2018-ci ildə SOCAR 11,2 mlrd. kubmetr həcmində təbii qazı Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə istifadə edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, beləliklə birbaşa SOCAR tərəfindən bazarlarda reallaşdırılan təbii qazın 89%-ə yaxın hissəsi məhz Azərbaycanın daxili tələbatına yönləndirilərək, daxili tələbat tam ödənilib, qalan 2 mlrd. kubmetrə yaxın qaz həcmi qaz anbarlarına vurulub, 1,42 mlrd. kubmetr təbii qaz isə birbaşa SOCAR tərəfindən Türkiyə və Gürcüstan bazarlarına ixrac edilib.
Ötən il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 mlrd. kubmetr təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 11% çoxdur. Bütün ixracatçılar tərəfindən Türkiyə bazarına ümumilikdə 7,23 mlrd. Gürcüstan bazarına isə 2,21 mlrd. kubmetr təbii qaz ixrac olunub.
Sorğu
Yeni dizaynımız necədir?