GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » VARLILAR ÜÇÜN “VERGİ CƏNNƏTİ”, KASIBLAR ÜÇÜN “CƏRİMƏ İQTİSADİYYATI” –Azərbaycanda varlı təbəqəyə xüsusi vergilər niyə tətbiq olunmur?

VARLILAR ÜÇÜN “VERGİ CƏNNƏTİ”, KASIBLAR ÜÇÜN “CƏRİMƏ İQTİSADİYYATI” –Azərbaycanda varlı təbəqəyə xüsusi vergilər niyə tətbiq olunmur?

Tarix: 24-11-2021, 14:09 Bölmə :İqtisadiyyat Baxış: 428


2022-ci ilin dövlət büdcəsində Vergi Məcəlləsinə edilən növbəti dəyişikliklər, eləcə də cərimələr, rüsumlar və digər ödənişlərlə bağlı nəzərdə tutulan artımlar hökumətin yenə də əhalidən və sahibkarlardan mümkün qədər çox vəsait cəlb etməklə büdcəni doldurmaq niyyətində olduğundan xəbər verir. Təəssüf ki, növbəti ildə də əvvəlki illərdə olduğu kimi, nəticə etibarilə əhalinin sosial cəhətdən zəif təbəqəsi, eləcə də kiçik və orta sahibkarlıq subyektləri bu dəyişikliklərin mənfi təsirlərini öz üzərlərində daha çox hiss edəcəklər. İri biznes, yüksək vəzifəli məmur və oliqarxiya təbəqəsi isə həmişəki kimi öz kefində olacaq...

Hökumətin büdcə gəlirlərini təmin etmək üçün əhali arasında narazılıqla qarşılanan istənilən qeyri-populyar addımı atmaqdan çəkinməməsi, qiymət, rüsum, cərimə artımına, vergi sərtləşdirilməsi tədbirlərinə əl atması düşündürücüdür. Ən azından ona görə ki, Azərbaycanda nisbətən kasıb əhali və kiçik biznes subyektləri zatən ağır durumdadır. Varlı təbəqə isə onlardan fərqli olaraq, qat-qat daha geniş vergi və rüsum yığımı bazasına malikdir. Kasıb əhali onsuz da artıq “bir həsir qalıb, bir də Məmmədnəsir” vəziyyətindədir, varlı təbəqə isə nə pandemiya, nə də iqtisadi böhrandan ciddi zərər görür, əksinə, varlandıqca varlanır. Çünki Azərbaycanda bu təbəqənin gəlirləri heç də bazar iqtisadiyyatı qanunları yox, tamam başqa “kriteriyalar”, mənbələr əsasında formalaşır. Paradoks da ondadır ki, bu qeyd edilənlərə baxmayaraq, hökumətin büdcə yığımlarına cavabdeh strukturlarının gözü varlı məmur, iri biznes, oliqarxiya təbəqəsinin yox, yenə də kasıb əhalinin cibindədir...

Dünyada varlı kəsimin müxtəlif vergi və rüsum növlərinə cəlb olumasına dair çoxlu sayda nümunələr göstərmək olar. Bunun nəticəsidir ki, belə ölkələrdə varlı təbəqənin büdcə gəlirlərinin formalaşmasındakı payı Azərbaycanla müqayisə olunmayacaq qədər çoxdur. Azərbaycanda varlılar varlı olduqlarına görə daha çox pul ödəməli olduqlarını demək olar ki, yalnız ölkəyə özləri üçün iri mühərrik həcminə malik avtomobil gətirəndə gömrük rüsumu ödəyərkən və bir də öz lyuks maşınlarına premium markalı benzin tökərkən hiss edirlər. Digər ödəniş və rüsumlarda varlı təbəqə kasıb əhali ilə eyni tutulur. Hansı ki, bu təbəqənin büdcəyə, dövlətə daha böyük xeyri dəyə bilər və dəyməlidir də. Bu gün Badamdardan Şüvəlana, Qəbələdən Şəkiyə, Gəncədən Qazaxa, Lənkərandan Qubaya kimi minlərlə, on minlərlə, bəlkə də daha çox sayda qiyməti yüz minlərlə, milyonlarla ölçülən villalara, malikanələrə rast gəlmək olar. Hələ paytaxt Bakının mərkəzindəki bahalı mənzilləri demirik. Niyə onlar qiymətləndirilib, vergiyə cəlb olunmasın? Bunlar hamısı vergi tutulması üçün real və ciddi mənbələrdir.

Təbii qazı camaata limitlə və ildə bir neçə dəfə bahalaşdıraraq satanlar zəhmət çəkib bahalı əmlaklara malik olanlara da uyğun münasibət göstərsinlər, ən azından yüksək dərəcə ilə əmlak vergisi tətbiq etsinlər. Qiymətləri, rüsumları, vergiləri artırmaq, əvəzində əlilə, pensiyaçıya çox pul verməmək üçün müxtəlif dolaşıq sxemlər, mexanizmlər, limitlər və s. tətbiq edənlər gözlərinin qarşısındakı iri malikanələri, obyektləri və s. görmürlər? Axı, onları vergiyə cəlb etmək üçün daha sadə mexanizmlər var. Bəs, niyə onlardan istifadə olunmur?

Görünən odur ki, 1000 manat maaşla milyonluq villalarda yaşayanlara nə hökumətdəki müvafiq nəzarət strukturlarının, nə hüquq-mühafizə orqanlarının, nə məhkəmələrin, nə də vətəndaş cəmiyyətinin gücü çatır. Belədə, bəlkə vergi orqanı qabağa dursun? Deyək ki, belə məmur-oliqarxların büdcədən oğurladıqlarını əllərindən alıb, geri qaytarmaq çətindir, o zaman heç olmasa millətin, büdcənin hesabına tikilən malikanələrdən, iri obyektlərdən vergi tutulmasına nail olunsun. Axı, bu gün dənizi belə hasara alıb ucu-bucağı görünməyən sahələrə yiyələnənlər, milyonluq malikanələr tikənlər nəinki əmlak vergisi ödəyir, heç yandırdığı qazın, işığın pulunu belə vermək istəmirlər. Bu harınlamış təbəqə bilir ki, malik olduğu cah-cəlala görə ondan nə hesab soran, nə vergi tələb edən, nə də “bunu hansı pulla almısan”,- deyə sorğu-sual edən yoxdur. Çünki bunu soruşmalı olanların, məsələn, hüquq-mühafizə orqanlarının özləri də onlardan çox geri qalmır... 

Əslində, iri mülklər, obyektlər və digər tikililərlə yanaşı, eyni qaydada bahalı, lüks avtomobillər üçün də xüsusi vergi tətbiq etmək olar. Hansısa məbləğ müəyyən etmək olar ki, ondan artıq qiyməti olan maşınlardan dəyərinə görə vergi tutulsun. Bütün bunları edə biləcək mütəxəssislər də olmamış deyil. Məsələn, Dövlət Gömrük Komitəsində oturub, dərmandan oyuncağa, parfümeriyadan boyalara qədər bütün məhsullara rəsmi sənədlər yox, “bazar dəyərinə uyğun” qiymət qoyanları bu işə cəlb etmək olar... 

Bütün bu qeyd etdiklərimiz və sadalamadığımız bir çox digər vergi növlərinin, rüsumların tətbiqi əksər ölkələrin təcrübəsində var və onlardan varlı təbəqənin sosial məsuliyyət hiss etməsi, ölkənin büdcəsinə xeyir verməsi üçün istifadə olunur. Azərbaycanda isə hər il büdcə zərfində və ümumilikdə qanunvericilikdə, eləcə də Tarif Şurasının qərarlarında yalnız kasıb və orta təbəqənin maraqları ilə ziddiyyət təşkil edən “yeniliklər” görürük. Varlı təbəqə isə sanki ömürlük “sığorta kəməri”nə malikdir və bütün ziyanlı qərarlar ondan yan keçir.

Bir sözlə, ölkəmizdə uzun illər davam edən iqtisadiyyatın, büdcə siyasətinin azərbaycansayağı idarəetmə modeli ölkənin sosial-iqtisadi mühitini varlılar üçün “vergi cənnəti”, kasıblar üçünsə bahalaşma və cərimə iqtisadiyyatı şəklinə salıb. Hansı ki, bunun tam əksi olmalı idi...(azpolitika)

Cəlal Məmmədov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına çatacaq

    Vergi sanksiyalarının 50%-i vergi əməkdaşlarına ...

    9-06-2016, 16:42

  • 
  • Azərbaycanda vergi borcları ləğv olundu

    Azərbaycanda vergi borcları ləğv olundu ...

    30-12-2015, 13:03

  • 
  • “VERGİLƏR NAZİRLİYİNİN MÖVQEYİNDƏ SƏRTLƏŞMƏ OLACAQ” – Nazir anons etdi

    “VERGİLƏR NAZİRLİYİNİN MÖVQEYİNDƏ SƏRTLƏŞMƏ ...

    13-06-2019, 14:26

  • 
  • Fazil Məmmədovun işçiləri sahibkarlara divan tutur

    Fazil Məmmədovun işçiləri sahibkarlara divan tutur ...

    8-12-2013, 11:11

  • 
  • Vergi Məcəlləsində maraqlı dəyişiklik...

    Vergi Məcəlləsində maraqlı dəyişiklik... ...

    22-09-2014, 13:14


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu