şəxslərin Azərbaycana qayıdışında ciddi problemlər mövcuddur. Dünyanın əksər ölkələrində belə bir proqram var. Azərbaycan nəinki belə proqram hazırlamır, qayıdanlara sahib çıxmır, hətta deyir ki, siz bizim vətəndaşımız deyilsiniz. Hətta Azərbaycan vətəndaşından Rusiya Federasiyasında doğulmuş və son hadisələrə görə yaranmış vəziyyətlə bağlı Azərbaycana qayıdanlara deyilir ki, “sən mənim vətəndaşım deyilsən”. Bununla bağlı dövlət siyasəti işlənməli və bu qanunvericiliyin təkmilləşdirilməsində də əks olunmalıdır”.

Birlik sədri bildirib ki, bu gün Rusiyadan qayıdanların sayında ciddi artım müşahidə olunmasa da, həmin şəxslərin bir qrupunun yenidən Rusiyaya geri qayıtmasında əngəl yaradılır. “Özünə xəbər vermədən Rusiyadan Azərbaycana gələrkən pasportunda deportasiya möhürü vururlar. Bu haqda şəxsin özünün məlumatı olmur. Təbii ki, bu azərbaycanlıların Rusiyadan qayıtmasına çox böyük təsir göstərir”.

Miqrant sayına görə öndə gedən bölgələrdən birini – 74 saylı Lənkəran kənd seçki dairəsini təmsil edən deputat Hadı Rəcəbli bildirib ki, əmək resursları çox olan ölkələrdən hər zaman miqrasiya olur. Odur ki, Azərbaycan da belə ölkələr sırasındadır. “Bu gün ölkədə ildə 130 min təbii artım olur. Bu artım onu göstərir ki, Azərbaycan təbii ehtiyat resursları çox olan ölkələr arasındadır. Bunun qarşısını heç vaxt almaq olmayacaq. Çünki ölkədə artım davam etdiyi üçün artım da davamlı olacaq. Lənkəranda məlum olduğu kimi doğum çox və ailədə uşaqların sayına görə ən çox olan bölgələrdəndir. Təbii artım çox olduğundan burada proses digər rayonlara nisbətən daha çoxdur. Buna baxmayaraq son proseslərə görə, geri dönənlər çoxalıb. Amma bu kütləvi şəkildə baş verməyib”.

Maraqlıdır ki, 107 saylı Qazax seçki dairəsindən seçilən millət vəkili Əhməd Vəliyev bildirib ki, Qazax bəlkə də yeganə rayondur ki, orada xarici ölkələrdə işləməyə gedənlər çox azdır. “Bəlkə də var. Amma çox cüzi miqdarda və demək olar ki, yox dərəcəsindədir. Qazax rayonunda sakinlər təsərrüfatları ilə məşğul olurlar. Bu barədə Qazax digər rayonlardan fərqlidir. Xaricə gedənlər ən çox mütəxəssis kimi və ya ticarətlə məşğul olmaq üçün getməlidirlər. Qazaxda da ticarətlə məşğul olanlar az olduğundan ölkə xaricinə gedənlərdə azdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cənub bölgəsində Rusiyaya gedənlər kütləvi şəkildə geri qayıdır

    Cənub bölgəsində Rusiyaya gedənlər kütləvi ...

    7-11-2013, 11:14

  • 
  • Türkiyədəki etirazlar Azərbaycana da ziyan vurub

    Türkiyədəki etirazlar Azərbaycana da ziyan vurub ...

    18-06-2013, 20:09

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Azərbaycanda hər ailəyə neçə avtomobil düşür? – STATİSTİKA

    Azərbaycanda hər ailəyə neçə avtomobil düşür? – ...

    22-12-2013, 23:49

  • 
  • Xaricə gedənlər, daha könüllülük bitir!

    Xaricə gedənlər, daha könüllülük bitir! ...

    29-05-2016, 15:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu