GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Bahalaşma davam edir - qiymət artımının əsl və süni səbəbləri

Bahalaşma davam edir - qiymət artımının əsl və süni səbəbləri

Tarix: 19-11-2021, 11:10 Bölmə :İqtisadiyyat Baxış: 394


Ekspert: "Daxildə istehsal olunmayan məhsulların idxalı vergi-rüsuma cəlb edilməməlidir"


Azərbaycan bazarında hiss olunacaq dərəcədə bahalaşma var və bu proses davam etməkdədir. Xüsusilə ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin eyni dövrünə nisbətən 5,7 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 6,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,0 faiz təşkil edib. Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ilin oktyabr ayına nisbətən 10 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 13,1 faiz, qeyri-ərzaq məhsulları 6,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 8,4 faiz bahalaşıb.

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov büdcə layihəsinin Milli Məclis komitələrində müzakirəsi zamanı yerli istehsal olan malların bahalaşmasından danışmışdı. Nazir ərzaq qiymətlərindəki artımı əsasən xarici amillərlə əlaqələndirib: “Dünya bazarlarında son 12 ildə ən yüksək qida qiymətləri bu il müşahidə olunur. Bu sahədə, xüsusilə ölkəyə idxal olunan qida məhsullarını qeyd edə bilərik. Hətta Azərbaycanda istehsal olunan məhsul olsa belə, qiymətlərlə bağlı bir təzyiq var”.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə ölkənin ərzaq təhlükəsizliyinə diqqətin artırılmasını təklif edib: “Azad rəqabəti təmin etməliyik. Ölkənin ərzaq təhlükəsizliyinin səviyyəsi yüksəldilməlidir”. E.Rüstəmov bildirib ki, qiymət artımına təsir edən təbii amillər var: “Amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Biz azad rəqabəti təmin etməliyik”. Baş bankirin sözlərinə görə, bitki yağının, şəkərin qiymətinin artması daha da sürətlənib və buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib.

Azərbaycanın ərzaq təminatının mühüm hissəsinin idxal məhsulları hesabına təmin olunduğunu nəzərə alsaq, qlobal bazardakı dəyişikliklərin ölkədəki qiymətlərə təsirinin qaçılmaz olduğunu söyləyə bilərik. Qlobal bazarda isə bahalaşma davam edir. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən oktyabr ayında qlobal ərzaq indeksi sentyabrdakından 3,9 bənd, ötən ilin oktyabrındakından isə 31,8 bənd yüksək olmaqla 133,2 bəndə çatıb. Bu bahalaşmanın əsas səbəbi isə bitki yağları və taxıl qiymətlərindəki yüksəlişdir. Belə ki, oktyabr ayı ərzində taxıl qiymətləri indeksi əvvəlki ayla müqayisədə 4,3 bənd, ötən ilin eyni dövrünə nisbətən isə 25,1 bənd yüksələrək 137,1 bəndə çatıb. Bu artımda əsas rolu son 4 ayda davamlı olaraq bahalaşan buğda qiymətləri oynayır. Oktyabrda sentyabra nisbətən qlobal buğda qiymətləri 5 faiz, ötən ilin oktyabrına nisbətən isə 38,3 faiz bahalaşıb.

Ərzaq qiymətlərinin qlobal səviyyədə bahalaşması Azərbaycana idxal olunan məhsulların qiymətində özünü büruzə verməkdədir. Rəsmi statistikaya əsasən 2021-ci ilin sentyabr ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 20,2 faiz, 2021-ci ilin yanvar-sentyabr aylarında 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən isə 21,5 faiz artıb.

Maraqlıdır ki, Azərbaycanda yalnız idxal olunan deyil, yerli istehsalın məhsulları da bahalaşır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ilin oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi cari ilin sentyabr ayı ilə müqayisədə 23 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 29,6 faiz, emal sənayesi üzrə 2,1 faiz artıb. Əvvəlki ayla müqayisədə istehsalçı qiymətləri indeksi neft-qaz sənayesi məhsulları üzrə 27,7 faiz, qeyri neft-qaz sənayesi məhsulları üzrə isə 1,7 faiz yüksəlib.

Məsələn, götürək tikinti materiallarını. Ölkəyə idxal olunan ağac məmulatlarının qiymətində artımın olması izah olunandır: bu materiallar mənşə ölkəsi olan Rusiyanın özündə bahalaşır. Eyni zamanda xaricdən idxal olunan xammal əsasında istehsal olunan yerli məhsulların qiymət artımı da anlaşılandır. Lakin ölkə daxilində tam yerli xammal əsasında istehsal olunan materialların idxal materialları qədər bahalaşması sırf süni amillərlə bağlıdır. Özü də ölkədə tikinti həcminin artmadığı, yəni tələbatın çoxalmadığı bir şəraitdə. Rəsmi statistikaya baxsaq, bu ilin 9 ayında Azərbaycanda sahəsi 1 milyon 529 min 757,5 kvadratmetr olan 11 814 yaşayış mənzili istifadəyə verilib. Ölkə üzrə tikintiyə investisiya qoyuluşu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalmaqla 1 milyard 770 milyon 547,3 min manat təşkil edib ki, bunun da 727 milyon 233,1 min manatı (24,2 faiz azalma) mənzil tikintisinə yönəldilib. Hökumətin 2022-ci ildəki iqtisadi artım proqnozlarından aydın olur ki, azad olunan topraqların yenidənqurulması işlərinin genişlənməsinə baxmayaraq, tikinti sektorunda artım ən aşağı göstəricilər sırasındadır. Gələn il bu sahədə cəmi 2,9 faizlik artım proqnozlaşdırılır.

