GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Sığortaçılar niyə özlərinə qapanır? – Təhlil

Sığortaçılar niyə özlərinə qapanır? – Təhlil

Tarix: 11-09-2013, 11:50 Bölmə :İqtisadiyyat Baxış: 780
Sığortaçılar niyə özlərinə qapanır? – Təhlil

Özünə qapanma hər bir bədbəxt hadisədən sonra büdcəyə çox baha başa gəlir


Ötən bazar günü Sədərək yarmarkasında yanğın baş verdi. Ondan bir gün sonra,- bazar ertəsi səhər caglarında zəlzələ Bakını yüngülvarı yırğaladı. Amma xoşbəxtlikdən hər iki hadisə itkisiz, tələfatsız ötüşdü. Mətbuatın Sədərək bazarındakı yangına növbəti günlərdə qayıtmaması deməyə əsas verir ki, yanğının miqyası geniş olmayıb və sahibkarlara ciddi zərər dəyməyib. Lakin başqa cür də ola bilərdi. Məsələn 2010-cu il Kür daşqınları və ya ötən il Zaqatalada baş verən zəlzələ kimi. Dövlət büdcəsindən böyük vəsaitlər xərclənməsinə baxmayaraq hər iki təbii fəlakətin fəsadları aradan tam qaldırılmayıb. Çox güman ki, hər iki təbiət hadisələrinin aradan qaldırılması üçün hələ bir neçə il vaxt, həm də əlavə vəsaitlər tələb olunacaq.

Təbii fəlakətlərdən heç kimin və heç nəyin sığortalanmadığı məlum məsələdir. İnsanların birbaşa təbiətə müdaxiləsi və onun resurslarını amansız istismarı qlobal iqlim dəyişikliyinə səbəb olub. Bütün dünyada sel və daşqın indi sanki adi hala çevrilib. Belə olan halda insanlar öz həyatlarını, daşınan və daşınmayan əmlaklarını, biznesini, fermerlər isə təsərrüfatlarını sığortalamaqda maraqlı olmalıdır. Və inkişaf etmiş ölkələrdə məhz belədir. Avropa və ABŞ vətəndaşları öz xəzdərili və lələkli ailə üzvlərini belə sığotalayırlar. Amma Azərbaycan istehlakçısı imkanından aslı olmayaraq öz həyatını və əmlakını belə könüllü sığotalamaq istəmir. Sığorta xidmətlərinin ölkəmizdə populyar olmamasına ekspertlərin rəyi müxtəlifdir. Bəziləri hesab edir ki, buna əhalinin maddi rifahı imkan vermir, digərləri isə vətəndaşların sığortaçılara güvənməməsi ilə izah edirlər. İnandırıcı deyil ki, Azərbaycan vətəndaşı ildə bir dəfə əyalətlərdə 25 manat, Bakıda isə 50 manat verib öz evlərini yanğından, təbii fəlakətdən (hətta icbari olduğu halda belə) sığortalamağa gücü catmır. Axı vətəndaşlarımız 1 toy məclisinə və ya ad gününü axşamına bundan çox pul xərcləyir. Bir ildə isə belə tədbirlərin sayı 5-dən aşağı olmur. İnamsızlığa gəlincə bu məsələ də, özünü tam doğrultmur. Çünki, təcrübə göstərir ki, vətəndaş özü hüququnu bildiyi və tələb etdiyi halda ona nail ola bilir. Ən azı zərərlər üzrə ödənişlərin rəsmi statistikası da bunu təsdqi edir. Cari ilin 5 ayının statistikası göstərir ki, slğortaçıların kənd təsərrüfatı məhsulları üzrə zərərin ödənişi hətta sığorta yığımını üstələyib.

Yeri gəlmişkən Dövlət Sığorta Xidmətinin rəsmi məlumatına görə 2012-ci ildə bu bu bazar üzrə ümumi yığım 342,5 mln. manatdan bir az çox olub. 2013-cü illə bağlı nəticələrə gəlincə, (bu qurumun saytında ən son məlumat yanvar-may ayları üzrədir) bu göstərici 168, 7 mln. manat səviyyəsindədir . Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə artım təxminən 15 faiz olub. 168 mln manatın təxminən bir körpünün tikinti xərcləri qədər olduğunu nəzərə alsaq bu artlmın da böyük olmadığını görərik.

2013-cü ilin yanvar-may ayı üzrə sığorta xidmətinin bəzi növləri üzrə göstəricilər; (mənbə: http://www.sigorta.maliyye.gov.az/node/348)


Sığorta xidmətinin növü

Sığorta Haqları,AZN

Sığorta Ödənişləri, AZN

tibbi sığorta
36 965 967,71
17 813 598,43
fərdi qəza və xəstəlik sığortası
3 921 857,17
626 379,86
daşınmaz əmlakın icbari sığortası
4 765 310,05
640 743,32
əmlakın yanğından və digər risklərdən sığortası
11 139 254,24
1 907 752,88
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
27 300 780,43
8 552 758,21
avtonəqliyyat vasitələrinin sığortası
21 872 677,50
10 758 997,77
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası
269 796,18
395 076,20
kənd təsərrüfatı heyvanlarının sığortası
130 980,05
77 966,46


Cədvəldən görünür ki, sürücülərin mülki məsuliyyətinin icbari sığorta üzrə yığım nəinki avtomobillərin sığortası üzrə yığımdan, hətta daşınmaz əmlakın icbari sığortası yığımından böyükdür. Məlumdur ki, birinci göstərici sırf DYP orqanlarının səyi nəticəsində əldə olunur. Amma vətəndaşlarımız öz avtomobillərini könüllü sığortalamaq haqqında fikirləşmirlər. Bu xidmət növü üzrə toplanan 27,3 mln. manat vəsaitin əksər böyük hissəsi isə əlbəttə kreditlə satılmış maşınların hesabına formalaşıb. Deməli bu xidmətin də populyar olması sırf bankların öz risklərini sığortalamaqdan irəli gəlir. Cədvəldən göründüyü kimi, çox cüzi sayda kəndli və fermerlər də öz məhsullarını sığortalayır. Tibbi sığorta üzrə yığım isə 37 mln. manat ətrafındadır. Amma bu xidmət növü üzrə yığımın az olması ölkədə Tibbi sığorta haqqında qanunvericiliyin işləməməsindən qaynaqlanır.

Azərbaycanda əhalinin sığorta xidmətlərinə lazımınca maraq göstərməməsinin əsas səbəbi fikrimizcə belə bir mədəniyyətin və ənənin hələ formalaşmamasından irəli gəlir. Və bu məsələdə məhz Sığorta şirkətlərinin məsuliyyəti boyükdür. Azərbaycanda hazırda 29 sığorta şirkəti fəaliyyət göstərsə də, onların bazarda müştəri ugrunda mübarizəsi hiss edilmir. Azərbaycanda bü gün də əhalinin böyük hissəsi öz əmlakını icbari qaydada sığortalamadığına görə məsuliyyət daşıdığından xəbərsizdir. Bu gün sığorta mövzusu mətbuatda ən az hallanan mövzulardan biridir. Sığortaçılar və tənzimləyici dövlət qurumlari KİV-də marifləndirmə və məlumatlandırma işi aparmaq haqqında ümumiyyətlə düşünmür. Diqqət edək, apardığımız media monitorinq nəticəsində məlum olur ki, 60-dan çox mənbədə ötən ay cəmi 400 yaxın məlumat dərc olunub ki, bu da bu biznes haqqında gündə təxminən 13 məlumat deməkdir. Dolayısı ilə gündə iki sığorta şirkətinə bir məlumat belə düşmür. Monitorinqin nəticələri göstərir ki, 4-5 sığorta şirkəti istisna olmaqla, geridə qalanlar mətbuatda çox nadir halda görünürlər. Bəzi şirkətlər haqqında məlumatlara isə aylarla rast gəlinmir. Məlumatların məzmununa gəlincə bunlar əsasən onların reytinqləri, maliyyə hesabatları və öz cari fəaliyyətləri ilə bağlı olur. Sığorta xidmətləri haqda marifləndirmə, məlumatlandırılma və təşviqat üzrə bir dənə belə məlumat tapmaq mümkün deyil.

Reklamlara gəlincə, yenə də 4-5 şirkət istisna olmaqla, yerdə qalan şirkətlər susmağa üstünlük verirlər. Sosial reklamlar TV və radio dalğalarda yox səviyyəsindədir, bu istiqamətdə verlişlərə gəlincə olduqca nadir hallarda rast gəlmək mümkündür.

Tənzimləyici dövlət qurumların bu sahədə məsuliyyəti və marağı daha çoxdur. Çox maraqlıdır ki, mənzillərin icbari sığotalanması haqqında qanunvericilik 1 yanvar 2012-ci il tarixdən qüvvəyə minsə də, ötən il Zaqatala zəlzələsindən sonra nədənsə bu ərazidə evlərin niyə sığortalanmadığı yada düşmədi. Dağıntı və zərərin miqyası dövlət büdcəsi və imkanı xaricində olduğu təqdirdə hansı fəlakətlərin baş verəcəyini vurgulamaq artıqdır.

Samir İsmayıl

Media Consulting and Services
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd Əhmədzadənin Kür cinayəti

    Əhməd Əhmədzadənin Kür cinayəti ...

    25-12-2012, 13:17

  • 
  • Əhməd Əhmədzadənin Kür cinayəti

    Əhməd Əhmədzadənin Kür cinayəti ...

    25-12-2012, 12:03

  • 
  • Bazar yanır

    Bazar yanır ...

    28-12-2013, 03:04

  • 
  • ATV-nin efirində zəlzələ biabırçılığı

    ATV-nin efirində zəlzələ biabırçılığı ...

    26-07-2014, 12:57

  • 
  • Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabat hazırlanır

    Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabat ...

    26-12-2012, 12:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu