Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 441 saylı meydançasında partlayış olub.
Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçisi dedi ki, rəhbərlik etdiyi təşkilata neft quyuları olan meydançada partlayışın baş verməsi ilə bağlı məlumat daxil olub: “Ölən və yaralananların olduğu deyilsə də bu fakt təsdiqlənməyib. Hələlik dəymiş ziyan barədə də açıqlama verilmir. Xilasetmə işləri aparılır”.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən də faktı təsdiqləyiblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?