gundemxeber.az "Report"a istinadən xəbər verir ki, sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “28 May” Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı özülünün rəisi Qədim Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədova, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Dövlət başçısı ordeni Xoşbəxt Yusifzadəyə təqdim edib. Sonda Azərbaycanın neft sənayesinin tarixinə həsr edilən videoçarx nümayiş olunub. ***
Hazırda Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.
Sorğu
Yeni dizaynımız necədir?