Prezident İlham Əliyev bu gün, fevralın 8-də minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam verib.
Gundemxeber.Az bildirir ki, bununla “Minimum aylıq əməkhaqqının artırılması haqqında” prezidentinin 2017-ci il dekabrın 25-də verdiyi sərəncama dəyişiklik edilib. Yeni sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib. Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. Prezident sonuncu dəfə 2017-ci il dekabrın 25-də minimum aylıq əməkhaqqını artırmışdı. Onda 2018-ci il yanvarın 1-dən bu məbləğ 116 manatdan 130 manata qaldırılmışdı.//AzadlıqRadiosu
Sorğu
Yeni dizaynımız necədir?