GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən yayınmaların qarşısı alınmalıdır”

Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən yayınmaların qarşısı alınmalıdır”

Tarix: 12-11-2013, 13:32 Bölmə :Ölkə Baxış: 1 098
 Samir Şərifov büdcə HƏDƏFini açıqladı: “Vergidən yayınmaların qarşısı alınmalıdır”

Qeyri-neft gəlirlərini artırmaq, vergidən yayınmaların qarşısını almaq, vergi ödənişləri üzrə yaranmış borcların həcminin azaldılması əsas prioritet məsələ kimi qəbul edilib
"Cari ilin 8 ayı ərzində dövlət büdcəsinin gəlirləri 106, 1%i, yəni 12 milyard 890 milyon manat məbləğində icra olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 899 milyon manat və yaxud 17, 3 faiz çoxdur". Modern.az bildirir ki, bunu Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov çıxışında bildirib.

Büdcədə 1 barel xam nef 100 dolları səviyyəsində qəbul edilib

Nazirin sözlərinə görə, cari ilin 8 ayı ərzində dövlət büdcəsinin xərcləri 93, 3 faiz icra olunub. Bu isə 11 milyard 623 milyon manat vəsait deməkdir. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 19, 5 faiz və yaxud 1 milyard 899 milyon manat çoxdur: "2014-2017-ci illər üzrə makroiqtisadi göstəricilər, o cümlədən gələn il ÜDM-in 5,2 faiz həcmində artırılması, qeyri-neft ÜDM-in 10 faizlik artım sürəti əsas götürülüb. Dövlət və icmal büdcə gəlirlərinin hesablanmasında 1 barel xam neftin satış qiyməti isə 100 ABŞ dolları səviyyəsində qəbul edilib. Gələn il üçün dövlət büdcəsinin mədaxili üzrə qeyri-neft gəlirlərini artırmaq, vergidən yayınmaların qarşısını almaq, vergi ödənişləri üzrə yaranmış borcların həcminin azaldılması istiqamətində tədbirləri gücləndirmək kimi işlər əsas prioritet məsələ kimi qəbul edilib".

Neft Fondundan büdcəyə keçirləcək pulun məbləği 2 milyard manat azaldılıb

Maliyyə naziri, həmçinin qeyd edib ki, gələn il üçün dövlət büdcəsinin gəlirləri ÜDM-in 31,4 faizi həcmində olmaqla 18 milyard 384 milyon manat, 2012-ci ili faktiki göstəricisinə nisbətən 6,4 faiz və yaxud 1 milyard 103 milyon manat nəzərdə tutulur: "2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin praqnozu ilə müqayisədə 7 faiz artacaq. Dövlət Neft Fondundan edilən transfer nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat nəzərdə tutulur.

Gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfer nəzərdə tutulur. Yəni transferin məbləği cari illə müqayisədə 2 milyard manatdan çox azalacaq. Gələn ildə Vergilər nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 102 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari ilin praqnozu ilə müqayisədə 702 milyon manat çoxdur. Dövlət Gömrük komitəsində dövlət büdcəsinə 1 milyard 510 milyon manat daxiloma praqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 9,4 faiz çoxdur".

Dövlət borcu ilə bağlı xərclər eyni səviyyədə qalıb

"2014-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 779 milyon manat nəzərdə tutulur. Dövlət büdcəsinin xərcləri ÜDM-in 34,3 faizi həcmində olacaq. Dövlət büdcəsinin xərcləri müstəqillik dövründə hələlik ən yüksək həddə çatmaqla 20 milyard 63 milyon manat olacaq ki, bu da cari illə müqayisədə 1,1 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 54,2 faizi və yaxud 10 milyard 882 milyon manatı cari xərclərə, 41,9 faizi və yaxud 8 milyard 401 milyon manatı əsaslı xərclərə, 3,9 faizi isə və yaxud 781 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək" - deyə nazir çıxışına əlavə edib.

O çıxışı zamanı vurğulayıb ki, 2014-cü ilin dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 3,9 faiz artıb, əsaslı xərclərin xüsusi çəkisi isə müvafiq olaraq 3,9 faiz azalıb. Dövlət borcuna xidmətlə bağlı xərclər isə eyni səviyyədə qalıb. 2014-cü ilin dövlət büdcəsindən 9 milyard 526 milyon manat proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsinin xərclərində sosial yönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcək. Bu da cari ilə nisbətən 299 milyon manat çoxdur. Sosial yönümlü xərclərin xüsusi çəkisi 26,6 faiz olmaqla cari illə müqayisədə 1,3 faiz çoxdur.

İpoteka kreditləri üçün isə 40 milyon manat ayrılacaq

Nazir bildirib ki, sahibkarlığın inkişaf etdirilməsi üçün dövlət büdcəsindən 150 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: "Kənd təsərrüfatının istehsalı ilə məşğul olan fermerlərə mikro kreditlərin verilməsi üçün 5 milyon manat vəsait ayrılacaq. İpoteka kreditləri üçün isə 40 milyon manat ayrılacaq. Avropa Olimpiya oyunlarının keçirilməsi üçün də dövlət büdcəsindən müvafiq məbləğdə vəsait ayrılacaq. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə 60 milyon manat ayrılması nəzərdə tutulub.

Gələn ilin büdcəsində artıq pul qalacaq

2014-cü ildə dövlət büdcəsinin kəsiri 1 milyard 679 milyon manat məbləğində proqnozlaşdırılır. İcmal büdcənin gəlirləri 21 milyard 986 milyon manat təşkil edəcək. Xərclər isə 24 milyard 444 milyon manat olacağı praqnozlaşdırılır. 2014-2017-ci illər üzrə ölkənin makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən növbəti ildə ÜDM-in 5, 2 faizi, qeyri-neft ÜDM-in isə 10 faizlik artım sürəti əsas götürülüb. Xam neftin 1 barel üçün orta qiyməti 100 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsində yerli gəlirlər 779 milyon manat məbləğində proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 83 milyon manat çoxdur. Təbii ki, gələn il üçün büdcə artıqlıqları da olacaq. Bu əsasən münbit neft qiymətlərinin konnekturası ilə bağlıdır. Bu da xəzinədə qalmaqla növbəti ildə büdcənin kəsirinin maliyyələşməsinə yönəldiləcək.

3 milyard manat dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək

2014-cü ildə sosial müdafiə və sosial təminatlı xərclər 14 faiz, kənd və meşə təsərrüfatı, eləcə də balıqçılıq xərcləri 13, 9 faiz, elm xərcləri 12, 5 faiz, səhiyyə xərcləri 8,4 faiz, təhsil xərcləri 8 faiz, mədəniyyət, incəsənət, informatika və idman xərcləri 7,5 faiz, müdafiə xərcləri 7 faiz, iqtisadi fəaliyyət xərcləri 19 faiz, nəqliyyat və rabitəyə 8,7 faiz, mənzil kommunal və təsərrüfatı xərclərinin 14 faiz artımı praqnozlaşdırılır. Dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclər nəzərə alınmadan dövlət büdcəsi xərclərinin 3 milyard 266 milyon manatı məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Xroniki böyrək çatışmazlığı üzrə tədbirlərə təxminən 30 milyon manat, hemofiliya və talassemiya, qan xətsəlikləri üzrə tədbirlərə 21,2 milyon manat, xərçəng xəstəliyi ilə mübarizə üzrə dövlət proqramının təmin olunması üçün təxminən 40 milyon manat, şəkərli diabet üzrə dövlət proqramına 34 miylon manata qədər vəsait ayrılacaq.

Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi layihəsində dövlət sosial müdafiə və pensiya xərclərinin 14% artırılması nəzərdə tutulub. Dövlət büdcəsindən pensiya xərcləri üçün 1,142 mlrd. manat ayrılacaq ki, bu da cari il ilə müqayisədə 65 mln. manat (6%) çoxdur.

Azərbaycanın makroiqtoisadi göstəricilər normaldır

2014-cü ilin dövlət büdcəsini fərqləndirən əsas cəhət növbəti il üçün verilən proqnozlardır. Bu proqnozlar göstərir ki, ölkə 2020-ci ilədək qarşıya qoyduğu hədəflərə nail olacaq. Dünyada davam edən böhran nəticəsində Azərbaycanda gedən makroiqtoisadi göstəricilər normaldır. Bu makroiqtisadi göstəricilər ölkənin potensial iqtisadiyyatının inkişafına və gözlənilən böhranlardan qorunmağa imkan verir. Bununla da 2020-ci il stragetiyasına çatmaq üçün bütün hədəflər burada öz əksini tapıb. Bütün bunlara nail olmağın yolları büdcə paketində öz əksini tapıb.

Builki büdcəni əsas fərqləndirən cəhətlərdən biri büdcənin formalaşdırılmasında neft və qeyri-neft sektorunun nisbət dəyişməsidir. Belə ki, büdcə formalaşmasında qeyri-neft sektoruna üstünlük verilib. Yaxın gələcəkdə qeyri-neft sektorunun yükü aratacaq. Aparılan proqnozlara baxsaq, 2017-ci ildə dövlət büdcəsinin formalaşmasında neft sektorunun payı 27 faiz olacaq. Bu gün neftin ÜDM-də xüsusi çəkisi 41 faiz təşkil edir. 2017-ci ildə bu rəqəm 27 faiz təşkil edəcək. Bu bir daha göstərir ki, qeyri-neft sektoru Azərbaycanda artıq oturuşmuş bir sistemdir və bunun nəticəsində büdcə gəlirləri artacaq.

Sumqayıt, Şirvan, Mingəçevir, İmişliyə dövlət büdcəsindən vəsait ayrılmayacaq

Nazir qeyd edib ki, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə dövlət büdcəsindən 2,5 mln. , sahibkarlığın güzəştli kreditləşdirilməsinə 150 mln. , kənd təsərrüfatının inkişafı üçün isə "Aqrolizinq" ASC-yə 35 mln. manat ayrılması planlaşdırılır.

S.Şərifov vurğulayıb ki, Azərbaycanın xarici dövlətlərdəki 57 səfirlik, 9 baş konsulluq və beynəlxalq təşkilatlar yanında nümayəndəliklərin maliyyələşdirilməsi, beynəlxalq tədbirlərdə iştirakı üçün 20 mln. manat nəzərdə tutulub: "Gələn ildən regionların maliyyələşməsi proqramına uyğun olaraq Sumqayıt, Şirvan, Mingəçevir, İmişli rayonlarına dövlət büdcəsindən cari xərclər üçün vəsait ayrılmayacaq".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yol-nəqliyyat infrastrukturuna 858 mln manat xərclənib amma...

    Yol-nəqliyyat infrastrukturuna 858 mln manat ...

    19-07-2013, 10:42

  • 
  • Əhalinin banklardakı əmanətlərinin həcmi - Statistika

    Əhalinin banklardakı əmanətlərinin həcmi - ...

    20-12-2014, 23:30

  • 
  • Azərbaycan qaz hasilatını 5 faiz artırıb

    Azərbaycan qaz hasilatını 5 faiz artırıb ...

    15-08-2014, 10:15

  • 
  • Azərbaycanın Dövlət Büdcəsi haqqında Qanun qüvvəyə mindi

    Azərbaycanın Dövlət Büdcəsi haqqında Qanun ...

    1-01-2014, 18:50

  • 
  • Nazirdən bədbin proqnozlar: “Azalacaq...”

    Nazirdən bədbin proqnozlar: “Azalacaq...” ...

    13-10-2015, 13:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu