GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Bir çox sahələrdə bahalaşma olacaq”

“Bir çox sahələrdə bahalaşma olacaq”

Tarix: 23-10-2013, 10:36 Bölmə :İqtisadiyyat Baxış: 676
 “Bir çox sahələrdə bahalaşma olacaq”

Qubad İbadoğlu: “Gələn il sahibkarlar və istehlakçılar üçün ağır olacaq”
Artıq 2014-cü il dövlət büdcəsi haqqında qanun layihəsi açıqlanıb. Gələn il dövlət büdcəsinin gəlirlərinin 18 384 000,0 min manat, xərclərin 20 063 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 17 601 576,0 min manat, yerli gəlirləri 782 424,0 min manat və mərkəzləşdirilmiş xərcləri 18 433 551,0 min manat, yerli xərcləri 1 629 449,0 min manat) məbləğində təsdiq edilməsi nəzərdə tutulur. İqtisadçı alim, Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu büdcə layihəsi və digər məsələlərlə bağlı suallarımızı cavablandırdı.

- 2014-cü ilin büdcə layihəsi açıqlanıb. İlkin rəyiniz necədir?

- Əslində bu bir az bizim gözləntilərimizdən fərqli bir büdcədir. 2014-cü ildə ilk dəfə olaraq İlham Əliyev hakimiyyəti dövründə büdcənin əvvəlki ildən gəlirlərinin azalması proqnozlaşdırılır və Azərbaycan dövlət büdcəsinin gəlirləri 2013-lə müqayisədə 775 milyon manat az proqnozlaşdırılıb. Bütövlükdə götürəndə, dövlət büdcəsi növbəti ildə bu illə müqayisədə dörd faiz az gəlirlərə malik olacaq. Bu büdcənin diqqəti cəlb edən məqamlarından biri də kəsirinin xeyli artacağıdı. Demək olar ki, builki büdcənin kəsiri ilə müqayisədə iki dəfə çox kəsir proqnozlaşdırılıb. Növbəti ilin dövlət büdcəsində kəsirin həcmi ümumdaxili məhsulun üç faizinə qədər artacaq ki, bu da hesab edirəm kifayət qədər düşündürücü, eyni zamanda narahatedici məqamlardan biridir. Növbəti ilin büdcəsində - ümumiyyətlə baxmayaraq ki, bütövlükdə büdcə gəlirləri azalır, amma xüsusilə də vətəndaşlardan və qeyri-neft sektorunda çalışan sahibkarlardan ödəmələrin artması proqnozlaşdırılıb. Çünki növbəti ilin dövlət büdcəsində bu il olduğu kimi, Dövlət Neft Fondundan transferlərin sayı yüksək olmayacaq, təxminən 2014-cü il büdcəsinin yarısı birbaşa Neft Fondundan transferlər hesabına təmin olunacaq. Əslində bu, müsbət bir dəyişiklik olsa da, yəni dövlət büdcəsinə olan transferlərin həcminin 17,7 faiz azalması proqnozlaşdırılıb. Bu, neft pulundan istifadənin bu illə müqayisədə aşağı düşməsi deməkdir. Biz bunu müsbət dəyərləndiririk. Digər tərəfdən, növbəti ilin dövlət büdcəsinin, xüsusən də Vergilər Nazirliyinin xətti ilə 1 milyard 70 milyon manata yaxın əlavə vəsait yığılması proqnozlaşdırılır. Söhbət qeyri-neft sektorundan gedir. Düşünürəm ki, bu vəsait əsasən sahibkarların və istehlakçıların xərclərinin artması hesabına baş verəcək. Çünki dövlət büdcəsində elə yalnız vətəndaşların əmək haqqı gəlirlərindən yüz milyon manat əlavə vəsait proqnozlaşdırılıb ki, bu da əmək haqqı artımlarının bir hissəsinin vergilər vasitəsilə sonradan geriyə- büdcəyə qaytarılması deməkdir. Gələn ilin dövlət büdcəsində eyni zamanda həm torpaq, əmlak vergisinin artırılması nəzərdə tutulur ki, bu da bütövlükdə götürəndə məhz istehlak vergisi olduğuna görə məhz qiymətlərin bahalaşması hesabına başa gələ bilər. Büdcənin digər əhəmiyyətli artım mənbəyi də əlavə dəyər vergisidir. Həm idxalda, həm də ki, yerli səviyyədə xidmətdə əlavə dəyər vergisi həcminin artması da istehlakçıların xərclərinin çoxalması deməkdir. Elə hesab edirəm ki, bu, qiymət bahalaşmasının hesabına təmin oluna bilər. Digər istiqamətlərdə növbəti ilin dövlət büdcəsində Gömrük Komitəsinin xətti ilə yığılmış vəsaitin artımı nəzərdə tutulub. Bu da ölkəyə gətirilən idxal mallarına tətbiq olunan rüsumların və akzislərin daha da artırılması, sahibkarların yükünün artması deməkdir. Yəni bütövlükdə növbəti ilin büdcəsində qeyri-neft sektorundan daxilolmalar təxminən 7,1 milyard səviyyəsində olacaq. Ümumiyyətlə, Vergilər Nazirliyinin xətti ilə bu, beş milyard səviyyəsində olacaq. 1,5 milyard manat da demək olar ki, Gömrük Komitəsinin xətti ilədir. Bu da builki ilə müqayisədə təxminən 20 faiz çox məbləğ ifadə edir. Hesab edirəm ki, bu, xüsusən sahibkarlar üçün ağır olacaq. Növbəti il onların bu qədər vəsait ödəməsi xərclərinin artması hesabına başa gələcək və bunun da əziyyətini daha çox monopoliyalar deyil, sahibkarlıq, eyni zamanda kiçik sahibkarlıq, yəni fərdi sahibkarlar çəkəcəklər.

- Növbəti ilin dövlət büdcəsində xərclərin azalması da nəzərdə tutulub...

- Xərcləmələrin azalması nəzərdə tutulub. Xərcləmələr arasında demək olar ki, azalma yalnız investisiya xərclərinə şamil olunur. Bu, o deməkdir ki, növbəti il bu illə müqayisədə daxili büdcə vəsaitləri hesabına xərcləmələr azalacaq. Başadüşüləndir, çünki bu il seçki işidir. Prezident seçkiləri ərəfəsində xüsusilə də sosial, siyasi məqsədlər üçün, açılışlar üçün büdcədən daha çox vəsait ayrılmışdı. Eyni zamanda büdcə vəsaitlərinin əmək haqqı gəlirlərindən artımı proqnozlaşdırılmışdı. Amma əmək haqqı gəlirlərinin, pensiyaların artımı büdcədə nəzərdə tutulmayıb. Yəni əhəmiyyətli artım nəzərdə tutulmayıb. Bütövlükdə götürəndə büdcənin özünün gəlirlərinin kəskin azalması, kəskin artması, transferlərin aşağı düşməsi dövlət büdcəsində əvvəlki illərlə müqayisədə kəskin fərqlər yaradır. Bu, artıq hökumətin yeni bir fiskal siyasətə üstünlük verdiyini deməyə əsas verir.

- Seçki bitdi. Bundan sonra müəyyən iqtisadi islahatların keçirilməsi gözləniləndirmi? Hansı sahədə islahatlar aparıla bilər?

- Əslində indiki halda xarici siyasət kursunda kifayət qədər əhəmiyyətli dövr yaşanır. Dəyişikliklər üçün əsas var. Çünki gələn ayın sonunda Vilnüsdə Şərq Tərəfdaşlığı Sammiti olacaq və bu sammitdə şərq tərəfdaşlığı ölkələri müxtəlif sənədlər imzalayacaqlar. Azərbaycan imzalanmaya dəvət almayıb. Ola bilər ki, Azərbaycan bu ərəfədə hazırkı mərhələdə bəzi qruplar ölkəni Gömrük İttifaqına yönləndirmək və kursu dəyişmək istiqamətində işləyirlər. Bu, onu göstərir ki, ola bilər müəyyən mənada bu istiqamətdə Azərbaycanın siyasi kursunda müəyyən dəyişikliklər olsun. Bu, gözləniləndir. Çünki Azərbaycan yəqin ki, növbəti bir ay ərzində bu məsələnin həllini müzakirə edəcək. Müxtəlif yanaşmalar var hakimiyyətin daxilində, bu onların arasındakı fikir ayrılıqlarından irəli gəlir. Hakimiyyətin içərisində iqtisadi siyasət baxımından fikir ayrılığı yoxdur. Amma xarici siyasət baxımından fikir ayrılığı var. Hansı daha təsirli olacaqsa, o istiqamətdə müəyyən dəyişikliklər reallaşacaq.

- Seçkidən sonra bahalaşma gözlənilirmi?

- Təbii ki, bahalaşma gözləniləndir, mövsümi amillərlə bağlı olacaq. Bu gün miqrasiya problemləri də var və miqrantların axını baş verə bilər. Miqrantların ölkəyə gəlməsi təbii ki, əmlak bazarında, xüsusilə də torpağın, evin qiymətinə təsir göstərə bilər. Bahalaşma yeni büdcə siyasəti ilə əlaqəlidir. Yeni büdcə siyasətində ödənişlərin artırılması nəzərdə tutulur. Bu, sahibkarların xərclərinin artmasına gətirib çıxaracaq. Sahibkarların xərclərinin artması da bahalaşmanı şərtləndirir. Amma bunu əsasən gələn ildən edəcəklər. Sahibkarlar üçün ağır il olacaq. İstehlakçılar üçün də, sahibkarlar üçün də çətin olacaq. Sahibkarlar daha çox vergi ödəmək məcburiyyətində qalacaqlar. Onların xərclərinin artması istehlakçıların mallara görə daha çox ödəniş etməsinə gətirib çıxaracaq.
- Bir neçə dəfə müxtəlif layihələrlə hökumətə islahatların aparılması təklifini vermisiniz.

Növbəti araşdırmanız, təklifiniz varmı?

- Biz açıq hökumət tərəfdaşlığı, antikorrupsiya və eyni zamanda sahibkarlıq mühitinin yaxşılaşdırılması sahəsində konkret təkliflərə malikik. Bu təklifləri zaman-zaman hakimiyyətə vermişik. İndi yenə də bunu davamlı şəkildə, müntəzəm olaraq edirik. Hesab edirik ki, hökumətin ilk növbədə struktur islahatlarına, kadr islahatlarına ehtiyacı var. Azərbaycan eyni zamanda inteqrasiya imkanlarından bəhrələnməlidi. Açıq hökumətlə bağlı, antikorrupsiya ilə bağlı, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı təkliflər paketimiz artıq təqdim olunub. Amma konkret olaraq bizim istəyimiz odur ki, hökumət rəqabət üçün şərait yaratsın, rəqabəti dəstəkləsin. Rəqabət üçün şərait antimonopoliya siyasətinin gücləndirilməsi deməkdir. Xərclərin azalması deməkdir, daha keyfiyyətli məhsulla təminat deməkdir. İkinci istiqamət isə inteqrasiya imkanlarından bəhrələnməkdir. Biz də bunun yolunu avrointeqrasiya, avroməkana çıxış imkanlarının artırılması və o Avropa bazarlarına giriş, Avropa ilə inteqrasiya imkanlarının genişləndirilməsində görürük.

- Dövlət başçısı yeni komandasını hələ təsdiqləməsə də, köhnə baş nazir öz yerində qaldı. Sizcə, komandada yeniliklər olacaqmı?

- Əhəmiyyətli yeniliklər gözləmirəm. Ola bilsin, cüzi dəyişikliklər olsun. Bu dəyişikliklər də əhəmiyyətli olmayacaq və hökumətin siyasətini dəyişmək gücünə malik olmayacaq. Yenə hakimiyyət əvvəlki proqramla, əvvəlki iqtisadi siyasəti ilə və əvvəlki kadrları ilə işləmək məcburiyyətindədir. Çünki əvvəla, hökumətin alternativ imkanları məhduddur. Kifayət qədər siyasi həssaslıq dövrüdür, dəyişikliklərə hakimiyyət içərisində də təpkilər var, bu, müəyyən fəsadlar yarada bilər. Köhnə komandanın yeniləşməsi prosesi gedəcək, yəni yeni fərmanla onlar əvvəlki vəzifələrinin icrası ilə məşğul olacaqlar. Prezidentin özünün seçki kampaniyası olmayıb ki, orada hansısa bir proqramı ilə bağlı, hansısa çıxışları ilə bağlı söz demək mümkün olsun. Dövlət başçısının proqramını açıqlamaması onu göstərir ki, o, yenə də əvvəlki komanda ilə, əvvəlki tərkiblə və əvvəlki idarəetmə strukturu ilə hakimiyyəti idarə etmək niyyətindədir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın Dövlət Büdcəsi haqqında Qanun qüvvəyə mindi

    Azərbaycanın Dövlət Büdcəsi haqqında Qanun ...

    1-01-2014, 18:50

  • 
  • Milli Məclis büdcə müzakirələrinə başladı

    Milli Məclis büdcə müzakirələrinə başladı ...

    2-10-2015, 12:20

  • 
  • Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

    Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə ...

    23-02-2016, 14:47

  • 
  • Bu gün parlament büdcə müzakirələrinə start verir

    Bu gün parlament büdcə müzakirələrinə start verir ...

    12-11-2013, 11:02

  • 
  • Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən yayınmaların qarşısı alınmalıdır”

    Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən ...

    12-11-2013, 13:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu