Gundemxeber.az » İqtisadiyyat » Nefti ucuzlaşdırmaq planı: Bayden Çin liderinə nə təklif edib...
ABŞ prezidenti Cozef Bayden Çin lideri Si Tszin Pinə neftin qiymətini aşağı salmaq üçün ortaq hərəkət planı təklif edib. virtualaz.org xəbər verir ki, bu haqda “South China Morning” nəşri öz mənbələrinə istinadən yazır. Bildirilir ki, təklif ABŞ prezidentinin Çin lideri ilə videokonfrans formatında bu günlərdə baş tutmuş danışıqları zamanı irəli sürülüb.
Təklifə əsasən ABŞ və Çin öz strateji neft ehtiyatlarının “qapılarını birlikdə açaraq” qiyməti kəskin aşağı sala bilər. Bu təklif Rusiya və Səudiyyə Ərəbistanının OPEC+ sövdələşməsində nəzərdə tutulduğundan artıq həcmdə neft hasil etmək çağırışlarını rədd etməsindən sonra meydana çıxıb.
Bildirilir ki, həm Çin, həm ABŞ enerji daşıyıcılarının yüksək qiymətindən ziyan çəkir. Hazırda hər iki ölkənin energetika nazirlikləri təklifin detallarını müzakirə edir. Çin tərəfi hələlik konkret öhdəliklər götürməyib və öz daxili tələbatını nəzərə alaraq hərəkət edəcəyini bildirir.
ABŞ-ın strateji neft ehtiyatlarının həcmi hazırda 727 milyon barrel təşkil edir, Çində isə 200 milyon barrelə yaxın ehtiyat neft var. Bu ehtiyatlarının bir hissəsinin bazara çıxarılması dünya bazarında neftin qiymətlərinə ciddi təsir göstərə bilər.
“South China Morning Post” hesab edir ki, ABŞ ola bilsin yaxın günlərdə strateji ehtiyatların bir hissəsini satışa çıxardığını elan edəcək, hətta Pekin onun təklifini dəstəkləməsə belə.
Neftin qiymətlərinin indiki səviyyəsi həm Çini, həm ABŞ-ı qane etmir. Çin iqtisadiyyatı enerji daşıyıcılarının bahalaşmasından ziyan çəkir, çünki bu ölkədə istehsal edilən və dünyanın hər yerinə ixrac edilən malların maya dəyəri artır. Nəticədə Çin mallarına tələbat azalır. ABŞ-da isə neftin sıçrayşla bahalaşması son 30 ildə ən yuxarı inflyasiya həddinə (6.2 faiz) gətirib çıxarıb.
Hasilatın artırılması üçün OPEC+ ölkələrinə göstərilən təzyiqlər nəticə verməyib və ona görə də ABŞ-da strateji ehtiyatların satışa çıxarılması, hətta ölkədən neft ixracının qadağan edilməsi təklifləri səslənir. Lakin analitiklərə görə, ABŞ-ın strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmaqla qiyməti uzun müddət aşağı saxlamaq mümkün olmayacaq./virtualaz.org
26-12-2015, 15:55
27-10-2015, 15:43
31-05-2018, 14:12
30-10-2015, 23:18
29-11-2017, 12:43
Sorğu
Yeni dizaynımız necədir?