Səhmdar cəmiyyətlərin torpaqlarının özəlləşməsinin sürətlənməsində məqsəd onları torpaq sahəsi hüququndan məhrum etməkdir
gundemxeber.az Əmlak Məsələləri Komitəsi 100% özəlləşən səhmdar cəmiyyətlərin torpaqlarının özəlləşdirilməsini sürətləndirir. Amma minoritarlar hesab edir ki, bu, majoritarların ƏMDK-dəki məmurlarla sövdələşməsinin nəticəsidir, məqsəd onları torpaq sahəsi hüququndan məhrum etməkdir. Təkcə son ayda bu cür SC-lərin torpaq sahələrinin satışı üzrə 3 hərrac keçirilib. Sonuncu 1997-ci ildə Bakı Zərif Mahud fabrikinin bazasında yaradılan “Zərif Mahud” ASC-nin 212 sot torpağıdır. Bu SC-nin səhm paketinin sahibi Şəmsəddin Allahverdiyev Turan-a bildirib ki, dekabrda 1997-ci ildən bəri ilk dəfə keçirilən ümumi yığıncaqda torpağın özəlləşdirilməməsi barədə qərar qəbul edilib. Növbəti həftə ƏMDK torpağın satıldığını elan edib. «Torpaq kənar şəxslərə satılandan sonra əmlakı bu illərdə məhv edilən SC havadan asılı qalacaq. “Zərif Mahud” ASC-nin 212,3 sot torpağının ilkin qiyməti 263,1 min manat (1 sotu 1240 manat) olub. Rieltorlar bildirir ki, burda (Keşlədə) 1 sot minimum 20 min manatdır. Minoritarlar hesab edir ki, səhmdar cəmiyyətlərin altındakı torpaqlarının başqa şəxslər tərəfindən özəlləşdirilməsi mənfi nəticələr verəcək. Onlar hesab edir ki, bu, ilk növbədə fond bazarının imicinə zərbə vuracaq, sonra kapital bazarının perspektivinə təsir edəcək. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» 2000-ci ildə qəbul edilən qanuna əsasən, SC-ləri səhmləri və torpağı ayrılıqda satılır. SC bu torpaq özəlləşdirilən zaman imtiyaza malikdir. O, bundan imtina etsə, icarə hüququ qalır. Bu hüquqdan da imtina etsə, torpaq ilkin qiymətlə açıq hərraca çıxarılır. “Turan”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?