GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Məmurlar kiçik bankları çökdürmək istəyir

Məmurlar kiçik bankları çökdürmək istəyir

Tarix: 13-12-2012, 12:09 Bölmə :İqtisadiyyat Baxış: 894
Məmurlar kiçik bankları çökdürmək istəyir
Azərbaycanda banklar inhisara alınır, Mərkəzi Bank məmurların «əlinə oynayır»

Son günlər bank sektorunda narahatlıq yaşanmaqdadır. Səbəb Mərkəzi Bankın cari ilin yayında daha dəqiqi-iyulun 25-də verdiyi qərardır. Həmin qərarda qeyd olunur ki, 2014-cü il yanvarın 1-dən ölkədə fəaliyyət göstərən banklar məcmu, yeni yaradılan banklar isə nizamnamə kapitalının minimum miqdarını 50 milyon manata qədər artırmalıdırlar. Qeyd edək ki, bundan əvvəl həmin məbləğ 10 milyon manat olub. Maraqlıdır, görəsən bankların nizamnamə kapitalının artırılmasının arxasında hansı maraqlar dayanır və həmin proses bütünlükdə nəyə hesablanıb?

Mərkəzi Bankın əsaslandırması
Mərkəzi Bank hesab edir ki, bu qərar bankların kapital bazasının gücləndirilməsi, onlara etimadın daha da artırılması və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından vacibdir. Bankın yaydığı məlumatda həmçinin qeyd olunur ki, bu, bank xidmətlərinin çeşidinin genişlənməsinə, dəyərinin ucuzlaşmasına dəstək verəcək.

«Bank Respublika»nın optimizmi
Hazırda məcmu kapitalının minimum həddi 50 milyondan çox olan banklar narahatlığa əsas görmürlər. «Bank Respublika»nın marketinq departamentinin müdiri Əli Daşdəmirov bildirib ki, bankın məcmu kapitalı 57 milyon manatdır və bu, tələb olunan məbləğdən 7 milyon da artıqdır. Bu baxımdan da o, Mərkəzi Bankın qərarını öz bankları üçün problem saymır:
«Narahatlığa səbəb yoxdur. Bu, düzgün addımdır. Çünki bu, bank sektorunun inkişafına təkan verəcək ki, banklar maksimum sabit və sürətli inkişafa nail olsunlar».

Bir ilə 20 milyon manat tapmaq olacaqmı?
Məcmu kapitalı 30 milyona yaxın olan «TuranBank»da 2014-cü ilin yanvarına qədər bu məbləği daha 20 milyon artıracaqlarına ümidlidirlər. «TuranBank»ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Məhərrəmov aşağıdakıları söyləyib: «Bir il ərzində hər halda müdriyyət və səhmdarlar lazımı tədbirlər görərlər. Bilirsiniz, kim desə «tapmaq olmayacaq», ona da inanmaq lazım deyil. Bir ildən artıq vaxt qoyulub. İnanmıram ki, kapitalı artırmaq «TuranBank» da daxil olmaqla real imkanları olan digər banklar üçün problem olsun».

«Məbləğə görə müddət çox azdır»
Amma iqtisadçı Nazim Məmmədov hesab edir ki, Mərkəzi Bankın qərarı tədricən həyata keçirilsəydi, daha yaxşı olardı: «Mən bunu yarımçıq qərar sayıram. Həm də hesab edirəm ki, nizamnamə kapitalının artırılması ilə bağlı tələblər həddən artıq sərtləşdirilib. Bu, yeni bankların yaranmasını əngəlləyən amildir».İqtisadçı bu qərardan sonra bazarda oliqarx məmurların himayəsində olan bankların daha çox üstünlük təşkil edəcəyini düşünür. O, hesab edir ki, əksər iri layihələrə 100 milyonlarla pul xərcləyən nazir və komitə rəhbərlərinin himayəsində olan bankların məcmu kapitalını 50 milyona çatdırması da elə çətin bir iş deyil.

«Kiçik banklar məcbur olub birləşə bilər»
Özəl bank nümayəndələri Mərkəzi Bankın bankları bir-neçə əldə cəmləmək istəməsi barədə ehtimalları qəbul etmirlər. Ancaq bu tələbi yerinə yetirə bilməyəcəkləri halda, bazardan çıxacaqlarını da etiraf edirlər.
«TuranBank»ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Məhərrəmov mənsub olduğu bankın bu aqibətlə üzləşəcəyini istisna edir. O, bazardan çıxan banklarla bağlı narahatlığa da əsas görmür: «Kiçik banklar məcbur olub birləşə bilər və ya hansısa böyük banklar xırda bankları ala bilər. Bu şəkildə həll yolu tapıla bilər. İnanmıram ki, bankların bağlanmasına imkan verilsin. Bir-iki bank bağlansa, bu, ölkədə ajiotaj ola bilər. «RoyalBank»ı xatırlayırsız. Bu, bank sektoruna mənfi təsir edə bilər. Təbii ki, Mərkəzi Bank da belə qərar qəbul etməklə istəyir ki, banklar daha dayanıqlı olsun».

Bank oyununun gizlinləri
Qeyd edək ki, əmanətçilərin müdafiəsi baxımından Mərkəzi Bankın qərarını müsbət saymaq mümkün olsa da, bu məsələdə pərdəarxası məqamların olması bəribaşdan bəllidir. Mərkəzi Bankın 2009-cu ildə birləşmələri üçün banklara verdiyi tövsiyələrə indiyə qədər əməl olunmayıb. İndi bunu inzibati yolla həyata keçirirlər və bu şübhələnmək üçün müəyyən əsaslar verməmiş deyil. Bu gün ölkədə fəaliyyət göstərən 43 bankın yalnız 15-ə qədərinin məcmu kapitalı 50 milyondan çoxdur. 1 ildən bir qədər artıq vaxt qalır və bu vaxta qədər bəzi banklar məcmu kapitalını deyilən normaya qaldıra biləcək. Yəqin ki, haradasa 10-a yaxın bank bazarı tərk etməli olacaq.
Ekspertlər isə bildirirlər ki, bank sektorunda problemlərin yaşanmaması və bu sahədə monopoliyanın olmaması üçün Mərkəzi Bankın tələblərini yerinə yetirə bilməyən kiçik bankların bir-biri ilə birləşməsi məsləhətdir. Bununla belə kiçik bankların böyük banklara birləşməsi tendensiyasını isə bank sektoru üçün qorxulu nəticələrə səbəb ola bilər. Bu son nəticə də ona gətirib çıxaracaq ki, bir neçə bank ölkə üzrə bütün bankları ələ keçirəcək və bu sektorda inhisarlaşma başa çatacaq.
Natiq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elman Rüstəmovun  oliqarxlara xidməti

    Elman Rüstəmovun oliqarxlara xidməti ...

    28-05-2013, 16:58

  • 
  • Kiçik bankların müflisləşdirilmə planı

    Kiçik bankların müflisləşdirilmə planı ...

    16-12-2012, 12:32

  • 
  • Azərbaycanda bank satışa çıxarıldı

    Azərbaycanda bank satışa çıxarıldı ...

    4-12-2014, 23:11

  • 
  • Doqquz bankın müflis elan olunmasına az qalıb

    Doqquz bankın müflis elan olunmasına az qalıb ...

    10-05-2014, 14:15

  • 
  • Mərkəzi Bank üçün 141 metrlik yeni bina tikilir

    Mərkəzi Bank üçün 141 metrlik yeni bina tikilir ...

    10-07-2015, 12:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu