GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » SOCAR: Azərbaycana idxal edilən gübrə ölkədə istehsal edilməyən gübrə növləridir

SOCAR: Azərbaycana idxal edilən gübrə ölkədə istehsal edilməyən gübrə növləridir

Tarix: 21-10-2019, 12:57 Bölmə :İqtisadiyyat Baxış: 683
SOCAR: Azərbaycana idxal edilən gübrə ölkədə istehsal edilməyən gübrə növləridir


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda bu ilin əvvəlində istifadəyə verilən Karbamid zavodu tam gücü ilə çalışır və ölkəyə idxal edilən gübrə zavodda istehsalı həyata keçirilməyən gübrə növləridir.

Gundemxeber.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

“Əvvəla, qeyd etmək lazımdır ki, gübrə sırf karbamid deyil. Gübrə üç növdə olur: Azot gübrələri, fosfat gübrələri və kalium gübrələri. Karbamid azot gübrələrinin bir növü və digər gübrələr arasında ən çox azot tutumuna malik olan gübrədir.

Digər növ gübrələr, yəni fosfat və kalium gübrələri hazırda Azərbaycanda istehsal olunmur. Təbii ki, bu növ gübrələr ölkənin kənd təsərrüfatında istifadə olunduğuna görə idxal edilir. Lakin həcminə görə ən çox istifadə edilən azot gübrələridir və artıq Azərbaycanda istehsal edilir.

“SOCAR Karbamid” zavodu tam gücü ilə işləyir, ixrac həyata keçirilir, ancaq hazırda bu zavodun istehsal etdiyi məhsulun daxildə alışı nisbətən aşağıdır”, - İ.Əhmədov qeyd edib.

SOCAR rəsmisi bunu istehlakçıların hələlik daha az azot tutumuna malik selitraya alışmaları ilə əlaqələndirir:

“Selitra Azərbaycana idxal edilir. Lakin bu məhsul həm də karbamidlə müqayisədə bir az təhlükəli məhsuldur. Karbamidin təhlükəsizlik baxımından da üstünlüyü var. Yəni həm keyfiyyət, həm də təhlükəsizlik baxımından karbamid selitradan daha yaxşı və daha üstün məhsuldur.

Lakin hazırda yerli fermerlər selitraya üstünlük verirlər. Çünki əvvəldən idxal zamanı selitra karbamiddən daha ucuz başa gəlirdi. Amma hazırda karbamid yerli bazarda selitradan ucuzdur. Yəni ölkə daxilində istehsal olunan və daha keyfiyyətli məhsul olan karbamid idxal edilən və daha aşağı azot tutumu olan selitradan daha ucuzdur”.

Onun sözlərinə görə, bu məsələdə əsas maneə maarifləndirmədir:

“Bizim yerli fermerlər bu barədə daha məlumatsızdırlar. Bəlkə də, onlar hələ yeni məhsulu sınaqdan keçirməkdən çəkinirlər. Onlar daha aşağı azot tutumu olan məhsula alışıblar və yəqin ki, hələ karbamidin üstünlüklərini tam olaraq dərk etməyiblər. Fermerlərin vərdişlərinin dəyişdirilməsi bir müddət tələb edəcək”.

Bununla belə, İ.Əhmədov bütün bunların zavodun fəaliyyətinə və gəlirliyinə təsiri olmadığını, zavodun istehsal etdiyi məhsulların ixrac edildiyini qeyd edib:

“Zavod hazırda tam gücü ilə işləyir və gəlirliyində də problem yoxdur. Amma biz istərdik ki, bu zavodun istehsal etdiyi məhsullar daxili bazarda daha çox istifadə edilsin. Bunun gələcəkdə mümkün olacağına inanırıq”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan dəyəri 86 mln. 306,1 min ABŞ dolları (artım 60%) olan 249,3 min ton mineral gübrə idxal edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 35,7% çoxdur.

Polietilen zavodunun fəaliyyəti ilə daxildəki əsas tələbat qarşılanacaq

SOCAR-ın Sumqayıtdakı digər “SOCAR-Polymer” kompleksinin iki zavodu- Polipropilen və Yüksəksıxlıqlı Polietilen Zavodlarına gəlincə isə SOCAR rəsmisi qeyd edib ki, hazırda Polipropilen zavodu artıq tam normal rejimdə işləyir, Yüksəksıxlıqlı Polietilen Zavodu isə test rejimində çalışır. Onun sözlərinə görə, bu ilin sonunda və ya gələn ilin əvvəlində artıq bu zavod tam istehsal gücündə işləyəcək və kommersiya məhsulunun tam həcmini istehsal edəcək.

“Lakin nəzərə almaq lazımdır ki, polietilen zavodunun Azərbaycanda işləməsi o demək deyil ki, polietilenin bütün növləri istehsal ediləcək. Polietilen çeşidləri çoxdur və bütün məhsul çeşidlərini istehsal etmək iqtisadi baxımdan sərfəli deyil.

Polietilen zavodları adətən 4-5 növ daha çox tələbat olan məhsulu əsas hədəf götürür və onları böyük həcmlərdə istehsal edirlər. Bu, dünyada belədir. Bizdə istehsal olunan əsasən ixraca yönələn və daxili tələbatda istehsal edilən məhsullardır.

Ola bilər ki, nisbətən az istifadə edilən məhsulların istehsalı üçün başqa çeşid və növ polietilenin idxalı gələcəkdə də lazım olacaq. Lakin polietilen zavodunun fəaliyyəti ilə daxildəki əsas tələbat qarşılanacaq və böyük həcmlərdə ixrac olunacaq”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkəyə 39 mln. 542,4 min dollar dəyərində (artım 22,8%) 33 min 636,1 ton (artım 32,5%) polietilen idxal edilib.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • SOCAR: Daxili bazarda karbamidi idxal qiymətindən daha aşağı qiymətə təqdim edirik

    SOCAR: Daxili bazarda karbamidi idxal qiymətindən ...

    3-10-2019, 16:11

  • 
  • Masallıda “Aqrolizinq” talanı

    Masallıda “Aqrolizinq” talanı ...

    21-05-2014, 10:20

  • 
  • Prezident İlham Əliyev Sumqayıtda karbamid zavodunun tikintisində işlərin gedişi ilə tanış olub

    Prezident İlham Əliyev Sumqayıtda karbamid ...

    28-04-2017, 11:09

  • 
  • Vüqar Rəhimzadə: "SOCAR karbamid" zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir"

    Vüqar Rəhimzadə: "SOCAR karbamid" ...

    17-01-2019, 15:25

  • 
  • "SOCAR Polymer" "Qazprombank"la saziş imzaladı

    "SOCAR Polymer" ...

    17-06-2016, 17:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu