Azərbaycan valyuta bazarında Amerika dollarına tələbat durmadan artmaqdadır. İqtisadçılar hesab edir ki, 2019-cu ildə dollara tələbat daha da artacaq.
İqtisadi və Sosial İnkişaf Mərkəzin rəhbəri Vüqar Bayramov bildirir ki, bu ilin ilk iki ayında Dövlət Neft Fondu 951,1 milyon dollar məbləğində valyuta satıb.
“Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 milyon dollar və ya 43,4 % çoxdur. Belə ki, Neft Fondu 2018-ci ilin analoji dövründə 663,2 milyon dollar satmışdı. Göründüyü kimi 2019-cu ilin ilk aylarında dollara tələbin yüksəlməsi müşahidə olunub”.
İqtisadçı dollara tələbin artmasınn əsas səbəbləri nədir? Sualına da cavab verib.
Yenə də məzənnənin necə dəyişəcəyi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Vüqar Bayramov, iqtisadçı
“Öncədən proqnozlaşdırdığımız kimi dövlət xərclərinin artması dollara tələbi yüksəldir. Bu ilin yanvar ayından dövlət büdcəsindən 1 milyard 269 milyon manat ayrılıb. Bu ötən ilin yanvar ayı ilə müqayisədə 30 faiz çoxdur. Adətən yanvar ayı fiskal ilin başlanğıcı olduğu üçün nisbətən az xərcləmələrə gedilirdi. Amma rəsmi rəqəmlər göstərir ki, aylıq xərcləmələrdə kəskin artım var. Bu isə dollara tələbin artmasına gətirib çıxaran əsas səbəblərdəndir. Məhz bunun nəticəsidir ki, dollara tələbin yüksəlməsinə baxmayaraq, bu dövrdə valyuta bazarında ciddi volatillik nümayiş olunmayıb.”
Bayramov hesab edir ki, tələbatın artmasına baxmayaraq, dolların manata nisbətdə kursunun artmaması bu valyutanın əsasən biznes dairələri tərəfindən alınmasıdır.
“Çünki daha çox biznesin dollara olan tələbi ödənilib. Həmçinin, neft bazarındakı kəskin sıçrayışlar fonunda xüsusən yanvar ayında dollar yığımlarının artması müşühidə olunub. Bütövlükdə, 2019-cu ildə dövlət büdcəsindən 24 milyard manatdan çox vəsaitin xərclənəcəyini nəzərə alsaq bu il dollara tələbin yüksək olacağə gözlənilir. Bununla belə, yenə də məzənnənin necə dəyişəcəyi Mərkəzi Bankın mövqeyindən asılı olacaq” , o, bazarın Mərkəzi Bank tərəfindən nizamlandığına işarə edib.
İqtisadçı Natiq Cəfərli də bu ilin iki ayında dollara tələbatın ötən illə müqayisədə 43,4% artıdğını yazır.
Əhali qazandığının rəsmi rəqəmlərə görə 48%-ni, qeyri-rəsmi hesablamalara görə 60%-dən çoxunu ərzağa, yeməyə xərcləyir ki, bunun da 75%-i ya birbaşa xarici maldır. Natiq Cəfərli, iqtisadçı
İqtisadçı dollara tələbatın artmasını belə izah edir: “1) Ölkədə büdcə xərcləri artdıqca, dollara təlabat artır, çünki xərclərin bir qismi korrupsiyaya yem olur, həmin vəsait dollara çevrilr, 2) Ölkədə istehlak çoxaldıqca dollara təlabat artır, çünki ölkədə corab belə istehsal edilmir, geyimə xərclənən hər manatın 65 qəpiyi dollar olub Çinə, Türkiyəyə gedir, 3) Ölkədə məntiqsiz lahiyələr olduqca (Məsələn, Neftçalada vintacanla maşın (İran və Azərbaycanın investisiyası ilə qurulan Neftçala Avtomobil zavaodu nəzərdə tutulur-red) dollara təlabat artır, 4) Ölkədə sağlıq durumu pisləşdikcə dərmana təlabat artır, deməli dollar ölkədən uçur, 5) Ölkədə maaş-təqaüd-ödənişlər artıqca dollara yönələn manat da artır, çünki əhali qazandığının rəsmi rəqəmlərə görə 48%-ni, qeyri-rəsmi hesablamalara görə 60%-dən çoxunu ərzağa, yeməyə xərcləyir ki, bunun da 75%-i ya birbaşa xarici maldır, ya da üstünə yerli yazılmış, tərkibi xaricdən alınan, buradasadəcə qablaşdırılan mallardır,” o qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?