GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Köhnə dostluq”: SOCAR biznesinin istiqamətini və coğrafiyasını genişləndirir - ŞƏRH

“Köhnə dostluq”: SOCAR biznesinin istiqamətini və coğrafiyasını genişləndirir - ŞƏRH

Tarix: 12-01-2021, 13:21 Bölmə :İqtisadiyyat Baxış: 422
“Köhnə dostluq”: SOCAR biznesinin istiqamətini və coğrafiyasını genişləndirir - ŞƏRH


Dünya neft bazarındakı rolunu durmadan artıran Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni-yeni müqavilələr imzalayır, neft və neft məhsullarının tədarükçüsü və daşıyıcısı kimi fəaliyyətinin əhatə dairəsini daha da genişləndirir.

Türkmənistanla münasibətlərə yeni nəfəs gəlir.

Otən ilin dekabr ayında “SOCAR Trading” şirkətinin “Eni Turkmenistan” şirkəti tərəfindən hasil olunan neftin satın alınmasına dair keçirilən tenderdə qalib gəlməsi barədə xəbər KİV-də dərc olundu. Bununla da “SOCAR Trading” 2017-ci ildən Türkmənistanda “Vitol” şirkəti tərəfindən satın alınan neftin bir hissəsini öz zərfinə qaytardı. Sözügedən tenderdə “SOCAR Trading” ENOC, “Vitol”, “Rosneft”, “LUKoil”, “Trafigura” kimi neft bazarının iri oyunçularını qabaqlayıb. Verilən məlumata görə “Eni Turmenistan” şirkəti 2021-ci il ərzində ayda 30-40 min ton Əkərəm nefti tədarük etmək niyyətindədir.

Bu müqavilənin “SOCAR Trading” üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, ötən il baş verən anlaşılmazlıq üzündən “SOCAR Trading” Türkmənistan neftinin satın almasını dayandırmışdı. “Türkmənistan neftinin Bakı – Tbilisi – Ceyhan (BTC ) boru kəmərilə nəqlinə 2010-cu ilin ortalarından başlanılıb. Türkmənistan BTC kəmərilə dünya bazarına 3-4 milyon tonadək neft ixrac edib. Həmçinin Türkmənbaşı Neftayırma Kompleksinin istehsal etdiyi neft məhsulları da Azərbaycan üzərindən dünya bazarına nəql olunur. Həmin dövr ərzində tədarük işlərini həyata keçirən Azərbaycan logistika şirkəti 2018-ci ildəki tenderi Rusiya şirkətinə uduzdu. Nəticədə 2019-cu ildən Türkmənistan nefti dünya bazarına Bakı terminallarına daxil olmadan, Mahaçqalaya, sonra da Novorossiysk kəmərilə çıxarıldı”, – deyə Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şaban bildirib.

Belə bir qərarın səbəbi KİV-də izah olunmadı, əvəzində bunun tarif üstündə rəqabətilə bağlı olması ehtimalları irəli sürüldü. Lakin sonradan məlum oldu ki, həmin yeni şirkət neft nəqli üçün lazımi sayda tanker gəmiləri yoxdur. Nəticədə Türkmənistan neftinin dünya bazarına ixracatı xeyli azaldı ki, bu da Türkmənistanda fəaliyyət göstərən xarici neft şirkətlərinin gəlirlərinə təsirsiz ötüşə bilməzdi. Necə deyərlər, ucuz ətin şorbası olmaz.

“Türkmənistan neftinin satın alınması və nəqlinə dair keçirilən son tenderdə “SOCAR Trading”in dünya neft istehsalçılarını üstələməsi Azərbaycan şirkətinin əvvəlki mövqeyini bərpa edərək sərt rəqabətdə cəlbedici qiymət irəli sürə bilməsinə dəlalət edir”, – deyə ekspert qeyd edib.

Elə həmin dövrdə “SOCAR Trading” “Petronas” şirkəti tərəfindən Türkmənistanın Kiyanlı yatağında hasil edilən xam neftin satın alınmasına dair keçirilən tenderdə də qalib gəlib. Bununla Türkmənistandan ildə 1 milyon tonadək neft idxal olunacaq.

Bəs bütün bunlar gələcəkdə nə vəd edir? Ekspertin qənaətincə, Türkmənistanda hazırkı neft hasilatının daha çox dəniz yataqlarının payına düşür, “Petronas” və “Dragon Oil” şirkətlərinin məhz şelf sahələrində hasilatı artırır, həmin nefti dünya bazarına çıxarmağın ən sərfəli yolu isə Azərbaycanın Bakı – Tbilisi – Ceyhan neft kəməridir. Belə ki, Aralıq dənizinin sahilindəki Ceyhan terminalına çatdırılan neft dünyanın istənilən yerinə rahat daşına bilir. Bu marşrutun sərfəli olduğunu təsdiqləyən daha bir fakt həm də Qazaxıstan və Rusiyaya aid Xəzər yataqlarından hasil olunan neftin də BTC ilə nəql olunmasıdır. O cümlədən “LUKoil” şirkəti də Xəzər yataqlarında hasil etdiyi neftin bir hissəsini BTC vasitəsilə ixrac edir. Son 10 ildə şirkət BTC ilə 10 milyon tondan artıq neft ixrac edib.

“Yəni Azərbaycan dəhlizinin üstünlükləri göz qabağındadır. BTC-dən daha çox Xəzər nefti nəql etdirmək üçün yalnız sərfəli şərtlər təklif etmək lazımdır”, – deyə İ.Şaban fikrini tamamlayıb.

Bütövlükdə hazırda BTC vasitəsilə Türkmənistandan, Qazaxıstandan, Rusiyadan müxtəlif növ neftin nəqlilə bağlı “SOCAR Trading” şirkətinin imzaladığı müqavilələrin illik həcmi 4 milyon tondan artıqdır.

“SOCAR Trading”in yaxından əməkdaşlıq etdiyi daha bir ölkə də Belarusdur. Bu ölkə ilə neft alış-verişi sahəsindəki əməkdaşlıq uzun illərdir davam edir. 2020-ci ilin birinci rübündə Rusiya ilə neft qiymətlərilə bağlı razılığa gələ bilməyən Belarus dəniz yolu ilə Norveç, Səudiyyə Ərəbistanı, Azərbaycan və ABŞ-dan neft idxal etməyə başladı. Mart ayından “SOCAR Trading” Belarusun Mozır neftayırma zavoduna Supsa və Ceyhan limanları vasitəsilə neft tədarükünə başladı. İlin sonunadək 1 milyon tonadək “Azeri Light” və başqa marka neft dəniz yolu ilə çatdırılıb.

Bu müqavilə uzadılıb, cari ildə də həmin ünvana 1 milyon tonadək neft nəql etmək nəzərdə tutulur. “Həmin neft həcmində Azərbaycandan başqa üçüncü ölkələrdən də neftin daxil olduğunu nəzərə almaq lazımdır. Ancaq neft SOCAR tərəfindən tədarük olunduğu üçün Belarus statistikasında Azərbaycan nefti kimi qeyd olunur”, – deyə ekspert bildirib.

Beləliklə, Azərbaycan neftinin əsas müştəriləri Qara və Aralıq dənizləri hövzələrinin ölkələri olsalar da, Belarusa da neft tədarükü üçün logistika zənciri qurulub. Belə ki, SOCAR nefti tankerlə Ukraynanın Yujniy limanına çatdırılır, sonrakı daşıma növünü Belarus tərəfi özü təyin edir.

“Azərbaycanla Belarus arasındakı neft sahəsində əməkdaşlıq dostluq münasibətlərində böyük paya malikdir. İki ölkə arasındakı ticarət dövriyyəsi mütəmadi artır və xam neftin tədarükü də bu məsələdə mühüm əhəmiyyət daşıyır. Həmçinin ölkəmiz də Belarusdan “Aİ-98” markalı benzin idxal edir”, – deyə ekspert İ.Şaban qeyd edib.

Bu əməkdaşlığın uzunmüddətli olacağı SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı Belarus baş naziri Sergey Rumasın dediklərindən də sezilir: “Biz uzunmüddətli müqavilələr imzalamaq üçün etibarlı tərəfdaş tapmaq istərdik. Təcrübə göstərir ki, SOCAR da elə bu cür etibarlı tərəfdaş ola bilər”.

SOCAR-ın da Belarus neft-qaz sektorunda uzun müddət qalmaq, bu ölkədə müxtəlif layihələr icra etmək niyyəti şəksizdir.

Beləliklə, etibarlı və sərfəli tərəfdaş kimi ad çıxaran SOCAR öz işgüzar fəaliyyətlərini istər sahəvi, istərsə də coğrafi mənada uğurla şaxələndirməyi bacarır. Şaxələndirmək də məlum məsələdir ki, böyük biznesin uzunmüddətli olmasını şərtləndirən başlıca amillərdəndir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Növbəti qələbə - “SOCAR Trading” türkmən neftinin alınması üzrə tenderi udub

    Növbəti qələbə - “SOCAR Trading” türkmən neftinin ...

    14-12-2020, 18:45

  • 
  • “SOCAR TRADİNG” STAR-A HƏM YÜNGÜL, HƏM DƏ AĞIR NÖV NEFT GÖNDƏRƏCƏK - VİDEO

    “SOCAR TRADİNG” STAR-A HƏM YÜNGÜL, HƏM DƏ AĞIR ...

    27-09-2018, 23:39

  • 
  • "SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub

    "SOCAR Trading" şirkətinə "Platts ...

    15-12-2015, 23:27

  • 
  • “SOCAR Trading” “Petronas”dan türkmən neftinin alınması üzrə tenderin qalibi olub

    “SOCAR Trading” “Petronas”dan türkmən neftinin ...

    31-12-2020, 16:52

  • 
  • “SOCAR Trading” ilin treyderi elan edilib

    “SOCAR Trading” ilin treyderi elan edilib ...

    5-11-2020, 17:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu