2018-ci ilin avqustunda Ermənistanda istehlak bazarında bahalaşma qeydə alınıb.
Ölkədə ərzaq malları və alkoqolsuz içkilər 1.7 faiz bahalaşıb.
Spirtli içkilər və tütün məmulatlarının qiyməti 1.5 faiz, qeyri-ərzaq məhsulları - 0.5, xidmətlərə görə tariflər - 1,5, ət - 2.4, meyvə - 3.3, tərəvəz - 6.5, ət məhsullarının qiyməti isə 8.6 faiz artıb.
Ümumilikdə istehlak mallarının artımı Ermənistanın bütün şəhərlərində qeydə alınıb. Yerevan və Aştarakda isə intensiv qiymət artımı müşahidə olunur.
Bununla yanaşı, süd məhsulları, o cümlədən pendir 1 faiz, yumurta - 5.9, qəhvə, çay - 0.1, balıq və dəniz məhsulları isə 0.5 faiz bahalaşıb.
Sorğu
Yeni dizaynımız necədir?