GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Neftin bahalaşmasının fəsadları-ekspertlər narahatdır

Neftin bahalaşmasının fəsadları-ekspertlər narahatdır

Tarix: 2-02-2018, 16:14 Bölmə :İqtisadiyyat Baxış: 365
Neftin bahalaşmasının fəsadları-ekspertlər narahatdır


İqtisadçılar hesablayır ki, neft qiymətlərinin 20 faiz qalxması iqtisadi yüksəlişin 0,5 faizini “yeyəcək”

Dünya bazarında neftin qiymətinin yüksələn xətlə getməsi hasilatçı ölkələri sevindirsə də, bir çox iqtisadi analitiklər, beyin mərkəzləri bundan narahatdırlar. Belə ki, Böyük Britaniyanın “The Telegraph” qəzeti yazır ki, təhlilçilərin xəbərdarlığına görə yüksək neft qiymətləri qlobal iqtisadi yüksəlişi poza bilər. Neft qiymətləri 2017-ci ilin iyunundakı aşağı səviyyəsindən hazırda 50 faiz yüksəlib. Neftin bahalaşması isə dünyada inflyasiyanın yüksəlməsi deməkdir.

JP Morgan və Barclays gələn il üçün neftin füçers qiymətlərini qaldırıblar. Morgan Stanley bildirir ki, bu öz növbəsində inflyasiya proqnozlarının da yüksəlməsinə səbəb ola bilər, çünki yüksək neft qiymətləri bir qayda olaraq daha yüksək enerji və yanacaq qiymətləri deməkdir. Bu, nəticə etibarilə başqa malların, o cümlədən ərzaq və xidmətlərin qiymətlərinin qalxmasına səbəb olur. Ekspertlər bildirirlər ki, inflyasiyanın yüksəlməsi iqtisadi artımı yavaşıdır, çünki bu halda mərkəzi banklar uçot faizini daha çevik qaldıra bilirlər. Lakin təhlilçilər bunu da qeyd edirlər ki, neft qiymətlərinin qalxmasına elə qlobal iqtisadiyyatın özü rəvac verib. İqtisadi yüksəliş bir qayda olaraq neftə tələbatı artırır. Təhlilçilərin fikrincə, iqtisadi artım bu ilin sonunadək neftə olan tələbatı günə 98, 6 milyon bareldən 101, 1 milyon barelə qaldıracaq. Digər tərəfdən, neft qiymətlərinin qalxmasına Venesuelada təchizatın çökməsi, OPEC-in hasilatı ixtisar etməsi də başlıca səbəblərdən biridir.

Neft qiymətlərinin qalxması ABŞ-da şist neft hasilatını da yüksəldəcək. Digər ölkələr də qiymət artımından həvəslənib hasilatı artıra bilərlər.

İqtisadçılar hesablayır ki, neft qiymətlərinin 20 faiz qalxması iqtisadi yüksəlişin 0,5 faizini “yeyəcək”.

Bu da ilk növbədə inkişaf etməkdə olan ölkələrə, xüsusən də əhalinin yoxsul təbəqəsinə təsir edəcək. Çünki neftin bahalaşması ilə dünyanın bütün ölkələrində istehsal məhsulları bahalaşa bilər. Neft, dolayısı ilə yanacaq məhsullarının həm istehsalında, həm də daşınmasında mühüm rol oynadığından maya dəyərinin də əsasını təşkil edir.

Vüqar Bayramov ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov isə hesab edir ki, neftin hazırkı qiyməti hələ ki iqtisadi inkişafı əngəlləyəcək qədər yüksək səviyyədə deyil: “Neft hələlik dünya iqtisadiyyatında inflyasiyanı artıracaq qədər bahalaşmayıb. Ümumilikdə isə dünya bazarında neftin qiymətinin artması birmənalı şəkildə inflyasiyaya təsir göstərən faktordur. Enerji məhsul istehsalında ən çox yer tutan xərc maddələrindən biridir. Sözsüz ki, enerjinin bahalaşması nəticədə məhsulların xərcinin artmasına gətirib çıxarır. Lakin hələ ki neftin hazırkı qiymətləri ”The Telegraph" qəzetinin yazdığı kimi, ciddi inflyasiya yaratmır. Qiymətləndirmələr də göstərir ki, əgər neftin bir barel üçün qiyməti 80 dollardan yüksək olarsa, bu halda inflyasiya yarada bilər. İndiki məqamda neftin bir barelinin 70 dollardan aşağı qiymətə satıldığını nəzərə alsaq, bu, inflyasiya yaradıcı hədd hesab edilmir. Qara qızılın istənilən həddə bahalaşması məhsul istehsalında xərc maddələrinin artmasına səbəb olur. Lakin indiki məqamda istehlakçı ölkələri yoxsullaşdıracaq səviyyədə inflyasiya yaradıcı effektə malik deyil".

İqtisadçı ekspert onu da diqqətə çatdırdı ki, dünya bazarında neftin qiymətinin kəskin artacağı proqnoz edilmir: “ABŞ və Kanadada şist neft hasilatının artması da gözlənilir. Bu da qiymət artımın qarşısını alan faktorlaran biridir. O baxımdan hələlik belə bir təhlükə yoxdur. Mövcud şərtlər daxilində neft bazarında ciddi qiymət artımları proqnoz edilmir”.

Vüqar Bayramovun sözlərinə görə, qiymət artımı hasilatın da artmasına gətirib çıxarır: “Bu da son nəticədə dünya bazarına çıxarılan məhsulun həcminin artmasına gətirib çıxarır və qiymətlərin kəskin aşağı düşməsinə səbəb olan faktora çevrilir. Bu səbəbdən bir sıra OPEK ölkələri, o cümlədən İran neftin hazırkı qiymətlərindən belə narahatlıqlarını ifadə edirlər. Bu, yeni bir fikir deyil, uzun müddətdir müzakirə edilən məsələdir. 2014-cü ildə neftin qiymətinin ucuzlaşmasının səbəblərindən biri də təklifin tələbi kəskin üstələməsi ilə bağlı idi. Nəzərə alınmalıdır ki, qiymət artımı hasilatı stimullaşdırır. Bu da kəskin qiymət azalmalarına səbəb ola bilər. Hazırda OPEK də kəskin qiymət artımında maraqlı deyil. ABŞ-ın şist nefti yenə də OPEK üçün rəqib olaraq qalmaqdadır”.

İqtisadçı sonda onu da vurğuladı ki, bu ilin sonuna qədər neftin qiymətini proqnozlaşdırmaq çətin məsələdir: “Burada çox müxtəlif faktorlar var. Hətta BP kimi iri şirkət belə neftin qiymətini proqnozlaşdırmır. Neftin qiyməti ilə bağlı beynəlxalq proqnozlara diqqət yetirsək, 2018-ci il üçün orta qiymət 60-70 dollar intervalı əsas götürülür. Güman edilir ki, neftin qiyməti 70 dollarlıq həddi kəskin keçməmək şərtilə, əsasən 60 dollar ətrafında formalaşacaq. Sözsüz ki, burada şist neftin bazara çıxarılan həcmi, ABŞ-da neft sektorunda istifadəyə veriləcək quyuların sayı, eyni zamanda iqtisadi və siyasi faktorlar da birbaşa təsir göstərəcək. Hələ ki beynəlxalq analitiklər neftin qiymətinin bu il üçün 60 dollar ətrafında olacağı proqnozu üzərində daha çox dayanırlar”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Neftin qiyməti 45 dollara endi

    Neftin qiyməti 45 dollara endi ...

    30-11-2015, 18:21

  • 
  • Neftin qiyməti 11 illik minimuma endi

    Neftin qiyməti 11 illik minimuma endi ...

    21-12-2015, 14:10

  • 
  • Benzinin litri 65 qəpiyə endi

    Benzinin litri 65 qəpiyə endi ...

    15-10-2014, 16:02

  • 
  • Rövnəq Abdullayevin neftin qiyməti ilə bağlı proqnozları

    Rövnəq Abdullayevin neftin qiyməti ilə bağlı ...

    28-04-2015, 23:00

  • 
  • Neft - 30,8 dollar

    Neft - 30,8 dollar ...

    12-01-2016, 13:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu