GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Turizm şirkətləri müflis olur - NƏ ETMƏLİ?

Turizm şirkətləri müflis olur - NƏ ETMƏLİ?

Tarix: 14-04-2021, 10:33 Bölmə :İqtisadiyyat Baxış: 604
Turizm şirkətləri müflis olur - NƏ ETMƏLİ?


Pandemiya səbəbindən 2020-ci il turizm üçün itirilmiş il hesab olundu. COVİD-19 virusunun sürətlə yayılması səbəbindən dünyanın əksər dövlətləri sərhədlərini qapatdı və turizm demək olar ki, durma nöqtəsinə gəldi. Azərbaycanda isə ötən il hətta yoluxma həddinin yüksək olması səbəbindən Bakı ilə bölgələr arasında gediş-gəlişə də qadağa qoyuldu, ictimai-iaşə müəssisələrinin fəaliyyətinə qoyulan qadağa çərçivəsində regionlardakı turizm obyektləri də qapadıldı. Bir çox turizm obyektləri varlığını qorumağa belə çətinlik çəkdi. Dövlətin pandemiya səbəbindən ən çox itki verən sahələrə yardımı müəyyən qədər vəziyyəti yüngülləşdirsə də, hazırda hotel-restoran şəbəkələrinin, turizm obyektlərinin durumu qənaətbəxş deyil. Hazırda bir çox dövlətlər bu turizm mövsümündən faydalanmaqda qərarlıdırlar. Yalnız Rusiya Türkiyənin pandemiya səbəbindən təhlükəli olduğunu vurğulayaraq, öz turistlərini Türkiyəyə getməməyə çağırıb. Bunun səbəbi isə COVİD-19 virusu ilə deyil, daha çox Ukrayna ilə Rusiya arasındakı Krım münaqişəsi və Türkiyənin bu məsələdə tutduğu mövqe ilə bağlıdır. Azərbaycan isə bu mövsümdə test verərək COVİD-ə yoluxmadığını göstərən sənədlə ölkəmizə gələn hər bir turisti qəbul edə bilər. Bu, həm son bir ildə itki verən iqtisadiyyatımızın canlanmasına, həm də turizm sektorumuzun dirçəlməsinə gətirib çıxara bilər.

İqtisadçı alim, deputat Vüqar Bayramov da hesab edir ki, ölkəmizə gəliş-gedişlə bağlı qaydaların yumşaldılmasına ehtiyac var: “Pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də turizmdir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin ilk iki ayında Azərbaycana 72,1 min turist gəlib. Bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.9 dəfə azalma deməkdir. Ölkəmizə gələnlərin əksəriyyəti daha çox qeyri-turizm məqsədilə səfər həyata keçirilmişdir. Bu müddətdə Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan - 11,1 dəfə, Türkmənistandan - 10,0 dəfə, Özbəkistandan - 6,3 dəfə, Rusiya Federasiyasından - 5,1 dəfə, Ukraynadan - 4,5 dəfə, Böyük Britaniyadan - 4,4 dəfə, Belarusdan - 2,6 dəfə, İrandan - 2,5 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb.

COVİD-19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi. Bununla belə, sərt karantinin tətbiq olunmadığı müddətdə də ölkəmizə gəlişlə bağlı sərt qaydalar qüvvədə saxlanılıb. Yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq bu qaydaların da dəyişdirilməsinə ehtiyac var. Əksər hallarda turistlər səfərlərini öncədən planlaşdırırlar və bu sərt qaydaların saxlanması pandemiya yumşalacağı halda ölkəmizə gələn turistlərin sayına təsir göstərə bilər".

İqtisadçı alim xarici vətəndaşların ölkəmizə gəlişi ilə bağlı qoyulan COVİD testi tələbinə də münasibət bildirərək, onun müddətinin artırılmasını təklif edir: “Belə ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər. Bu o deməkdir ki, əgər bu meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus neqativ PSR-testi nəticəsi varsa da belə, ölkəmizə daxil ola bilməz.

Bu baxımdan daha məqsədəuyğun olardı, müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilsin. Digər tərəfdən, AZAL bütün sərnişinlərdən uçuşdan 48 saat öncə alınmış koronavirus neqativ PSR-testi haqqında çap edilmiş arayışı tələb edir. Son aylar reyslərin sayının az olduğunu nəzərə aldıqda tranzit uçuş edən sərnişinlər üçün bu bəzi hallarda çətinlik yaradır. O baxımdan, bir sıra digər ölkələrdə olduğu kimi, bu müddətin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur".

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hazırda turizm şirkətlərinin vəziyyəti qənaətbəxş deyil və sərhədlərin açılması onlar üçün yeni nəfəs ola bilər: “Artıq 1 ildir ki, pandemiya başlayıb. Ötən il pandemiya yeni olduğu üçün heç kim necə hərəkət etmək lazım olduğunu bilmirdi. Artıq həm lazımi qurumlar, həm turizm şirkətləri artıq koronavirusda necə qorunmaq, pandemiya şəraitində necə fəaliyyət göstərmək yollarını özləri üçün aydınlaşdırıblar. Xarici dövlətlərə də nəzər salsaq görərik ki, bir çoxu test verərək öz ölkəsinə girişə icazə verib. Bizdə də artıq nəzarət altında bu proses başlasa yaxşı olardı. Həm ölkəmizə turistlərin gəlişi baş verərdi ki, bu da iqtisadi canlanmaya gətirib çıxarardı. Eyni zamanda turizm şirkətlərimizin daha çox qazanmasına, öz işlərini daha yaxşı qurmasına şərait yaradardı. Bu günə qədər həm paytaxtdakı, həm də bölgələrdəki hotellər müəyyən qaydalar əsasında öz fəaliyyətlərini təmin edirlər, epidemik normalara, gigiyena qaydalarına əməl edirlər. Hotellərin bu baxımdan xidmət səviyyəsi çox yaxşıdır və vaxtaşırı olaraq yoxlanılır. Ölkəyə turistlərin gəlməsi üçün hər bir şərait var. Turizm şirkətlərinin vəziyyəti o qədər də ürəkaçan deyil. Onların fəaliyyət sahəsi hazırda minimuma enib. Sərhədlərin bağlı olması, turistlərin gəlməməsi, ölkədən turistlərin gedə bilməməsi onların da işinə çətinlik törədir. Bir çox şirkətlər artıq bağlanıb, bir çox şirkətlər də işçilərini məzuniyyətə göndərmək məcburiyyətində qalıblar, müflis olmaq nöqtəsinə gəliblər. Bu baxımdan turizm şirkətləri çətin vəziyyətdədirlər. Ona görə də onlara dəstək olmalıyıq ki, varlıqlarını saxlaya bilsinlər. Əksər şirkətlər də bu günə qədər Azərbaycanın dünyaya tanıdılmasında, xarici turistlərin ölkəmizə cəlb olunmasında böyük rol oynayıblar. Belə çətin dövrdə onlara dəstək olmaq vacibdir”.

Ə.Qurbanov vurğuladı ki, əgər sərhədlər açılsa, ən çox ərəb ölkələrindən gələn turistlər üstünlük təşkil edəcək: “Biz Turizm Assosiasiyası olaraq monitorinqlərimizdə də görürük ki, ərəb ölkələrindən olan turistlərin ölkəmizə gəlmək istəkləri daha çoxdur. MDB ölkələrindən də Azərbaycana hər zaman turist gəlirdi, bu il də gələ bilərlər. Digər qonşu ölkələrdən, xüsusən də Türkiyədən turistlər gələ bilər. Türkiyə ilə Azərbaycan arasında şəxsiyyət vəsiqəsi olmadan gediş-gəlişə icazə verildikdən sonra qardaş ölkədən gələnlərin sayında da artım ola bilər".

İqtisadçı alim Fikrət Yusifov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkəmizə xarici turislərin gəlməsi ilə bağlı məsələdə digər dövlətlərin addımlarını izləməliyik: “Əslində bu elə də böyük problem deyil, turist test verib neqativ cavabını aldıqdan sonra gələ bilər. Lakin yenə də qiymət siyasətinə baxmaq lazımdır. Adətən kütləvi gələnlər imkanı olan adamlardır, təbiət qoynunda olmaq, dəniz sahilinə getmək istəyirlər. Ancaq qiymətləri gördükdən sonra ikinci dəfə gəlmirlər. Qiymət siyasətinə yenidən baxmaq, hotellərin, ictimai-iaşə obyektlərindəki qiymətləri endirmək lazımdır. Bizdə qiymətlər çox yüksəkdir. Türkiyədə, Gürcüstanda, Misirdə, Tunisdə və başqa turizm ölkələrində qiymətlər aşağıdır. Bizdə də belə bir şərait yaratmaq lazımdır ki, turistlər gəlsin. Xüsusən də ətraf ölkələrdən gələnlər olacaq, Türkiyə yolunun bağlanması səbəbindən daha çox Rusiyadan gələn olacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli isə qəzetimizə danışarkən vurğuladı ki, əslində turizm mövsümü ilə bağlı təkcə Azərbaycanın verəcəyi qərar yetərli deyil: “Görünən odur ki, hətta AB ölkələri arasında da yekdil fikir yoxdur. Yalnız Böyük Britaniya elan etdi ki, mayın 19-dan sonra ölkəyə giriş-çıxışı sərbəst edəcək. Amma mütləq test vermək lazım olacaq, vaksin olunub-olunmamasından asılı olmayaraq, test vermək hamı üçün şərt qoyulub. Digər ölkələr hələ ki yekdil qərara gələ bilməyiblər. Bizim ən çox səfər etdiyimiz ölkələr Gürcüstan və Türkiyədir, eləcə də hər il onlardan daha çox qonaq qəbul edirik. O cümlədən Rusiyadan və İrandan daha çox turist qəbul edirik. Bu ölkələrlə bağlı qeyri-müəyyənlik hələ də qalır. Gürcüstan ötən gün üçüncü dalğanın başlaması ilə bağlı olaraq sərhədlərin hələ may ayında da bağlı qalacağını elan etdi. Rusiya ilə Azərbaycan arasında müəyyən aviareyslərin bərpa olunması ilə bağlı danışıqlar gedir. Bəzi aviareyslər də bərpa olunub. Ancaq gələcəkdə bunun davam edib-etməyəcəyi, Rusiya ilə Azərbaycan arasında hansı şərtlərlə turist mübadiləsi olacağı ikitərəfli danışıqlardan asılı olacaq. Təkcə Azərbaycanın sərhədlərinin açıq olması yetərli deyil. Digər turist axını olan ölkələrlə də bu məsələ dəqiqləşdirilməlidir. Biz sərhədi açsaq, digər tərəfdə bağlı olsa, bunun heç bir mənası olmayacaq”.

Ekspertin fikrincə, bu addımlar kifayət qədər qarşılıqlı nizamlanmış şəkildə olmalıdır: “İranda da üçüncü dalğanın geniş yayılması ilə bağlı xəbərlər dolaşır. Mövsümün açılması Azərbaycan üçün çox xeyirli olar. Turizm sahəsi son illər ən intensiv inkişaf edən sahələrdən biri idi. Hər il turist sayında 15-20 faiz artım müşahidə olunurdu. İndi mövsümün açılmasının həm ölkənin xidmət sahəsinə, həm də turizm sahəsinə çox ciddi pozitiv təsiri ola bilər. Ancaq hələlik kəskin bir fikir söyləmək çətindir. Yəqin ki, may ayının ortalarında həm Azərbaycan, həm də digər ölkələr ümumi bir yekdil rəyə gələcəklər. Ən azı onu dəqiq deyə bilərik ki, AB ölkələri ilin birinci yarısında açılmayacaq. Nə oradan Azərbaycana, nə də Azərbaycandan oraya turist səfərlərinin olması mümkün olmayacaq. Türkiyə, Rusiya, Gürcüstanla mümkündür. Biz daha çox yaxın ətrafımızdakı ölkələrə fokuslanmalıyıq. Bu ölkələrlə sərhədlərin açılması mümkün olsa, bu da kifayət qədər pozitiv təsir göstərə bilər”.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pandemiya nəticəsində turizm sektoruna dəyən ziyan açıqlandı

    Pandemiya nəticəsində turizm sektoruna dəyən ...

    25-08-2020, 14:23

  • 
  • Rusiyanın turizm şirkətləri Türkiyəyə reysləri ləğv edir

    Rusiyanın turizm şirkətləri Türkiyəyə reysləri ...

    25-11-2015, 17:18

  • 
  • “Şahdağ” turizm kompleksini 3 illik əcnəbilərə verdilər

    “Şahdağ” turizm kompleksini 3 illik əcnəbilərə ...

    10-07-2013, 15:21

  • 
  • Turizm şirkətləri də dollara keçir

    Turizm şirkətləri də dollara keçir ...

    28-12-2015, 13:55

  • 
  • Azərbaycanda xüsusi turizm zonaları yaradılacaq

    Azərbaycanda xüsusi turizm zonaları yaradılacaq ...

    5-07-2016, 16:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu