“Belə hallar başqa yerlərdə də olub. Odur ki, bunlar araşdırılmalı, baxılmalı, tədqiqat aparılmalıdır”.
Bunu Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev İsmayıllının Cülyan kəndində tapılan neft yatağına münasibət bildirərkən deyib. O, qeyd edib ki, bu cür hallarda mütləq araşdırma aparılır. Şirkət rəsmisinin sözlərinə görə, tədqiqat aparmaq məqsədilə SOCAR-ın texnikaları rayonda yerləşdirilib.
Artıq Cülyan kəndi ərazisində aparılan tətqiqatların uğurla başa çatdığı deyilir. Kənd ərazisində böyük neft ehtiyatlarının olduğu bildirilir. Yaxın aylarda qazma işlərinin aparılacağı gözlənilir.
Sorğu
Yeni dizaynımız necədir?