GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Mərkəzi Bankın 2019-cu il bəyanatı nə vəd edir?

Mərkəzi Bankın 2019-cu il bəyanatı nə vəd edir?

Tarix: 2-01-2019, 11:49 Bölmə :İqtisadiyyat Baxış: 437
Mərkəzi Bankın 2019-cu il bəyanatı nə vəd edir?


Ekspertlər: “Hər şey neftin qiymətindən asılıdır”

2018-ci ilin son iş günlərində Mərkəzi Bank həmişə olduğu kimi növbəti il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb.

Qurumun açıqladığı siyasət sənədini şərh edən iqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, bu il inflyasiyanı aşağı həddə saxlamaq əsas vəzifə olacaq: “Bu həm də o deməkdir ki, manatın məzənnəsini mümkün olduğu qədər sabit saxlamaq əsas hədəf olacaq. Bəyanatda yazılan bir cümlədən bunu açıq görmək olur: manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsirindən daha yüksəkdir.

Neftin kəskin ucuzlaşması (40-45 dollara qədər) baş verməsə, məzənnə sabitliyini təmin etmək Mərkəzi Bank üçün o qədər də problem olmayacaq”.

Mərkəzi Bankın bəyanatından çıxan ikinci nəticə budur ki, pul-kredit siyasəti yumşaldılmayacaq: “Yəni biznes və ev təsərrüfatları gələn il də ucuz və asan əldə edilə bilən resurslardan gözünü yığsın.

Bundan başqa, Mərkəzi Bank öz resurslarını real sektora satıb para qazana bilməyən bank sektoruna dəstəyini daha da artırmağı planlayır. Son 3 ildə Mərkəzi Bank depozit hərracları və notlar vasitəsilə kommersiya banklarından cəlb etdiyi resurslarla sektora böyük dəstək verir. Lakin bu alətlər əsasən qısamüddətli (28 gün) ərzində banklardan vəsaitin cəlbini nəzərdə tutur. Bəyanatdan isə aydın olur ki, Mərkəzi Bank daha uzunmüddətli likvidlik alətlərilə banklara dəstəyə hazırlaşır”.
İqtisadçı-ekspert Samir Əliyev də hesab edir ki, Mərkəzi Bank 2018-ci ildəki siyasətini davam etdirəcək və pul-kredit siyasətini yumşaltmağa tələsməyəcək: “2019-ci ildəki əsas hədəf aşağı inflyasiya səviyyəsi (4 faiz ±2 faiz) və sabit milli valyutanın məzənnəsi yolu ilə makroiqtisadi sabitliyi qorumaq olacaq.

Bəyanatda hökumət üçün də mesaj var: “...effektiv pul-kredit siyasətinin formalaşması, makroiqtisadi stabilliyin dayanıqlığının təmin olunması başlıca olaraq pul-kredit siyasəti ilə fiskal siyasətin optimal makroiqtisadi çərçivədə sintezindən və əlaqələndirilməsindən asılı olacaqdır.” Mesaj ondan ibarətdir ki, hökumət valyuta və əmtəə bazarına təzyiqi artıran büdcə xərclərini lüzumsuz artırmamalı, vergi və gömrük rüsumlarının həddini optimallaşdırmalı, tənzimlənən qiymətlərin artımını məhdudlaşdırmalıdır”.

Bəyanatdan həmçinin aydın olur ki,Mərkəzi Bank öz növbəsində üzən məzənnə siyasətinə real keçidi yenidən ertələyəcək və manatın məzənnəsini ilboyu fors-major hadisəsi olmasa daşlaşmış bir səviyyədə (hazırda bu hədd 1.70-dir) saxlamağa çalışacaq: “Bəyanatda “manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir” fikri hökuməti devalvasiya niyyətindən çəkindirməyə yönəlik növbəti bir mesajıdır.
Bəyanatda manatın məzənnəsinə təsir edən makroiqtisadi göstəricilər olaraq dövlət xərclərinin dəstəklədiyi idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu qeyd edilir”.

Mərkəzi Bank son aylar banklarda yaranmış izafi likvidlik fonunda gələcəkdə depozit bazarında yaranacaq böhranın qarşısını almaq üçün çərçivə və açıq bazar əməliyyatlarının yeni konfiqurasiyasını formalaşdıracağını bəyan edib: “Bunun üçün Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızların müddət çeşidi artırılmaq istiqamətində genişləndiriləcək. Hazırda qısamüddətli kağızlar 28 günlükdür. Yeganə olaraq yanvarda 364 günlük qiymətli kağızlar buraxılıb. Yəqin ki, gələn il daha uzunmüddətli kağızlar buraxmaqla banklara dəstək veriləcək. Yeni konfiqurasiya həmçinin qiymətli kağızlar bazarının dərinləşdirilməsini və banklararası pul bazarının genişlənməsini nəzərdə tutur”.

S.Əliyevin fikrincə, bu il Azərbaycanda pul-kredit siyasəti sərtləşdirilə bilər: “İnflyasiyanı aşağı səviyyədə saxlamaq üçün Mərkəzi Bank pul-kredit siyasətini yumşaltmağa tələsməyəcək və mövcud uçot dərəcəsi bir müddət sabit saxlanılacaq. Hətta dünya bazarlarında neftin qiymət səviyyəsindən asılı olaraq onun yenidən artırılması da mümkündür.

Mərkəzi Bank makroiqtisadi sabitliyi təmin edən aşağı inflyasiya, sabit məzənnə kimi hədəflərə çata biləcəkmi? Azərbaycan iqtisadiyyatını xarici şoklardan qoruya biləcəkmi? Bütün bu sualların cavabını neftin qiymətində axtarmaq lazımdır. Neftin qiyməti nə qədər ki, 50 dollardan yüksəkdir hökumət və Mərkəzi Bank prosesə nəzarət edə biləcək və qərarı öz siyasətinə uyğun verə biləcək. “Qara qızıl” 40 dollara yaxınlaşsa və proses uzunmüddətli olsa, sabit məzənnəni və aşağı inflyasiyanı qorumaq mümkünsüz olacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi

    Mərkəzi Bank bir ayda 1,2 milyard dollar itirdi ...

    4-09-2015, 17:28

  • 
  • Mərkəzi Bank manatı real üzən məzənnəyə keçiribmi? – Ekspert rəyi

    Mərkəzi Bank manatı real üzən məzənnəyə ...

    11-02-2016, 19:30

  • 
  • Azərbaycanda dollar qalxır?! - İqtisadçılar danışır

    Azərbaycanda dollar qalxır?! - İqtisadçılar ...

    17-12-2014, 11:26

  • 
  • İqtisadçı ekspert 2018-ci il üçün proqnozları açıqlayır — Manatı gözləyən təhlükə

    İqtisadçı ekspert 2018-ci il üçün proqnozları ...

    28-12-2017, 13:27

  • 
  • Bank sektorunun sağlamlaşdırılması yeni pul siyasəti rejiminə keçidi sürətləndirəcək - AMB

    Bank sektorunun sağlamlaşdırılması yeni pul ...

    28-12-2018, 11:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu