GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Regionda ən aşağı minimum əmək haqqı Azərbaycandadır

Regionda ən aşağı minimum əmək haqqı Azərbaycandadır

Tarix: 27-12-2017, 13:33 Bölmə :İqtisadiyyat Baxış: 632
Regionda ən aşağı minimum əmək haqqı Azərbaycandadır


2018-ci il yanvarın 1-dən Azərbaycanda minimum əməkhaqqı 130 manatadək artırılacaq. Müvafiq sərəncamı prezident İlham Əliyev imzalayıb.

Yəni, hazırda aylıq əməkhaqqı 116 manat olan işçilər 14 manat çox alacaqlar. Əməkhaqqı artımı tibb bacıları, laborantlar, büdcə xəstəxanalarında çalışan sanitarlar, orta məktəb müəllimlərinin müəyyən hissəsi, şəhər MİS-lərinin bütün kontingenti, nazirliklərin və ali məktəblərin texniki heyətinə aid olacaq.

Sənədə əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin, o cümlədən maaşları vahid tarif cədvəli ilə tənzimlənən işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi və əməkhaqlarının artırılması barədə təkliflərini hazırlayaraq üç ay müddətində Azərbaycan prezidentinə təqdim etsin.

İqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycandakı minimum əmək haqqı ilə region ölkələrindəki minimum əmək haqları arasındakı fərqlərin əks olunduöu məqalə ilə çıxış edib. Onun facebook səhifəsində dərc etdiyi məqaləni təıqdim edirik:

2018-ci il üçün minimum əmək haqqı Azərbaycanda 64, Qazaxıstanda 72 avro, Ermənistanda 96, Rusiyada 139, Türkmənistanda 156 avro təşkil edəcək.

Azərbaycanda minimum əmək haqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əmək haqqı səviyyəsindədir.

2018-ci ildə işləyənlər üçün əməyin ödənilməsinin minimum aylıq məbləği 130 manat və ya 76 dollar, yaxud da 64 avro təşkil edəcək. Bu barədə Azərbaycan Respublikasının prezidenti fərman imzalayıb.

Fərmanın şərhindən əvvəl, minimum əmək haqqının funksiyasına izah vermək istərdim. Minimum əmək haqqı hər bir ölkədə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu normativ həmçinin işləyənləri aşağı əmək haqqı ödənişindən qorumaq üçün tətbiq edilir. Bu normativ adətən işləyənin fizioloji tələbatlarının minimum səviyyəsini qarşılayacaq qədərində müəyyənləşdirilir. Minimum əmək haqqının yüksək olması dövlətin sosial öhdəliklərini azaldır. Çünki, əməyin ödənilməsinin minimum səviyyəsi mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlərə şamil olunur. Minimum əmək haqqı həm də məşğulluq göstəricisinin tənzimlənməsində istifadə edilən əsas iqtisadi alətlərdən sayılır.

Bu hesabla da minimum əmək haqqının 1 saatlıq norması manatla 81 qəpik, dollarla 47,5 sent, avro ilə 40 sent təşkil edir. Müqayisə üçün qeyd edim ki, 1 saatlıq minimum əmək haqqı norması ABŞ-da 10,10 dollar, Kanadada 9,85 dollar, Türkiyədə 5,46 dollar, Əlcəzairdə 2,84 dollar, Hondurasda 1,94 dollar, Çadda 1,68 dollar, Rusiyada 1,06 dollardır.
Azərbaycanda minimum əmək haqqının yuxarıda sadalanan funksiyaların hamısı olmasa da bəzilərini müşahidə etmək mümkündür. Minimum əmək haqqının funksiyalarının hamısına malik olması onun məbləğindən asılıdır. Hazırda Azərbaycanda mövcud qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təsdiq edilib. Bu o deməkdir ki, aylıq iş saatlarının norması 160 saatdır. Bu hesabla da minimum əmək haqqının 1 saatlıq norması manatla 81 qəpik, dollarla 47,5 sent, avro ilə 40 sent təşkil edir. Müqayisə üçün qeyd edim ki, 1 saatlıq minimum əmək haqqı norması Avstraliyada 15,61 dollar, Lüksemburqda 14,31 dollar, Fransada 12,52 dollar, Belçikada 11,91 dollar, İrlandiyada 11,48, Yeni Zelandiyada 11,23 dollar, Hollandiyada 11,22 dollar, ABŞ-da 10,10 dollar, Kanadada 9,85 dollar, Türkiyədə 5,46 dollar, Əlcəzairdə 2,84 dollar, Hondurasda 1,94 dollar, Çadda 1,68 dollar, Rusiyada 1,06 dollardır. Bu həm də o deməkdir ki, Azərbaycanda minimum əmək haqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əmək haqqı səviyyəsindədir.

Azərbaycanla bərabər start vəziyyətində bazar iqtisadiyyatına keçid dövrünə başlayan və hazırda Avropa Birliyinin üzvü olan keçmiş sosialist ölkələrinin bir çoxunda isə minimum əmək haqqı 235-470 avro arasında dəyişir. Azərbaycanda minuimum əmək haqqı 64 avro olduğu halda Bolqarıstanda 235 avro, Rumıniyada 275 avro, Latviya və Litvada 380 avro, Çexiyada 407 avro, Macarıstanda 412 avro, Xorvatiyada 433 avro, Slovakiyada 435 avro, Polşada 453 avro, Estoniyada 470 avrodur.

Azərbaycanda minuimum əmək haqqı 64 avro olduğu halda Bolqarıstanda 235 avro, Rumıniyada 275 avro, Latviya və Litvada 380 avro, Çexiyada 407 avro, Macarıstanda 412 avro, Xorvatiyada 433 avro, Slovakiyada 435 avro, Polşada 453 avro, Estoniyada 470 avrodur.
Son məlumatlara görə, Avropada ən yüksək minimum əmək haqqı Lüksemburqda (2000 avro), İrlandiyada (1563 avro), Hollandiyada (1552 avro), Belçikada (1532 avro), Almaniyadadır (1498 avro). Göründüyü kimi Azərbaycanda minimum əmək haqqı Lüksemburqdan 30 dəfə, İrlandiyada, Hollandiyada, Belçikada və Almaniyadan isə 25 dəfəyədək azdır.

Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının 24,7 faizinin təşkil edir. Halbuki, Avropa Birliyinə əksər ölkələrində bu nisbət 40 faizdən yuxarıdır. Hətta, Portuqaliyada bu nisbət 64 faiz, Fransa və Sloveniyada isə 62 faizdir.
Avropa Birliyinə daxil olan ölkələrdən Avstriyada, Danimarkada, İtaliyada, Finlandiyada, İsveçdə və Kiprdə əmək haqqının minimum səviyyəsi müəyyənləşdirilmir.

Azərbaycanın Avropa ilə müqayisəsinə rişxənd edənlərə demək istərdim ki, neftlə zəngin olan keçmiş sovet respublikalarından - Azərbaycanda 2018-ci il üçün minimum əmək haqqı 64 avro, Qazaxıstanda 72 avro, Rusiyada 139 avro, Türkmənistanda 156 avro təşkil edəcək.

Heç bir resursa malik olmayan Ermənistanda minimum əmək haqqı 96,4 avrodur. Gürcüstanda minimum əmək haqqı norması müəyyənləşdirilmədiyinə görə, orta aylıq əmək haqqı göstəricisini müqayisə etmək istərdim. Belə ki, resurslarla kasıb Gürcüstanda orta aylıq əmək haqqı 350 avro, resurslarla zəngin Azərbaycanda isə müvafiq göstərici 262 dollar təşkil edir./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Minimum əməkhaqqı 130 manata qaldırılıb

    Minimum əməkhaqqı 130 manata qaldırılıb ...

    26-12-2017, 12:15

  • 
  • Minimum maaş həddi artdı-105 manat

    Minimum maaş həddi artdı-105 manat ...

    31-08-2013, 23:10

  • 
  • Bir sıra təşkilatlarda əməkhaqları artırıldı

    Bir sıra təşkilatlarda əməkhaqları artırıldı ...

    2-03-2016, 00:24

  • 
  • Maaşlar artılırdı

    Maaşlar artılırdı ...

    20-08-2013, 19:27

  • 
  • Hökumət müəllim və həkimləri aşağıladı

    Hökumət müəllim və həkimləri aşağıladı ...

    3-12-2012, 01:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu