Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda daha bir saxta endirim kompaniyası ilə alıcıları aldadan mağazalar aşkarlayıb
Bakıda daha bir saxta endirim kompaniyası ilə alıcıları aldadan mağaza ifşa edildi. İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aşkarlanan bu mağazalar Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 44A, 1954-cü məhəllə və Bakı şəhəri, Səbail rayonu, Azərbaycan küçəsi, ev 4, mərtəbə 1, qapı 1-8 ünvanlarında yerləşir. Bakı şəhəri, Səbail rayonu, Azərbaycan küçəsi, ev 4, mərtəbə 1, qapı 1-8 ünvanında fiziki şəxs Babayev Əli Fikrət oğluna məxsus məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirib. Belə ki, mağazanın pəncərələrində "70%-ə qədər ENDİRİM" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı aşkar edilmişdir. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən olunub. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fiziki şəxs Süleymanov Cahid Saday oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirib. Belə ki, mağazanın pəncərələrində "70%-ə qədər endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı aşkar edilib. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən olunub. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş Əli Babayev və Cahid Süleymanov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?