Ermənistanın Bakı-Tiflis-Qars dəmiryolundan yararlanması üçün üzərinə düşən bəzi öhdəlikləri yerinə yetirməlidir. Bunu Türkiyənin nəqliyyat naziri Binali Yıldırım Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəqliyyat nazirləri ilə keçirdiyi birgə mətbuat konfransında Ermənistanın Bakı-Tiflis-Qars dəmiryoluna qoşulması məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Bakı -Tiflis-Qars dəmiryolu layihəsi sadəcə Azərbaycan, Gürcüstan və Türkiyəni maraqlandıran bir layihə deyil. Bu xətdən bölgədə olan digər ölkələr də yararlanacaq. Ancaq Ermənistan bu xəttə qoşulmaq istəsə, bir sıra addımlar atmalıdır.
“Qardaşımız Azərbaycanın işğal etdiyi torpaqlardan çıxacaq və aralarındakı problemlər tamamilə bitəcək, ondan sonra gəlib bu xətdən yararlanacaq. Bu qədər bəsit. Öncə ixtilafları həll edəcəksiniz, burada sülh şəraitində yaşamağın əhəmiyyətini dərk edəcəksiniz, düşmənçilik münasibətlərindən əl çəkəcəksiniz, ondan sonra bu xətt hər kəsə açıq olacaq”, - deyə Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım bildirib.
Nazir onu da əlavə etdi ki, Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi ilə bağlı layihənin reallaşdırılması 2014-cü ildə yekunlaşacaq. Onun sözlərinə görə, yeni xətt yalnız Azərbaycan, Türkiyə və Gürcüstanın dəmiryolu sistemlərini birləşdirməyəcək, o cümlədən Çin və Mərkəzi Asiyadan Avropaya yüklərin daşınmasına imkan verəcək
Sorğu
Yeni dizaynımız necədir?