GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » SOCAR-ın fəaliyyətsiz mətbuat katibi...

SOCAR-ın fəaliyyətsiz mətbuat katibi...

Tarix: 14-04-2015, 21:54 Bölmə :Ölkə Baxış: 0
SOCAR-ın fəaliyyətsiz mətbuat katibi...

Nizaməddin Quliyev ictimaiyyətə və mediaya sayğısız yanaşmaqla, təmsil etdiyi qurum haqda neqativ fikir formalaşdırır

Hər bir dövlət qurumunun mətbuat xidməti və onun rəhbəri həmin təşkilatın və rəhbərliyin imicinin formalaşmasına bilavasitə təsir göstərir. Odur ki, mətbuat katibləri bir qayda olaraq, aktiv olmalı və media ilə işləməyi bacaran şəxs olmalıdır. Təəssüf ki, hazırda bir sıra qurumların mətbuat xidmətlərinin rəhbərlərinin “fəaliyyəti” ancaq neqativlərə yol açır.

Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyevin də passivliyi ARDNŞ rəhbərliyi barəsində neqativ məlumatların yayılmasına zəmin yaradır.

Dövlət strukturlarının nəzdində fəaliyyət göstərən mətbuat xidmətləri bir növ tabe olduğu qurumun siması hesab olunur. Başqa sözlə desək, işini günün tələbləri səviyyəsində qurmağa çalışan idarə, müəssisə və təşkilatların ictimaiyyətlə əlaqələri də adekvat işləyir, fəaliyyəti də mətbuata açıq olur. Lakin kütləvi informasiya vasitələrinin sorğularına məhəl belə qoymayan, onları cavablandırmağa "macal tapmayan" mətbuat xidmətləri də az deyil.

Belə xidmətlərin passivliyi və qeyri-peşəkarlığı informasiya əldə edilməsi üçün edilən müraciətlərin cavablandırılmasında da özünü büruzə verir: "KİV haqqında" Qanunun tələbləri ya pozulur, ya da verilən suallar əhatəli şəkildə cavablandırılmır. Bu da bir yana, elə mühüm dövlət qurumları da var ki, onların ictimaiyyətlə əlaqələr qura bilməməsi nəinki cəmiyyətə, elə mətbuatın özünə də çox çətin başa gəlir.

Söhbətimizi elə bu əsnada, Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin fəaliyyətinə baxış üzərində qurmağa çalışacağıq. Dövlət Neft Şirkəti ölkənin zəngin tarixə malik ən nüfuzlu dövlət qurumlarından bəlkə də birincisidir. Təkcə onu söyləmək kifayətdir ki, dövlət büdcəsinin formalaşmasında ARDNŞ-nin payı 60 faizə yaxındır.

Dövlət Neft Fondunun və xarici neft şirkətlərinin dövlət büdcəsinə ödənişləri də nəzərə alınanda büdcənin formalaşmasında neft sektorunun payı təxminən 85-90%-ə çatır. Buna görə də Dövlət Neft Şirkətinin fəaliyyətinə ölkə ictimaiyyətinin marağı böyükdür. Şirkətdə gedən proseslərin maraqla izlənilməsinə də bu kontekstdən yanaşmalıyıq.

Düşünürük ki, şirkət rəhbərliyi də bunu təbii qəbul etməli, fəaliyyətinin bu və ya digər istiqamətləri barədə kütləvi informasiya vasitələrinə gərəkli və yetərli informasiyanın çatdırılmasında maraqlı olmalıdır. Lakin bu vəzifəni həyata keçirməli olan ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin fəaliyyəti demək olar ki, görünmür. Mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin isə öz məhdud əhatə dairəsi var. Onun fikirləri ilə yalnız bir neçə qəzet və telekanalda tanış olmaq olar. Qalan hallarda mətbu orqanların suallarını Nizaməddin Quliyevin cavablandıracağına ümid etməyə dəyməz. Bu passivliyi sayğısızlıq da adlandırmaq olar.

Unutmaq lazım deyil ki, məhz mətbuat xidməti rəhbərinin passivliyi ARDNŞ rəhbərliyi barəsində neqativ məlumatların yayılmasına zəmin yaradır. Nizaməddin Quliyevin "bilmirəm", "eşitməmişəm" və "məlumatlı deyiləm" kimi məmursayağı maraqsız açıqlamalarına alışmış mətbuata o qalır ki, ARDNŞ-nin rəhbərliyi ilə bağlı məlumatları ilkin mənbə ilə dəqiqləşdirmədən oxucunun ixtiyarına buraxsın.

Təəssüf ki, ictimaiyyətlə daha çox məmur kimi davranan Nizaməddin Quliyevin özünü də mətbuata bağlı persona kimi dəyərləndirmək zorundayıq. Amma onun barəsində xəbər qaynaqlarından kifayət qədər məlumat əldə edə bilmədik. Lakin eşitdiyimizə görə, neft sahəsində mütəxəssis hesab edilir. Görünür, bu hal Nizaməddin Quliyevin mətbuatla əlaqələrini günün tələblərinə uyğun şəkildə formalaşdırmağa bəs eləmir. Nizaməddin müəllim bilməlidir ki, yeniləşmə ARDNŞ-nin loqosunu mətbuata ingilis ladıyla çıxarmaqla bitmir. O həm də rəhbərlik etdiyi mətbuat xidmətinin əməkdaşları ilə bərabər cəmiyyətə açıq olmalısınız. Mətbuat işçisini məmurdan fərqləndirən əsas cəhət də bax budur...

Tofiq ƏHMƏDLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Suriyada mücahidlər “SOCAR”ın avtomobilini ələ keçiriblər? (FOTO)

    Suriyada mücahidlər “SOCAR”ın avtomobilini ələ ...

    7-01-2014, 12:49

  • 
  • SOCAR "Kanal 24"lə bağlı ittihamlara cavab verdi

    SOCAR "Kanal 24"lə bağlı ittihamlara ...

    12-06-2013, 16:40

  • 
  • İŞİD Suriyada "SOCAR"ın avtomobilini ələ keçirdi

    İŞİD Suriyada "SOCAR"ın avtomobilini ...

    24-07-2014, 13:57

  • 
  • Hansı nazirliyin mətbuat xidməti yaxşı işləyir?

    Hansı nazirliyin mətbuat xidməti yaxşı işləyir? ...

    23-12-2013, 13:50

  • 
  • ARDNŞ-də şöbə rəislərinin xidməti maşınları alındı

    ARDNŞ-də şöbə rəislərinin xidməti maşınları alındı ...

    17-01-2014, 01:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu