Yaxın günlərdə Azərbaycanda, xüsusilə paytaxt Bakıda valyutadəyişmə məntəqələrinin yenidən açılmasına başlanılacaq.
GundemXeber.Az xəbər verir ki, bu haqda oxu.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib
Millət vəkili bu məsələnin bir neçə müddətdir problemə çevrildiyini, onunla bağlı dəfələrlə iradlar bildirildiyini və artıq iradların nəzərə alınaraq, problemin yoluna qoyulması istiqamətində hazırlıqlara başlanıldığını deyib.
"Mən elə bir az öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru ilə bu məsələ barədə danışmışam. Mənə bildirildi ki, artıq məsələ yoluna qoyulmaq üzrədir. Çox yaxın günlərdə valyutadəyişmə məntəqələrinin açılmasına başlanılacaq.
Dəqiq say barədə bir söz deyə bilməsəm də, hesab edirəm ki, onlar daha çox insanların gur olduğu məkanlarda, iri ticarət mərkəzlərində, dəmiryolu vazğalında, avtovağzalda, hava limanında, nəqliyyatın, gediş-gəlişin gur olduğu yerlərdə açılmalıdır və açılacaq.
Artıq insanların bu məsələdəki əziyyətinə, narahatlığına son qoyulacaq”, - deyə millət vəkili əlavə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?