GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əhməd Əhmədzadənin Kür cinayəti

Əhməd Əhmədzadənin Kür cinayəti

Tarix: 25-12-2012, 12:03 Bölmə :Manşet Baxış: 841
Əhməd Əhmədzadənin Kür cinayəti

Meliorasiya və Su Təsərrüfatı ASC rəhbəri həbsin bir addımlığında

gundemxeber.az Ötən həftənin sonlarında 2010- cu ilin yazında baş vermiş Kür-Araz daşqınları zamanı evlərinə və təsərrüfatlarına ciddi ziyan dəymiş, problemləri bu günə qədər həll olunmayan bir qrup Saatlı, Sabirabad, İmişli, Kürdəmir və Salyan rayon sakinlərinin Fövqəladə Hallar Nazirliyinə (FHN), Meliorasiya və Su Təsərrüfatı ASC- yə, eləcə də yerli rayon İcra Hakimiyyətlərinə qarşı Şirvan şəhər İnzibati İqtisad Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Hakim Elxan Əmirəliyevin, Fikrət Mehdiyev və İxtiyar Abuşovun sədrliyi ilə 6 qrup olmaqla 42 nəfərin iddiasına baxılıb.
Məhkəmədə iddiaçılarla yanaşı onların nümayəndəsi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev və İmişli rayon İcra Hakimiyyətinin əməkdaşı iştirak edib. Cavabdeh tərəflər Fövqəladə Hallar Nazirliyinin və Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri məhkəmədə iştirak etməyiblər. Bu artıq neçənci dəfədir ki, adı çəkilən qurumlar məhkəmə prosesindən yayınırlar. Obyektivlik naminə qeyd edək ki, FHN buna qədər keçirilən məhkəmə proseslərinin əksərində iştirak edib. Hətta Məhkəmələrin gedişində bəzi iddiaçılara ev tikilib, eyni zamanda çoxlu sayda insanlar kompensasiya alıblar. Amma Əhməd Əhmədzadənin rəhbəri olduğu qurum hər zaman iddialara cavab verməkdən və məhkəmə prosesində iştirakdan yayınıb.
Xatırladaq ki, məhkəmə prosesində Kür daşqınlarından zərər çəkmiş 96 vətəndaş iddiaçı qismində çıxış edir. İddiaçıların bir qismi daşqınlardan sonra dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq Meliorasiya və Su Təsərrüfatı ASC- nin Kür və Araz çayları ətrafında sahil bərkitmə və bəndatma işlərini həyata keçirərəkən ucuz iş metodundan və işçi qüvvəsindən istifadə edərək onlara məxsus təsərrüfatları, bağ- bağçaları, hətta yardımçı tikililərini, tövlələrini, həyətyanı torpaqlarını belə böyük traktorlar vasitəsi ilə yerlə-yeksan edib bəndlərə sərf olunduğunu bildirdilər. Nəticədə onlara xeyli həcmdə ziyan dəyib, torpaqları zəbt olunub və ya yararsız hala düşüb. Məhz buna görə də zərərçəkən iddiaçılar Meliorasiya və Su Təsərrüfatı ASC-ni və onun sədri Əhməd Əhmədzadəni məhkəməyə verdiklərini bildirərək, gəlib məhkəmədə cavab verməsini və vurduğu ziyanı ödəməsini tələb etdilər. Maraqlıdır Meliorasiya və Su Təsərrüfatı ASC-ni bu prosesdən çəkindirən nədir? Sualın tam cavabı üçün 2010-cu ilin Kür daşqınlarının niyə baş verdiyini bir daha araşdırmağa ehtiyac var.
Təsir gücünə və miqyasına görə Azərbaycanda son 100 ilin ən böyük daşqınlarından olan 2010- cu ilin Kür-Araz daşqınlarını doğuran səbəblərlə bağlı müxtəlif yanaşmalar mövcuddur. Hökümət insanlara və ölkə təsərrüfatına böyük həcmdə ziyan dəyməsi ilə nəticələnən daşqınların səbəbini təbii fəlakətlə əlaqələndirsə də vətəndaş cəmiyyəti institutlarının, müstəqil ekspertlərin, ekoloqların qənaəti tamam fərqli bir yanaşmanı ortaya qoyur. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, 2010- cu il fəlakəti təbiət hadisələrinin deyil, yanlış idarəetmənin məhsuludur. Azərbaycanda su təsərrüfatı sistemi düzgün idarə olunsaydı və bu istiqamətdə ayrılan vəsaitlər aidiyyatı üzrə xərclənsəydi daşqınlar baş verməyə bilərdi. Hətta hər hansı daşqınlar baş versəydi belə ən azından fəlakətin miqyası və təsir gücü indiki qədər olmazdı. Araşdırmalar göstərir ki;
- Mingəçevir Su Anbarında suyun tənzimlənməsi və düzgün idarə olunması;
- Kür və Araz çaylarının, eləcə də ehtiyyat su anbarlarının lildən təmizlənməsi işi vaxtında və effektli şəkildə həyata keçirilsəydi;
- Kür və Araz çayları ətrafında sahil bərkitmə və bəndvurma işləri etibarlı aparılsaydı
2010- cu ilin yazında Kür daşqınları baş verməyə bilərdi.
2004-2010-cu illər ərzində Azərbaycanda su təsərrüfatı, meliorasiya, drenaj, sahilbərkitmə və bəndvurma işləri üçün dövlət büdcəsindən ümumilikdə 1.1 milyard manat, xarici kredit şəklində isə 200 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Amma nəticə ondan ibarətdir ki, daşqınlar baş verən ərəfədə Kürün lillənmə səviyyəsi yüksək, sahilbərkitmə, bəndvurma işləri qeyri- qənaətbəxş, Ehtiyyat Su Anbarlarının təmir olunması işi isə yarıtmaz səviyyədə olub. Digər tərəfdən uzun müddət lildən təmizlənməyən Mingəçevir Su Anbarının idarə olunması işi düzgün təşkil olunmamış, daha çox ölkədə su sisteminin tənzimlənməsi, idarə olunması və ehtiyyat anbar vəzifəsini yerinə yetirməli olan sözü gedən müəssisədən ucuz vasitələrlə elektrik enerjisi almaq istəyi 2010-cu ildə Kür daşqınlarının baş verməsində həlledici faktorlardan olub. Bütün bunların məsuliyyəti isə birbaşa Meliorasiya və Su Təsərrüfatı ASC-nin və onun rəhbərinin üzərindədir. Nəzərə alsaq ki, Əhmədzadənin hakimiyyət daxilindəki siyasi durumu da xeyli kövrəkdi və onun vəzifədən alınması üçün xırda bir səbəb kifayət edər, onda sözügedən məhkəmə prosesindən qorxunun səbəbini anlamaq olar.
Kür daşqınlarının ilk günlərində baş verənlərdə günahkar şəxs kimi hakimiyyətə kifayət qədər ciddi problemlər yaratdığına görə Əhmədzadənin FHN rəhbərindən sillə aldığı belə deyilirdi. Iki ildən artıqdır ki, hakimiyyət Kür daşqınlarının problemlərini yaşayır və bu daşqınların nəticələrinin aradan qaldırılmasında yol verilən nöqsanlar sosial narazılıqlara yol açıb. Bütün bunlara görə isə cavab verəcək şəxs mütləq olacaq. Azərbaycan məhkəmələrinin xüsusən məmurlara qarşı obyektivlik dərəcəsi hər kəsə bəllidir. Amma indiki halda Əhmədzədənin vəzifə məsuliyyətini lazımınca yerinə yetirməməsinin və korrupsiya həvəsinin iqtidara baha başa gəlməsi Kür daşqınları ilə bağlı məhkəmə prosesində Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərinin əleyhinə siyasi qərar verilməsinə səbəb ola bilər. Heç şübhəsiz bütün bunlar Əhmədzadənin özünə də bəllidir və o hər vəchlə yayınmağa çalışdığı məhkəmə prosesinin onun həbsinə belə səbəb olacağını bilir.

Heyran Həmidova
Redaksiyadan: Mövzu diqqətimizdədir. 2004- 2010- cu illərdə Ə. Əhmədzadənin rəhbərlik etdiyi qurumun "xərclədiyi" 1,1 milyard manat vəsaitin hər il üzrə hansı işlər "görməsi" və hansı həcmdə vəsait mənimsəməsinə dair araşdırmalarımız davam edir və yaxın günlərdə bu barədə yazılarımızla "Gündəm xəbər" də oxuya bilərsiniz.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhməd Əhmədzadən yenə məhkəmədən “qaçdı”

    Əhməd Əhmədzadən yenə məhkəmədən “qaçdı” ...

    21-12-2012, 14:36

  • 
  • Əhməd Əhmədzadənin Kür cinayəti

    Əhməd Əhmədzadənin Kür cinayəti ...

    25-12-2012, 13:17

  • 
  • Əhməd Əhmədzadədən Qarabağ qazilərinə sayğısızlıq

    Əhməd Əhmədzadədən Qarabağ qazilərinə sayğısızlıq ...

    10-01-2013, 10:10

  • 
  • Əhməd Əhmədzadənin müavini Arazı özəlləşdirib

    Əhməd Əhmədzadənin müavini Arazı özəlləşdirib ...

    15-03-2013, 10:43

  • 
  • Əhmədzadənin “pulyığma” səlahiyyəti Heydərova verildi

    Əhmədzadənin “pulyığma” səlahiyyəti Heydərova ...

    11-10-2013, 15:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu