1 aprel 2020-ci il tarixinə, Dövlət Neft Fondunun aktivləri 70 milyard 210 milyon manata bərabərdir. Onu adambaşına böləndə hər adama 7000 manat vəsait düşür.
Hamısını əhaliyə paylamağa ehtiyac yoxdur. 10 faizini 7 milyard manatını 10 milyon əhaliyə böləndə adambaşına 700 manat, 5 faizini böləndə isə hər kəsə 350 manat vəsait çatar. Mən nə 10, nə də 5 faiz təklif etmirəm, təklifim budur ki, xalqın sərvəti hesabına formalaşan Neft Fonunun 3,575 faizini əhali arasında bərabər bölünsün və hər adama minimum əmək haqqı qədər - 250 manat ödənilsin. Hesab edirəm ki, bu sosial baxımdan da ədalətli təklifdir, bununla əhali gec də olsa neft və qaz adlı təbii sərvətlərə malik olduğunu həm hiss edər, həm də hazırkı çətin dövrdə ən zəruri ehtiyaclarını həmin vəsait hesabına qarşılayardı. Eyni zamanda bu məcmu tələbi artırar, alıcılıq qabliyyətini artırar, büdəcəyə dolayı vergilərdən daxil olmanı çoxaldar, bir sözlə iqtisadiyyatın böhrandan çıxmasında əhəmiyyətli rol oynayardı. Odur ki, hakimiyyət bunu mümkün qədər tez etməlidir. Onsuz da Fondun aktivləri sürətlə dəyərsizləşir, həmin pullar hər gün dəyər itirir. İzləsək, 3 aydan sonra görəcəyik ki, neft fondunu itkiləri xalqa mənim paylamaq üçün təklif etdiyim hazırkı məbləğdən çox olacaq. Neft Fondu yaxın aylarda ən azı 5 milyard manat itirəcək, bunu itirməkdənsə xalqla bölüşmək daha düzgün iqtisadi yanaşma deyilmi? Bu populizm deyil, əgər dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ, Kanada, neft ölkələrindən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qatar, Liviya, qonşu kasıb Gürcüstan bunu edirsə, biz niyə etməyək? Siz necə fikirləşirsiniz? Mən təklif edirəm ki, bu müraciəti imzalayaq, hazırsınızmı? Qısa müddətdə 100 min imza yığa bilərikmi? Hazırsınızsa yazın, harda və necə imalamaq barədə əlavə məlumat verəcəm.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?