2021-ci ilin oktyabr ayında 2021-ci ilin sentyabr ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 5,1 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 8,5 faiz, heyvandarlıq məhsulları üzrə 2,0 faiz bahalaşıb. Göründüyü kimi, özünütəminat səviyyəsinin nisbətən yüksək olduğu aqrar məhsulların da istehsalçı qiymətlərində artım var. Bu artımın əsas səbəbi kimi daxildə qiymətləri tənzimlənən məhsulların tariflərinin artırılması çıxış edir. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, inflyasiyanın 4/5-ü qeyri-monetar amillər və bunun da təqribən 2/5-i daxili xərc amilləri - dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasından irəli gəlir.

Hökumətin yenilənmiş proqnozlarına görə, cari ildə orta illik inflyasiya 6.2-6.5 faiz, illik inflyasiya isə 9.5-10.5 faiz səviyyəsində gözlənilir. 2022-ci ildə isə fundamental amillərin dəyişməz qalması şərtilə illik inflyasiya 5-6 faiz səviyyəsində proqnozlaşdırılır.

Lakin həm müstəqil ekspertlər, həm də cəmiyyət rəsmi qiymət statistikasına inanmır: hər kəs bazarlarda qiymətlərin hər həftə dəyişdiyinin bilavasitə şahidi olur.

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanda bahalaşmanın bir səbəbi də idxal məhsullarına yüksək vergi və rüsumların tətbiq olunmasıdır: “Ölkədə yerli istehsalı olmayan və ya, çox cüzi olan mal və məhsullara 15 faiz gömrük rüsumu və 18 faiz ƏDV tətbiqi məntiqsiz olmaqla yanaşı, ölkədəki qiymət artımının əsas səbəblərindən biridir. Məsələn, dərman preparatları sosial məsələdir, insanların sağlamlığına, həyat keyfiyyətinə təsir göstərir. Ölkədə dərman istehsalı yox dərəcəsindədir, amma xaricdən gətirilən dərmanlara rüsum və vergi tətbiq olunur ki, bu da qiymətləri artıran əsas amillərdən biridir.

Bu gün rəsmi məlumat yayıblar ki, ölkədə əczaçılıq məhsulları istehsalı bu ilin yanvar-oktyabr aylarında kəskin artıb, keçən ilin ey dövrünə görə artım 90,2 faiz təşkil edir. Bu ilin ilk 10 ayında ölkədə cəmi 8,6 milyon manatlıq əczaçılıq məhsulları istehsal edilib. Bunlar əsasən tibbi maska və dezinfeksiya üçün tibbi spirtdir, vəssalam. Bəs yaxşı, ölkədə bu ilin 10 ayında nə qədər əczaçılıq məhsulları satılıb?! Bu ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə əczaçılıq məhsullarının satışı 36,3 faiz artaraq 758.6 milyon manat olub. Təsəvvür edin ki, ölkədə 10 ayda 758 milyon manatlıq əczaçılıq məhsulları satılıb, bunun cəmi 8 milyon manatını özümüz istehsal etmişik, 750 milyon manatını isə xaricdən almışıq və əczaçılıq məhsullarının qiymətində, azı 35 faiz rüsum-vergi var. Yəni bu gün 10 manata aldığımız dərmanı doğru gömrük-vergi siyasəti aparsaydıq, 6 manat 50 qəpiyə almalı idik.

Dövlət hökumət niyə rüsum-vergi yığır?! Bəli, vətəndaşına sağlıq, təhsil, sosial xidmətlər göstərmək, infrastrukturu yeniləmək, vətəndaşın ölkə daxilində və sərhədlərimizdə təhlükəsizliyini təmin etmək üçün. Yaxşı, vətəndaş xaricdən gətirilən dərmanı baha alıb içində 35 faiz rüsum-vergi niyə ödəsin ki?! Səhiyyə xərclərini azaldın, zatən qeyri-şəffaf xərcləyirsiz, əvəzində vətəndaşın cibinə birbaşa təsir edən rüsum-vergiləri də aşağı salın - vəssalam. Niyə sağ qulağı sol əllə qaşımağa davam edirsiniz ki?! Məsələn, bu ilin 10 ayında rüsum-vergilərə görə dərman alan vətəndaş əlavə 200 milyon manata yaxın pul ödəyib, bunu ödəməsin, siz də səhiyyə xərcindən 200 milyon manat azaldın - zatən vətəndaşdan topladığınız vergini vətəndaşa hesabat verərək xərcləmirsiniz, heç olmasa vətəndaşın cibinə dəyməyin, imkan verin dolansın".

Qeyd edək ki, inhisarçılıqdan qaynaqlanan süni qiymət artımının qarşısını almaq üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Ancaq son zamanlar bazardakı süni qiymət artımının qarşısını almaq istiqamətində bu qurumun fəaliyyəti müşahidə olunmur. Adıçəkilən qurum bahalaşmaya nə nəzarət, nə də müdaxilə edə bilir../.Yeni Müsavat

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda bahalaşan məhsulların siyahısı açıqlandı

    Azərbaycanda bahalaşan məhsulların siyahısı ...

    9-08-2021, 18:22

  • 
  • Ərzaq məhsulları sürətlə bahalaşır

    Ərzaq məhsulları sürətlə bahalaşır ...

    14-12-2016, 22:13

  • 
  • Azərbaycanda hansı ərzaqlar ucuzlaşdı, hansılar bahalaşdı

    Azərbaycanda hansı ərzaqlar ucuzlaşdı, hansılar ...

    10-12-2018, 22:36

  • 
  • Ermənistanda bahalaşma davam edir

    Ermənistanda bahalaşma davam edir ...

    11-09-2018, 10:30

  • 
  • Azərbaycanda içkilərin qiyməti - Bahalaşdı

    Azərbaycanda içkilərin qiyməti - Bahalaşdı ...

    13-05-2019, 17:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu