GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » 100 il əvvəl başlayan dollar imperiyası düzəni dəyişir...

100 il əvvəl başlayan dollar imperiyası düzəni dəyişir...

Tarix: 22-04-2021, 10:50 Bölmə :İqtisadiyyat Baxış: 981
100 il əvvəl başlayan dollar imperiyası düzəni dəyişir...


Bu gün futbola bənzəyən siyasi mübarizənin mərkəzi barədə danışaq. Çünki hər kəs baş verənləri “müharibə” kimi təsvir edir...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 21 aprel 2021-ci il


Avropa Super Liqasının ilk prezidenti Florentino Perez verdiyi açıqlama ilə gərginlik yaradıb. Klubların gələcəyini xilas etmək üçün belə bir formasiyaya getməli olduğunu deyən Perez: “İqtisadi cəhətdən çıxılmaz bir vəziyyətdəyik. Gəlirlər azalıb, gənclər futbolla maraqlanmırlar. Futbolu yüksəltmək üçün bunu etmək məcburiyyətində idik. Biz UEFA-nın kuklası deyilik”, deyib və davam edib: “Yayım hüquqlarından başqa, hər hansı bir gəlir qapısı tapa bilməyəndə bu dəfə də daha çox pərəstişkar cəlb etmək üçün daha böyük matçlar təşkil etməli oluruq.

12-si qurucu olan 15 komanda hazırdır.

4 böyük liqadan 26 komanda müraciət edib. Z nəslini futbolla tanış etməliyik. Z nəsli böyük oyunları izləyir. Digər matçların nəticəsi ilə maraqlanır. Barselona - Mançester matçının reklam gəliri 100-dürsə, Barselona və Mançesterin digər komandalarla etdiyi matçlarının reklam gəliri 20-dir. Lebron Ceymsin maaşını bilirəm, amma UEFA prezidentinin maaşını bilmirəm. UEFA-nın böyük xərclərinin taleyi bəlli deyil. Eyni şey FIFA üçün də keçərlidir. İşdən qovulana qədər Avropa Super Liqasının prezidenti olacağam”.

Bu çıxışa da etirazlar gəldi. İngiltərə Baş naziri Boris Conson sərt danışıb: “İngiltərə hökuməti Avropa Super Liqasının qarşısını almaq üçün əlindən gələni edəcək. Heç kimin şübhəsi olmasın”.

Şahzadə Uilyam da önə çıxıb: “Bu quruluş futbola zərər verir”.

İngiltərədəki bu reaksiyalar gözə çarpan şəkildə artır. Çempionlar Liqasının favoritlərindən biri olan Qətərə məxsus “PSG” də hələlik Avropa Super Liqasından uzaq idi. Eynən İngiltərənin rəsmi açıqlaması kimi.

Mənim üçün ən maraqlısı isə 12 qurucu klubun bağladığı razılaşmanın təfərrüatları idi.

Dünyanın ən böyük klubları olan bu 12 klub 23 illik öhdəlik müqaviləsi imzalayıb.

Məncə əsas məsələ bu idi və hədəf baxımından son nöqtəyə işarə edirdi.

Dünyanın ən böyük investisiya bankı olan “JP Morgan” dolların qlobal ehtiyat valyuta statusunun tezliklə sona çatacağını bildirib və müştərilərinə də buna uyğun mövqe tutmaları barədə xəbərdarlıq verib. Bu xəbərdarlıq, əslində, bir neçə ildir verilirdi. Bank həm də əsaslı nəşrlərə bu barədə yazmışdı:

“ABŞ dolları 100 ilə yaxındır qlobal ehtiyat valyutasıdır. Yalnız Amerikada deyil, bütün dünyada belədir. Dollara sahib olanlar və dollarla sərmayə qoyanlar rahat idilər. Lakin dollarların dünyanın dominant valyutası olmaq qabiliyyətini itirəcəyini düşünürük. Səbəb isə struktur və dövri maneələrlə bağlıdır”.

Bu nöqtədən İkinci Dünya Müharibəsinə qayıdaq. Məlum olduğu kimi, müharibənin taleyi Normandiya prosesi ilə dəyişdi. General Duayt D. Ayzenhauer tərəfindən idarə olunan qüvvələr 1944-cü ilin iyun-sentyabr ayları arasındakı əməliyyatla gedişatı dəyişdirdi. Amerikalılar gəlib Avropaya yayıldı. Həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən zəncir vurdu. “JP Morgan”ın vurğuladığı dollar imperatorluğu da elə həmin il başlamışdı. Dollar taxta çıxaraq ehtiyat pula çevrildi və uzun illər boyunca heç kim bundan narahat olmadı.

ABŞ-ın cari borcu hazırda 28 trilyon dollardır. Böyük bir müharibədə qalib gəlsə də, bu, ödəniləcək məbləğ deyil. Bu borc heç bir şəkildə ödənilə bilməz. Bəs nə olacaq? Məncə, hər kəs bu barədə düşünməlidir. Dolların da, “JP Morgan”ın da arxasında dayanan ailələrdən biri Rokfellerdir. Bu da hər kəsə məlumdur.

Covid-19 ilə başlayan proses məhv gətirib çıxaracaq. ABŞ bu dövrdə dolları kripto dollarla qoruyacaq və yoluna davam edəcək. Ya da dolları silib, yeni bir valyutanı meydana çıxara bilər. Məqsəd və hədəf də budur.

Bir sözlə, əsas məqsəd sistemin dəyişdirilməsidir. Kripto dünyasının aktiv olduğu bir iqlimdə “JP Morgan” gəldi və Avropa futboluna əl atdı. Beləliklə, 4 milyard insanın diqqətini çəkdi. Bunu edərkən də 23 illik imzanı atdırdı. Yəni 2044-cü ildə müqavilə bitə bilər. Belə çıxır ki, 100 il əvvəl 1944-cü ildə Normandiyada başlayan dollar imperatorluğu, 100 il sonra başqa bir formada yoluna davam edəcək? 23 illik imza tam olaraq nədir? Bunları başa düşmək hər kəs üçün faydalı olacaq.

Tərcümə PİA.az-ındır.
Fatimə ƏLİYEVA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Real Madrid Mourinho ilə yollarını ayırır

    Real Madrid Mourinho ilə yollarını ayırır ...

    21-05-2013, 02:16

  • 
  • Çempionlar Liqası və Avropa Liqası təxirə salına bilər

    Çempionlar Liqası və Avropa Liqası təxirə salına ...

    19-04-2021, 10:32

  • 
  • Avropa Super Liqasının fəaliyyəti rəsmən dayandırıldı

    Avropa Super Liqasının fəaliyyəti rəsmən ...

    21-04-2021, 09:53

  • 
  • Mübariz Mənsimovdan futbolla bağlı - Videoaçıqlama

    Mübariz Mənsimovdan futbolla bağlı - Videoaçıqlama ...

    30-07-2013, 15:55

  • 
  • ​"Qarabağ" UEFA Gənclər Liqasında "Çelsi"yə böyük hesabla məğlub oldu

    ​"Qarabağ" UEFA Gənclər Liqasında ...

    12-09-2017, 20:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu