GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Neft pullarından kimə nə düşür?

Neft pullarından kimə nə düşür?

Tarix: 20-01-2020, 14:34 Bölmə :İqtisadiyyat Baxış: 439
Neft pullarından kimə nə düşür?


Prezident İlham Əliyevin yanvarın 14-də SOCAR-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin 90 illik yubleyində çıxışı zamanı neft gəlirləri barədə söylədikləri ictimai müzakirələrə səbəb oldu.

Bir sıra şəxslər arasında prezidentin “neft pulları cəmiyyətdə ədalətli bölünür" açıqlaması, hələ də müzakirə edilir. Ölkə başçısının həmin çıxışda bildirdiyinə görə, Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır. “Bu, onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür və son illərdə ölkəmizdə yaşanan tərəqqi məhz bu amilə söykənir.”, deyə dövlət başçısı həmin yubileydəki çıxışında vurğulamışdı.

Müzakirələrdə bu deyilənlərə münasibət bir xeyli fərqlənir.

“Kasıblara qəpik-quruş düşür”
Hikmət Hacızadə


Politoloq Hikmət Hacızadə Azadlıq Radiosuna deyib ki, qanunvericilikdə bu məsələyə yanaşma ədalətli qoyulsa da, gerçəklikdə vəziyyət fərqlidir:

“Fakt budur ki, neft pulları oğurlanır, həm büdcədən, həm Dövlət Neft Fondundan. Nəticədə oğurluq pullar varlıların və oliqarxların cibinə gedir, kasıblara qəpik-quruş düşür. Büdcəni dağıdırlar, mənasız layihələr təklif olunur və buna görə pullar alınır, sonradan bu vəsaitlər silinir. Yerdə qalan az vəsait isə kasıblar arasında bölünür”

Amma V çağırış Milli Məclisin üzvü Adil Əliyev isə Prezidentin dediklərini tam həqiqət sayır. Onun sözlərinə görə, neft gəlirləri ədalətlə bölünür ifadəsi çox geniş məna kəsb edir:

“Hər hansı ədalətsizlikdən söhbət gedə bilməz”
Milli Məclisin üzvü Adil Əliyev


“Məsələ ondadır ki, neftdən gələn pulları kiməsə konvertlə vermirlər ki, ədalətlə bölünsün. Neft gəlirləri Dövlət Neft Fonduna (DNF) toplanır və ölkənin ictimai-siyasi həyatına, abadlıq, quruculuq işlərinə yönəlir. Abadlıq, quruculuq işləri də keçirilən tenderlər hesabına gerçəkləşir. İkinci, insanlardan kiməsə az, yaxud kiməsə çox pay düşmür, yəni hər kəsə bərabər ayırmalar düşür. Söhbət pensiyalar və maaşlardan gedir. DNF-dən dövlət büdcəsinə transfertlər olur, oradan insanlara maaşlar və pensiyalar şəklində verilir. Yəni maaş və pensiyalar vergilərlə neft gəlirlərinin toplanması hesabına artırılır. Ona görə hər hansı ədalətsizlikdən söhbət gedə bilməz”

Xatırlatma

Azərbaycan Dövlət Neft Fondu ( NF) 1999-cu ildə yaradılıb. O, 2001-ci ildə fəaliyyətə başlayıb. Dövlət Neft Fonduna yarandığı vaxtdan ötən il noyabrın 30-na kimi ümumilikdə təqribən 158,4 milyard ABŞ dolları həcmində vəsait daxil olub. Bunun da 151,5 milyard ABŞ dollarını neft və qaz sazişlərinin həyata keçirilməsi, 6,9 milyard ABŞ dollarını isə Fondda toplanan vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.

Ötən il oktyabrın 1-də Fonda 42 milyard dollar civarinda vəsait qaldığı açıqlanmışdı.//AzadlıqRadiosu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev iki milyard ton neft hasilatı ilə bağlı mərasimdə — YENİLƏNİB

    İlham Əliyev iki milyard ton neft hasilatı ilə ...

    8-11-2017, 12:10

  • 
  • Azərbaycan Dövlət Neft Fondunun gəlirləri azaldı

    Azərbaycan Dövlət Neft Fondunun gəlirləri azaldı ...

    20-10-2014, 12:55

  • 
  • Neft Tükənəndən Sonra Nə Olacaq?

    Neft Tükənəndən Sonra Nə Olacaq? ...

    18-11-2013, 12:29

  • 
  • Neft şirkətinin vitse-prezidenti işdən qovuldu

    Neft şirkətinin vitse-prezidenti işdən qovuldu ...

    6-11-2015, 01:59

  • 
  • SOCAR-dan benzinin qiymətinin artırılmasına münasibət

    SOCAR-dan benzinin qiymətinin artırılmasına ...

    16-07-2017, 14:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu