Səhər saatlarından başlayan əməliyyatda 25 nəfər tutulub, onların arasında iri holdinqin rəhbəri də var
Türkiyədə polis korrupsiya və rüşvət işi ilə bağlı yeni həbs əməliyyatları keçirir.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həbslər İzmir Cümhuriyyət Prokurorluğunun qaldırdığı cinayət işi ilə bağlıdır. Səhər saatlarında başlayan həbs əməliyyatında tenderlərə hiylə qarışdırmaq, rüşvət almaq və digər cinayətlər törətmək ittihamları ilə 25 nəfər vəzifəli şəxs tutulub. Həbs olunanlar arasında mərkəzi ofisi İstanbulda yerləşən iri holdinqin rəhbəri də var.
Cinayət işi dəniz limanları işlətmələrində korrupsiyaya yol verilməsi ilə bağlıdır. İstintaqı İzmir polisinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin müstəntiqləri aparıb. Uzun müddətdir davam edən texniki təqib və izləmə nəticəsində korrupsiya ilə məşğul olan şəxslərin adları müəyyən olunub. İzmir, İstanbul, Ankara, Van və Hatayda eyni vaxtda keçirilən həbs əməliyyatında tutulanlar arasında İzmir Liman İşlətmə Müdiri Turan Yalçın, onun müavinləri, İzmir limanının terminal rəhbəri, Ankaradan Dövlət Dəniz Limanları idarəsinin idarə rəisi, İsgəndərun limanının müdir müavini, “Bayoğlu Holdinq”in idarə heyətinin rəhbəri, iş adamları yer alır. Polisin məhkəmə qərarları ilə şübhəliləri səhər saat 6-da həbs etdiyi bildirilir. Saxlanılan şəxslərin dindirilməsindən sonra yeni həbslərin də olacağı bildirilir. Davamı olacaq...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?