İri həcmli kreditləri götürən şəxslərin arxasında dövlət rəsmilərinin durması pulların geri qaytarılmasını mümkünsüz edir
gundemxeber.az Ölkədə fəaliyyət göstərən xırda banklarla bağlı maraqlı bir statistik məlumat yayılıb. Belə ki, 2009-cu ildə xırda bankların mənfəətləri 414 milyon manat olubsa, 2011-ci ilin yekununda bu göstərici 296 milyon manata düşüb. 2009-cu ildə vergi ödənişlərindən sonra isə bankların ümumi mənfəəti 281 milyon manat qalıb. Lakin ən maraqlı olan budur ki, 2011-ci ilin sonunda bütün ödənişlərdən sonra həmin bankların 152 milyon manat zərərləri qalıb. 2-3 il ərzində xırda bankların bu qədər zərər etməsinin nəticəsidir ki ölkənin bank sektoru cəmiyyətin həyatında əhəmiyyətli rol oynaya bilmir. Ölkədə əmanətlərin həcminin və kreditləşmə səviyyəsinin arzu edilən səviyyədə deyil. Belə ki, bankların həm işlərini doğru qurmaması, həm də ki, ölkədəki risklərin yüksək olması bankların sıradan çıxmasına şərait yaradır. Risk dedikdə qanunların və məhkəmə sisteminin normal işləməməsi, qeyri-rəsmi xərclərin həddən artıq çox olması və s. kimi neqativ hallar nəzərdə tutulur. Baş verənlərin hamısı da bankların normal mənfəət əldə etməsinə imkan vermir və getdikcə onların zərərlərinin artmasına gətirib çıxarır. Bankların zərərlə işləməsi o deməkdir ki, onların xərcləri zərərlərindən çoxdur. Yaranan problemlərin əsas səbəbi bankların əsas gəlir mənbəyi olan kreditləşmə ilə bağlıdır. Ölkədə kredit siyasəti elə qurulub ki, verilən böyük həcmli kreditlər geri qayıtmır. Belə ki, iri həcmli kreditləri götürən şəxslərin arxasında dövlət rəsmilərinin durması pulların geri qaytarılmasını mümkünsüz edir. Nəticədə də bank sistemi çökür. Digər tərəfdən müştərilərin 10% -nin kreditləri qaytarmaması nəticə etibarı ilə bankların çökməsinə gətirib çıxarır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?