Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Birləşmiş Krallıqda yerləşən və hasilat sənayesində şəffaflıq məsələlərini araşdıran "Global Witness" qeyri-hökumət təşkilatının irəli sürdüyü bütün əsassız iddialara cavab verən yeni veb-saytını (www.azerbaijananonymousexplained.com) istifadəyə verib. Bu barədə "Report"a SOCAR-dan bildiriblər. Qeyd olunur ki, "Global Witness" 2013-cü il dekabrın 13-də dərc etdirdiyi "Azerbaijan Anonymous" adlı hesabatında SOCAR-a qarşı əsası olmayan iddialar irəli sürüb və şirkəti qeyri-şəffaflıqda ittiham edib. Saytda xarici məsləhətçilərin yardımı ilə SOCAR heyəti tərəfindən xüsusi olaraq hazırlanan və "Global Witness" təşkilatının dərc etdiyi hesabatda qaldırılan bütün suallara dolğun və tutarlı cavab verilib. Veb-sayt hazırda ingilis dilində istifadəyə verilib, lakin səhifənin Azərbaycan və rus dillərində olan versiyaları da tezliklə işə salınacaq. "Saytın məzmunu elə ilk baxışda "Global Witness" təşkilatının SOCAR-a qarşı irəli sürdüyü iddiaların nə qədər əsassız və qeyri-obyektiv olduğunu əyani şəkildə sübuta yetirir", - məlumatda bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?