GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Dollar krediti olanlar üçün VACİB XƏBƏR

Dollar krediti olanlar üçün VACİB XƏBƏR

Tarix: 27-08-2018, 13:50 Bölmə :İqtisadiyyat Baxış: 482
Dollar krediti olanlar üçün VACİB XƏBƏR

Hüquqşünas Əkrəm Həsənov dollar krediti olanları maraqlandıran açıqlama ilə çıxış edib.

Ə.Həsənov bildirib ki, Konstitusiya Məhkəməsində məsələyə yenidən baxılıb.

“Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək xarici valyutada olan kreditlərə münasibətdə Mülki Məcəllənin 422-ci maddəsinin (“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi”) şərh edilməsini xahiş edib. Sözügedən maddədə o cümlədən deyilir:

“Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir.

Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar”.

Bu maddəyə əsasən, artıq üç ildir ki, deyirik: manatın devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir və buna görə də xarici valyutada krediti olan şəxsə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi hüququnu verir. Lakin verdiyimiz yüzlərlə iddialarda məhkəmələr bu arqumenti, bir qayda olaraq, qəbul etməyib. Hakimlərin də arasında ciddi fikir ayrılığı var və Bakı Apellyasiya Məhkəməsi də müraciətində bunu xüsusi vurğulayıb.

Bütövlükdə Konstitusiya Məhkəməsi qarşısında üç sual qoyulub:

1. Mülki dövriyyə iştirakçılarının bərabərliyi prinsipindən yanaşıldıqda milli valyutanın devalvasiyası kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilərmi?

2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kredit münasibətlərində tətbiq edilə bilərmi?

3. Bu əsasla ləğv edilmiş müqavilənin nəticələri hansı qaydada tənzimlənməlidir?

Əslində, ilk iki sualın cavabı ritorikdir. Çünki iştirakçıların bərabərliyi prinsipi istənilən mülki müqaviləyə xasdır və o, rəhbər tutulsa, belə çıxır ki, heç bir mülki əqd üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi institutu tətbiq edilə bilməz.

Bəs onda qanuna niyə daxil edilib? Axı niyə bu institutu guya məhz kredit münasibətlərinə tətbiq etmək olmaz? Əlbəttə, olar və edilməlidir də!

O ki qaldı sonuncu suala, məsələ birmənalı deyil. Kredit müqaviləsi ləğv edildikdə, borclunun krediti necə qaytarması (hansı məzənnə ilə) məsələsi yenə də açıq qalır.

Ümumiyyətlə, sualın özü yarımçıqdır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi borcluya müqaviləni yalnız ləğv etmək deyil, həmçinin şərtlərinin (məsələn, devalvasiya halında məzənnəni və s.) dəyişdirilməsi hüququnu da verir. Lakin nədənsə müraciətdə bu hüquq xatırlanmır, halbuki, əsas məsələ məhz budur. Ümid edək ki, Konstitusiya Məhkəməsi məsələyə daha geniş yanaşacaq.

Məlum olduğu kimi, 2015-ci ilin may ayında Konstitusiya Məhkəməsi xarici valyutada olan kreditlər məsələsinə bir qədər fərqli müstəvidə artıq şərh vermişdi. Demişdi ki, xarici valyutada kreditin verilməsi qanunidir (halbuki, əslində, Konstitusiyaya ziddir) və cari məzənnə ilə qaytarılmalıdır.

Düzdür, əlavə də etmişdi ki, banklar maliyyə vəziyyətindən asılı olaraq borclulara güzəştlər etməlidir, lakin təcrübədə məhkəmələr də, banklar da bunu nəzərə almadı.

Ümumiyyətlə, Konstitusiya Məhkəməsinin həmin qərarı ciddi tənqid hədəfinə çevrildi, hətta Milli Məclisin iclaslarında belə. Buna görə də məsələyə fərqli bucaqdan yenidən baxılması gözlənilən idi.

Ötən 3,5 il ərzində banklar müxtəlif yollarla dollar kreditlərinin bir qismini qaytara bilib. Lakin problem yenə də böyük olaraq qalır. Hələ 2015-ci ilin mayında bildirmişdim ki, qəbul edilmiş qərar problemi həll etməyəcək, əksinə, dərinləşdirəcək. Belə də oldu.

Odur ki, hazırda fərqli qərar gözləmək olar. Son zamanlar Konstitusiya Məhkəməsi birmənalı olaraq bankların tərəfini tutmur. Məsələn, kredit xəttinə dair sonuncu (31 may 2018-ci il tarixli) qərarında bankların “kredit xətti” adı ilə bağladığı “niyyət razılaşması”nı müqavilə kimi tanısa da, müəyyən şərtlər də müəyyən etdi ki, onlar bankların xeyrinə deyil.

Devalvasiyanın şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi olduğu isə açıq-aşkardır, çünki onu göz önünə alan şəxs heç vaxt xarici valyutada kredit almazdı. Buna görə də Konstitusiya Məhkəməsi bu dəfə əhalinin xeyrinə qərar verə bilər (düzdür, bu zaman kreditin hansı məzənnə ilə qaytarılmasını açıqlamalı və əsaslandırmalıdır).

Lakin buna tam əmin də olmaq olmaz. Banklar yenə əllərindən (lap ayaqlarından da!) gələni edəcək ki, qərar onların xeyrinə olsun.

Orta qərar da ola bilər. Məsələn, devalvasiya yalnız əhalinin kreditlərinə (istehlak) münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilər. Yəni biznes kreditlərinə şamil edilməyə bilər.

Əsaslandırma da təxmini belə ola bilər: sahibkar hər bir riski göz önünə almalı idi, istehlakçı isə bunu həmişə edə bilmir və s. və i.a. Məlum olduğu kimi, problemli kreditlər say baxımdan əhalidə daha çoxdur, lakin məbləğ baxımdan biznes kreditləri üstünlük təşkil edir (çünki əhalinin kreditlərinin məbləği xeyi aşağıdır).

Başqa sözlə, orta qərar daha çox insanı razı sala bilər, məbləğ baxımdan isə bankların itkisi daha az olar. Digər tərəfdən, bu qərar banklara da imkan verməz ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi institutunu xarici valyutada olan əmanətlərə də tətbiq etsinlər. Çünki banklar da sahibkardır, buna görə də devalvasiyanı göz önünə almalı idilər.

Qərarın orta xarakterli olması kreditin qaytarılması məzənnəsində öz əksini tapa bilər. Belə ki, kredit götürüləndə məzənnə 0,78 idi, indi isə 1,7. Qərar birmənalı borclunun xeyrinə olsa, məzənnə 0,78 olmalıdır. Bankların xeyrinə olsa, 1,7. Konstitusiya Məhkəməsi orta məzənnə (məsələn, 1,24) də müəyyən edə bilər və ya Milli Məclisə belə bir qanun qəbul etmək haqda tövsiyə verə bilər. Düzdür, bunu əsaslandırmaq elə də asan olmayacaq.

Bir sözlə, payızda bizi mühüm qərar gözləyir”./oxu.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DOLLARLA KREDİTLƏR NECƏ QAYTARILMALIDIR? – Ali Məhkəmədən ŞƏRH

    DOLLARLA KREDİTLƏR NECƏ QAYTARILMALIDIR? – Ali ...

    4-03-2015, 00:20

  • 
  • Konstitusiya Məhkəməsi bankların müflis elan olunması ilə bağlı mübahisəli məsələlərə dair qərarını açıqlayıb

    Konstitusiya Məhkəməsi bankların müflis elan ...

    14-07-2017, 19:12

  • 
  • Konstitusiya Məhkəməsindən kredit borcu ilə bağlı - QƏRAR

    Konstitusiya Məhkəməsindən kredit borcu ilə bağlı ...

    6-07-2018, 10:51

  • 
  • Dollarla krediti olanları nə gözləyir? – EKSPERT RƏYİ

    Dollarla krediti olanları nə gözləyir? – EKSPERT ...

    21-12-2015, 15:42

  • 
  • Bu gün Konstitusiya Məhkəməsində seçki iclasıdı

    Bu gün Konstitusiya Məhkəməsində seçki iclasıdı ...

    19-10-2013, 09:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (90)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu