Deputat Vahid Əhmədov: “Hökumət buna hazır olmalıdır” “Rusiyadan azı 500 min nəfər azərbaycanlı qovulacaq. Proses artıq başlayıb. Bu rəqəm hətta daha böyük – 1 milyon nəfər də ola bilər”. Bu sensasion açıqlamanı Milli Məclisin üzvü Vahid Əhmədov verib. Deputat bunu ANS telekanalının bugünkü “Xəbərçi” proqramında söyləyib. V.Əhmədovun sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlıların sıxışdırlıması və oradan qovulması sırf siyasi xarakterli aksiyadır. Deputat Azərbaycan hakimiyyətini bu böyük köçə hazır olmağa da çağırıb. Qeyd edək ki, son vaxtlar Rusiyada miqrantlara, xüsusilə də azərbaycanlılara ciddi təzyiqlər başlayıb. Azərbaycan vətəndaşı Orxan Zeynalovun Moskvada 25 yaşlı rus gəncini qətlə yetirməsi olayı ilə alovlanan antiazərbaycan isterikası bütün Rusiyanı sürətlə bürüməkdədir. Amma ekspertlər hadisələrin adi məişət zəminində baş vermiş bu qətllə birbaşa bağlılığına şübhə edirlər. Onların qənaətinə görə, burada kökləri daha dərinə işləmiş daha ciddi siyasi və digər maraqlar var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?