GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » "Hakimiyyət gələcək nəsillərin pulunu xərcləməkdə davam edir"

"Hakimiyyət gələcək nəsillərin pulunu xərcləməkdə davam edir"

Tarix: 8-10-2019, 11:20 Bölmə :İqtisadiyyat Baxış: 481
"Hakimiyyət gələcək nəsillərin pulunu xərcləməkdə davam edir"


Azərbaycanın dövlət büdcəsinin yarıdan çoxu hələ də neft gəlirləri hesabına formalaşır. Gələn ilin dövlət büdcəsinin nə az, nə çox 57 faizini neftdən gələn gəlirlər təşkil edir: həm Neft Fondundan transfertlər, həm də digər neft gəlirləri.

Dövlət büdcəsinin neft gəlirlərindən ciddi asılılığı qalmaqdadır. 2020-ci ildə Neft Fondundan Dövlət büdcəsinə 11,7 milyard manat birbaşa transfert gözlənilir. Yəni builki göstəricidən 400 milyon manat çox.

İqtisadiyyat təhlilçisi Toğrul Maşallının fikrincə, hökumətin sözü ilə əməli düz gəlmir, bir tərəfdən qeyri-neft sektorunun inkişafından danışılır, o biri tərəfdən neft fondundan dövlət büdcəsinə transfertlər ildən-ilə artırılır.

Onun sözlərinə görə, neft fondunun yaradılmasından əsas məqsəd neft gəlirlərinin indiki və gələcək nəsillər üçün qorunub saxlanması idi. O deyir ki, bunun əvəzində hökumət hər il fondun gəlirlərinin böyük hissəsini xərcləyir.

Azərbaycan Dövlət Neft Fondunda 42 milyard dollardan çox vəsait var.

Bu il Neft Fondunun gəlirləri 15,5 milyard manat, xərcləri isə 11,6 milyard manat proqnozlaşdırılıb.

Xərclərin hardasa 11,4 milyard manatının Dövlət Büdcəsinə transfertlərə, 200 milyon manatının isə məcburi köçkünlərin sosial-məişət problemləri ilə bağlı işlərə ayrılması nəzərdə tutulub.

Neftdən asılılıq azalmır, əksinə artır

İqtisadçı ekspert Torğul Maşallı deyir ki, Neft Fondu təkcə 2019-ci ildə yox, bundan öncəki illərdə də gəlirlərinin böyük hissəsini xərcləyib. Onun fikrincə, neft fondunun vəsaitini səmərəli istifadə etmək üçün digər sahələr inkişaf etdirilməli, büdcəyə köçürmələr azaldılmalıdır.

Elə Azərbaycan hökumətini özü də bəyan edir ki, əsas məqsəd büdcənin neftdən aslılığını azaltmaq, qeyri-neft sektorununu inkişaf etdirməkdir.

Ümumilikdə, illər üzrə statistik məlumatları təhlil etdikdə, transfertlərdə artım tempi müşahidə olunur. Məsələn, 10 il öncə Neft Fondundan Dövlət büdcəsinə transfertlər 40 faiz civarında idisə, indi bu 48 faizdir.

Halbuki, hökumətin hədəfi büdcədə qeyri-neft sektorunun payını artırmaq, büdcənin neftdən aslılığını azaltmaq idi.

İqtisadiyyat naziri Şahin Mustafayev 2019-cu ilin 6 ayına dair kollegiya iclasında deyib ki, İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, qeyri-neft sektoru inkişaf edir. O bildirib ki, bu ilin birinci yarımilliyində qeyri-neft sektoru 3,2%, qeyri-neft sənayesi 15,7%, qeyri-neft ixracı 15% artıb.

2020-ci ilin dövlət büdcəsində qeyri-neft sektorundan gəlirlərin daha da artırılması proqnozlaşdırılır. 2019-cu illə müqayisədə gələn il qeyri-neft sektorundan daxilolmalların 11 faiz artırılması gözlənilir.

Qeyri-neft illüziyası

Amma iqtisadçı ekspert Toğrul Maşallı deyir ki, qeyri-neft sektoru adı ilə göstərilən bəzi büdcə gəlirlərinin özü də elə neftlə bağlıdır. Belə ki, neft fondundan büdcəyə transfertlər olunur, bu vəsaitin bir hissəsi tutalım, hansısa xəstəxananın və ya məcburi köçkünlər üçün binanın tikilməsinə ayrılır. Burada çalışan işçilərin, tenderdə qalib gələn şirkətin ödədiyi vergilər qeyri-neft sektoruna aid edilir.

Amma Toğrul Maşallı düşünür ki, bu gəlirlərin hamısı dolayı yolla neftə aiddir. Məsələn, neft gəlirləri azalsa, belə infrastruktur layihələrinə vəsait ayrılmaz, onda da büdcəyə daxil olan vəsait azalar.

Onun sözlərinə görə, 2015-ci il devalvasiyalarında bu hallar yaşandı. Bundan sonra hökumət qeyri-neft sektorunun inkişafında daha inamlı idi. Toğrul Marşallı düşünür ki, son illər neftin qiyməti qalxandan sonra hökumət yenidən arxayınlaşıb:

“Bütün qəbul olunan strateji yol xəritələri və digər dövlət proqramları unuduldu. Nəticədə də bu gün biz qeyri-neft sektorunu inkişaf etdirilə bilmədik. Dövlət büdcəsinə əsasən, Vergilər Nazirliyinin səyləri hesabına, maksimal həddə vergi toplamaqla vəsait yığılır. Bu vəsaiti də qeyri-neft sektoru kimi göstərmək istəyirlər”.

Vəziyyət çıxılmaz deyil

Millət vəkili Vahid Əhmədov deyir ki, o özü də hər il büdcə layihəsinin müzakirəsində bu məsələni qaldırır. Amma fikrincə, bu sahədə problem olsa da, durum çıxılmaz deyil:

"Dövlət büdcəsinin, ümumiyyətlə, dövlətin neftdən aslılığını azaltmaq lazımdır. Qeyri-neft sektoru inkişaf edilməlidir. Bank sektoruna, real sektora vəsait yatırmaq lazımdır. Düzdür, hələ buna tam nail olunmayıb. Mən də razılaşıram ki, bu sahədə problemlər var. Amma durum çıxılmaz deyil, hökumət bu problemləri aradan qaldırmaq üçün işlər görür. Sadəcə bu işləri sürətləndirmək lazımdır ki, qeyri-neft sektorunun inkişafı reallaşsın".

2019-cu ilin dövlət büdcəsinin gəlirlərinin 7,3 milyard manatının Vergilər Nazirliyi, 3,7 milyard manatının isə Dövlət Gömrük Komitəsindən daxil olması proqnozlaşdırılmışdı.

Hələlik, gələn ilin dövlət büdcəsi ilə bağlı detallar açıqlanmayıb. Amma 2020-ci ildə neftin bir barrelinin 55 dollardan hesablanması gözlənilir. Bu ilin dövlət büdcəsində neftin bir bareli 60 dollardan götürülmüşdü.//AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Neft Fondundan dövlət büdcəsinə transfert 1,6 milyard manat artırılır

    Neft Fondundan dövlət büdcəsinə transfert 1,6 ...

    17-02-2016, 14:38

  • 
  • Azərbaycan dövlət büdcəsinin gəlirləri 3,5%, xərcləri 7,3% artırılır

    Azərbaycan dövlət büdcəsinin gəlirləri 3,5%, ...

    23-10-2018, 12:23

  • 
  • Neft Fonduna qarşı şok iddia

    Neft Fonduna qarşı şok iddia ...

    10-05-2013, 12:58

  • 
  • Azərbaycan Dövlət Neft Fondunun gəlirləri azaldı

    Azərbaycan Dövlət Neft Fondunun gəlirləri azaldı ...

    20-10-2014, 12:55

  • 
  • Neft Tükənəndən Sonra Nə Olacaq?

    Neft Tükənəndən Sonra Nə Olacaq? ...

    18-11-2013, 12:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu