GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Vüqar Rəhimzadə: "SOCAR karbamid" zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir"

Vüqar Rəhimzadə: "SOCAR karbamid" zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir"

Tarix: 17-01-2019, 15:25 Bölmə :İqtisadiyyat Baxış: 720
Vüqar Rəhimzadə: "SOCAR karbamid" zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir"


"Dövlətimizin başçısı İlham Əliyev qeyri-neft sektorunda istehsal olunan və Azərbaycan brendi ilə tanınan məhsulların dünya bazarlarına ixracını prioritet vəzifə kimi qarşıya qoyaraq, bu istiqamətdə biri-birindən önəmli addımlar atır. Məqsədə çatmaq üçün ilk növbədə özəl sektorda hazırlanan mallara tələbat yerli potensial hesabına ödənilməli, idxal azaldılmalıdır. Aparılan iqtisadi islahatlar və həyata keçirilən layihələr nəticəsində bu məqsədə yüksək səviyyədə nail olunur."

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "SOCAR karbamid" zavodunun istifadəyə verilməsi ilə bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki, hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihə olan "SOCAR karbamid" zavodunun istehsala başlaması azot kübrəsi idxalına ehtiyacı aradan qaldıracaq. Bu zavodun işə düşməsi, eyni zamanda, ölkəmizdə kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq: "Məlumdur ki, bu günədək azot kübrələri Azərbaycana idxal edilirdi. Zavodun istifadəyə verilməsi ilə həm daxili bazarın tələbatı tam ödəniləcək, həm də istehsal olunan məhsulun təxminən 70 faizi ixrac ediləcək."

Baş redaktor bildirib ki, 2013-2020-ci illəri əhatə edən mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaqdır. Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya, sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma əsas prinsip kimi diqqət mərkəzindədir. Bu səbəbdəndir ki, xarici investorların maraq göstərdikləri ölkəmizdə dünya təcrübəsindən istifadəyə diqqət daha da artır, sağlam investisiya mühitinin formalaşdırılması və yaxşılaşdırılması məqsədilə mühüm işlər görülür. "SOCAR karbamid" zavodunun istifadəyə verilməsi bu məqama da işıq salır. Belə ki, dövlətimizin başçısının da vurğuladığı kimi, zavodun tikintisində xarici tərəfdaşlar da iştirak edib. Birgə səylərin göstərilməsi əsasında beynəlxalq standartlara cavab verən müəssisənin yaradılması mühüm əməkdaşlıq nümunəsinin göstəricisidir.

Bu gün xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində səylərin artırılması başlıca vəzifə kimi diqqətdə saxlanılır. Dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Qarşıya qoyulan bu kimi məqsədlərə yüksək səviyyədə nail olmaq üçün potensial baza kimi qeyri-neft sənayesinə, fermer təsərrüfatlarına investisiya qoyuluşuna xüsusi önəmin verildiyi "SOCAR karbamid" zavodunun timsalında aydın görünür. "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilən və bundan sonra da gerçəkləşəcək layihələr qarşıdakı illərdə sənayenin inkişafını stimullaşdıracaq.

V.Rəhimzadə məhz bu proqrama, eyni zamanda, "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq reallaşan "SOCAR karbamid" zavodunu ən müasir standartlara cavab verən böyük sənaye müəssisəsi kimi dəyərləndirərək, ölkə Prezidenti İlham Əliyevin müəssisənin kollektivi ilə görüşündə diqqət yönəltdiyi bu məqamdan da bəhs edib ki, zavodda ildə 650 min ton karbamid istehsal olunacaq. Onun böyük əksəriyyəti ixrac ediləcək. Ən əsası daxili tələbat ödəniləcək. Azərbaycan dövlətinin fermerlərə verilən kübrələrin 70 faizinin vəsaitini təmin etdiyini nəzərə alsaq, bu, büdcəmiz üçün kifayət qədər böyük maliyyə yüküdür. Artıq büdcəmiz bu maliyyə yükündən azad olacaq, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək. Ən əsası fermerlərimizi daxili imkanlar hesabına ən keyfiyyətli kübrə ilə təmin etmək imkanındayıq.

Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, uğurlu sonluqla başa çatan hər bir layihənin əhəmiyyətindən bəhs edərkən, təbii ki, onun bu günümüzün əsas çağırışlarından olan işsizlik probleminin həllinə nə kimi töhfə verəcəyi xüsusi qeyd edilir. "SOCAR karbamid" zavodunda 500 iş yeri yaradılacaq və burada çalışanların böyük əksəriyyəti yerli vətəndaşlar, xüsusilə gənclər olacaq. Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşündə bildirmişdir: "Ölkəmizin uğurlu inkişafı üçün belə böyük müəssisələrin çox böyük əhəmiyyəti var. Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq. Qeyd etdiyim kimi, qeyri-neft sənayesində 9,1 faiz artım çox böyük göstəricidir."

Baş redaktor bu ümumiləşdirməni diqqətə çatdırıb ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlar sinfinin formalaşdırılması və bu istiqamətdə davamlı addımların atılması bir məqsədə xidmət edir ki, vətəndaş amilənə verilən dəyərin göstəriciləri daha böyük rəqəmlərlə ifadə olunsun.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Sumqayıtda karbamid zavodunun tikintisində işlərin gedişi ilə tanış olub

    Prezident İlham Əliyev Sumqayıtda karbamid ...

    28-04-2017, 11:09

  • 
  • Prezident İlham Əliyev Sumqayıtda iki zavodun açılış, bir müəssisənin təməlqoma mərasimlərində iştirak edib - FOTO

    Prezident İlham Əliyev Sumqayıtda iki zavodun ...

    25-10-2015, 13:27

  • 
  • SOCAR-da faciə statistikası

    SOCAR-da faciə statistikası ...

    21-02-2013, 10:17

  • 
  • STAR zavodunun açılış mərasimi keçirilib - YENİLƏNİB

    STAR zavodunun açılış mərasimi keçirilib - ...

    19-10-2018, 18:46

  • 
  • SOCAR "Global Witness" təşkilatının iddialarına tutarlı cavab verdi

    SOCAR "Global Witness" təşkilatının ...

    20-12-2014, 15:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu