İranın neft naziri cümə axşamı beynəlxalq neft müştərilərini qarşıda çətin vaxtların gözlədiyini proqnozlaşdırıb. O, bildirib ki, Vaşinqtonun səkkiz ölkəyə verdiyi istisnalar bazar təlabatına ödəməyə bəs etmir.
Nazir Bijan Zanqaneh qarşıdan gələn ayların “neft istehlakçıları üçün ağrılı” olacağını deyib.
İran rəsmisi neftin gələcəkdə bahalaşacağını proqnozlaşdırır. O deyib ki, Tramp administrasiyası mümkündür ki, “səthi vasitələrlə” yanacaq qiymətlərini müvəqqəti olaraq ara seçkiləri öncəsi endirməyə nail olub, lakin gələcəkdə bahalaşma olacaq.
Birləşmiş Ştatlar bazar ertəsi İranın neft və bank sektorlarına sanksiyaları bərpa edib. Bu sanksiyalar 2015-ci ildə İranın nüvə anlaşmasına imza atmasından sonra ləğv edilmişdi.
Hazırda Tramp adminisrasiyasının 8 ölkəyə verdiyi imtiyazlar onlara növbəti 6 ayda cəriməsiz irandan neft alamğa icazə verir.
İran regional rəqibi Səudiyyə Ərəbistanını neft hasilatını süni şəkildə artırmaqda ittiham edir. İran regional rəqibi Səudiyyə Ərəbistanını neft hasilatını süni şəkildə artırmaqda ittiham edir. Cümə axşamı İranın neft ixrac edən ölkələrin alyası olan OPEC-dəki nümayəndəsi Hüseyn Kazempur iddia edib ki, Rusiya və Səudiyyə Ərəbistanı neft qiymətlərini ucuz saxlamaq üçün öz hasilatlarını artırmaqla Trampa yardım göstərirlər.
Tramp dəfələrlə xam neft istehsalçılarını qiymətləri aşağı saxlamaq üçün daha çox neft hasil etməyə çağırıb.
Son ABŞ sanksiyaları İranın əsas gəlir mənbəyi olan neft sənayesinə ağır zərbə endirir.
Tehran narahatdır ki, OPEC və qeyri-OPEC ölkələri məhsul qıtlığının qarşısını almaq üçün əlavə neft hasil edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?