GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Elman Rüstəmov dövlətdən yediyi 10 milyon

Elman Rüstəmov dövlətdən yediyi 10 milyon

Tarix: 15-07-2013, 10:31 Bölmə :İqtisadiyyat Baxış: 811
Elman Rüstəmov dövlətdən yediyi 10 milyon

Baş bankir haqda yeni səs-küylü məlumatlarMərkəzi Bank rəhbərinin İpoteka Fonduna bina almaq adı ilə külli miqdarda büdcə vəsaitini mənimsədiyi bildirilir; bu korrupsiya əməliyyatında "Odlar yurdu" universitetinin rəhbəri Əhməd Vəliyevin və onun kürəkəni, “Muğanbank”ın rəhbəri Elmir Mehdiyevin də adları hallanır
Azərbaycan məmurlarının adlarının tez-tez korrupsiya qalmaqallarında hallanması az qala adi hala çevrilib. Xüsusilə də iqtisadi sahələrə rəhbərlik edən yüksək vəzifəli məmur təbəqəsi dövlətin, xalqın pulunu misli görünməmiş bir acgözlüklə talayır. Bizim məmurların korrupsiya əməlləri ölkəmizin sərhədlərini çoxdan aşıb. Artıq Azərbaycan hakimiyyətində təmsil olunan ayrı-ayrı nazirlərin, sahə rəhbərlərinin talançılığı, korrupsiya əməlləri dünya mediasının gündəminə daşınıb.
İndiyədək ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Türkiyə, Rusiya və s. ölkələrin nüfuzlu qəzet, jurnal və telekanallarında bu haqda araşdırma məqalələr çap olunub, verilişlər gedib.
Düzdür, Azərbaycan tərəfi hər dəfə bu məlumatları təkzib edir, bunları “ölkəmizin inkişafını gözləri götürməyən xarici qüvvələrin böhtanı” adlandırır. Lakin fakt faktlığında qalır, artıq bizim məmurların talançılığı bütün dünyaya yayılıb, bir sözlə məşhuri-cahan olmuşuq.
Yeri gəlmişkən, nazirlərimizin korrupsioner əməlləri haqqında son illər ən detallı bilgiləri məşhur “WikiLeaks” saytı yaydı. ABŞ diplomatlarının gizli yazışmalarını ələ keçirən sayt həmçinin Azərbaycan iqtidarındakı bir sıra qüdrətli nazirlərin mal varlıqlarını, siyasi iddialarını, həyat tərzlərini detallı şəkildə ictimaiyyətə bəlli etdi. Bizlər indiyədək az informasiyalar vasitəsilə əldə etdiyimiz bilgiləri “WikiLeaks”ın sayəsində xeyli genişləndirə bildik... Anladıq ki, bir sıra nazirlər, komitə sədrləri təsəvvür etdiyimizdən də artıq dərəcə korrupsioner imişlər və xalqın, dövlətin malını, pulunu daha geniş planda talayırmışlar...

***

Adı tez-tez korrupsiya qalmaqallarında hallanan məmurlardan biri də Mərkəzi Bankın prezidenti Elman Rüstəmovdur. Uzun illərdir ölkəmizin bank sektoruna rəhbərlik edən E.Rüstəmov heç vaxt barəsində səslənən bu ittihamları təkzib və ya təsdiq etməyib. Onun bu sükutunu “Susmaq razılıq əlamətidir” atalar sözü ilə yozmaq olar. Amma kim öz ayranına turş deyər, hansı məmur xalqdan oğurladıqlarını boynuna alar? Ən əsası, bu cür etiraf həm də cinayət məsuliyyəti yaradır axı. Təbii ki, E.Rüstəmov bu mövzuda danışsa özünü “aydan arı, sudan duru” elan edər. Fəqət ortada olan faktlar, informasiyalar, bu günə qədər Mərkəzi Bank rəhbəri haqda yazılan silsilə məqalələr tamam başqa mətləblərdən xəbər verir.

***

Təxminən iki ay öncə “Yeni Müsavat” qəzetində “Mərkəzi Bank rəhbəri necə sındırıldı” başlıqlı manşet yazısı dərc olunmuşdu. Həmin yazıda E.Rüstəmov haqda bank sektorundakı mənbələrə istinadən son dərəcə maraqlı və sensasion sayıla biləcək məlumatlar vardı. Yazıda E.Rüstəmovla Azərbaycan Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyevin son dövrlərdəki münasibətlərindən bəhs edilirdi. Bildirilirdi ki, son vaxtlar E.Rüstəmov C.Hacıyevdən qorxmağa başlayıb, onu özünə patron sayır. Bu məlumatlar kifayət qədər mötəbər mənbələr tərəfindən redaksiyamıza ötürülmüşdü.
Həmin məqalədən bəzi sitatlar:
“Hazırda Azərbaycanın bank sektorunu Cahangir Hacıyev fırladır. Bank sistemində indi belə bir yarızarafat-yarıciddi deyim yaranıb ki, Elman Rüstəmov Cahangir Hacıyevin patronajlığı altında Mərkəzi Bankın sədri vəzifəsində işləyir. Həqiqətən də E.Rüstəmov deyilən vəziyyətdədir. O, Cahangir Hacıyevi özünün rəhbəri, böyüyü kimi qəbul edir. Onun bir sözünü iki eləmir, edə bilmir. Hətta bir çox məsələlərdə Hacıyevdən məsləhət alır, onun tapşırıqlarını qeyd-şərtsiz icra edir”.
Məlumat qaynağı Rüstəmov-Hacıyev münasibətləri haqda olduqca sensasion bir məlumat da verdi. Mənbənin iddiasına görə, mərhum prezident Heydər Əliyevin 90 illik yubiley tədbirində Fəxri Xiyabanda ziyarət zamanı son dərəcə müdhiş olay yaşanıb. Deyilənə görə, bank sektorunun nümayəndələri Xiyabanda sabiq prezidentin məzarını ziyarət etmək üçün toplaşıblar. Xeyli keçməsinə baxmayaraq bankçılardan ibarət kalon hərəkət etməyib. Bir müddət sonra məlum olub ki, Cahangir Hacıyev gəlib çıxmadığı üçün Elman Rüstəmov yerindən tərpənmirmiş. C.Hacıyev yarım saatdan sonra gəlib və bundan sonra ziyarət baş tutub. Hadisənin şahidi olan bankirlərdən birinin verdiyi məlumata görə, E.Rüstəmov H.Əliyevin məzarı önündə də “protokolu” gözləyib: ilk olaraq C.Hacıyev baş əyib, sonra E.Rüstəmov..."

***

Elə həmin məqalədə mötəbər mənbəyə istinadən başqa bir məlumata da ötəri toxunmuşduq. İndi isə bilgimizi tam olaraq oxucularla paylaşırıq. Həmin məlumat belə idi ki, Elman Rüstəmovun bir neçə il öncə İpoteka Fonduna (İF) ofis tikmək adı ilə dövlət büdcəsindən 10 milyon manat ayrılmasına nail olub. Mənbə iddia edir ki, İF üçün torpaq almaq və bina tikdirmək adıyla cidi maxinasiyaya əl atılıb. Bu maxinasiyada Odlar Yurdu universitetinin rektoru, YAP-çı deputat Əhməd Vəliyevin və onun kürəkəni, “Muğanbank”ın rəhbəri Elmir Mehdiyevin də adları hallanır. Mənbəmiz bildirir ki, Ə.Vəliyevə məxsus “Jalə” Biznes Mərkəzinin yanındakı bina rəsmi sənədləşmədə İpoteka Fonduna guya 10 milyon manata satıldığı göstərilib. Amma deyilənə görə, İF üçün bina müftə-müsəlləh E.Rüstəmova bağışlanıb. Mənbə bildirir ki, həmin bina “Muğanbank”ın rəhbəri Elmir Mehdiyevin (bu adam Əhməd Vəliyevin kürəkənidir. “Muğanbank”ın əslində Ə.Vəliyevə məxsus olduğu deyilir-red.) əmlakıdır. Yəni qayınatası Əhməd Vəliyev bu binanı kürəkəninə bağışlayıb.
Mənbə daha sonra bildirir: “Bu əməliyyat zamanı dövlət büdcəsindən ayrılan 10 milyon manat sonradan başqa bir özəl bank (həmin bankın adı bizə məlumdur red.) vasitəsilə "yuyulub". Yəni E.Rüstəmov bu məbləği korrupsiya yolu ilə mənimsəyib". Mənbə bildirir ki, dövlətin aidiyyatı qurumları bu faktı araşdırsalar asanlıqla sözügedən korrupsiya faktını aşkarlayıb üzə çıxararlar.
E.Rüstəmovun “Muğanbank” və onun rəhbərləri ilə yaxın münasibətlərinin olduğu haqda indiyədək mətbuatda çox yazılıb. Bu yaxınlığın əsasında çirkli pulların “yuyulması” və transferinin dayandığı deyilir.
Yaxın zamanlarda bu mövzuda silsilə məqalələr dərc etməyi planlaşdırırıq. Hazırda bank sektorundakı mənbələrdən bizə çatan informasiyaları dəqiqləşdirməklə məşğuluq.
Sonda onu da bildirək ki, yuxarıda bəhs etdiyimiz bir sıra məsələlərlə bağlı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova təxminən 1 ay öncə rəsmi sorğu ilə müraciət etmişdik. Sorğumuza bu günə kimə heç bir cavab verilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BAŞ BANKİR DEPUTATIN KÜRƏKƏNİNİ QURBAN VERİR

    BAŞ BANKİR DEPUTATIN KÜRƏKƏNİNİ QURBAN VERİR ...

    18-07-2013, 13:08

  • 
  • Türkiyədə yeni korrupsiya həbsləri başladı

    Türkiyədə yeni korrupsiya həbsləri başladı ...

    7-01-2014, 13:49

  • 
  • Korrupsiya ilə bağlı 170 cinayət işi məhkəmələrə göndərilib

    Korrupsiya ilə bağlı 170 cinayət işi məhkəmələrə ...

    3-02-2013, 11:51

  • 
  • Baş Prokururluq “AccessBank”da korrupsiya aşkarlayıb

    Baş Prokururluq “AccessBank”da korrupsiya ...

    21-10-2013, 21:22

  • 
  • Taleh Qaraşovdan 1 milyon manatlıq şok korrupsiya

    Taleh Qaraşovdan 1 milyon manatlıq şok korrupsiya ...

    8-01-2013, 10:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu