Dünən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) "Azərbaycanın neft sektorunda əmək, iqtisadi və sosial hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsi - müstəqil monitorinq" hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, 2012-ci ildə əməyin mühafizə qaydalarının pozulması nəticəsində Azərbaycanın neft sektorunda 59 bədbəxt hadisə baş verib. Bu, Təşkilata məlum olan və ya mətbuat vasitəsi ilə əldə olunan faktlardər. Təşkilatın məlumatına əsasən, 2012-ci ildə Azərbaycanın neft sektorunda həlak olmuş işçilərin sayı 13 nəfər olub. Bundan əlavə, 2012-ci ildə Azərbaycanın neft sektorunda əmək xəsarəti almış qeydə alınmış işçilərin sayı 46 nəfər təşkil edib. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) İctimai Birliyi 1996-cı ildə Azərbaycanın neft və qaz sektorunda çalışan insanların hüquqlarının müdafiəsi və ölkənin enerji sektorunda reallaşdırılan layihələr üzərində vətəndaş cəmiyyətinin nəzarətinin bərqərar olunması məqsədilə neft sektorunda çalışan bir qrup mütəxəssis tərəfindən yaradılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?