Türkiyənin orduya xərclədiyi pul son 10 ildə 86% artıb.
“Report” xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmaları İnstitutunun bu gün yayılan araşdırmasında bildirilib.
Bu artım nəticəsində Türkiyədə hərbi xərclər 20,4 milyard ABŞ dollarına yüksəlib. Siyahıda 15-ci yerə qərarlaşan Türkiyə İsraildən sonra 16-cı yeri tutub.
Dünya ölkələri ötən il orduya ümumilikdə təxminən 2 trilyon ABŞ dollarına yaxın vəsait xərcləyib. İlk beşlikdə ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı yer alıb ki, bu beş ölkənin hərbi xərcləri dünya üzrə göstəricinin 62%-ni təşkil edir.
Sıralamanı 6-cı yerdə Almaniya davam etdirir. Hərbi büdcəsini 10% artıraraq 49,3 milyard ABŞ dollarına çatdıran Almaniya Avropada artım tempinə görə liderdir.
Qeyd edək ki, 15-likdə olan ölkələrdən yalnız 6-sı NATO ölkəsidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?