GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Türkiyə ilə Azərbaycan arasında 15 milyard dollarlıq mübahisə

Türkiyə ilə Azərbaycan arasında 15 milyard dollarlıq mübahisə

Tarix: 14-12-2013, 23:17 Bölmə :Manşet Baxış: 816
Türkiyə ilə Azərbaycan arasında 15 milyard dollarlıq mübahisə
Bu ölkənin Hesablama Palatası müəyyən edib ki, Ankara indiki müqavilə ilə 2021-ci ilədək ARDNŞ-ə qaza görə artıq pul ödəməli olacaq

Türkiyədə Azərbaycanla 2010-cu ildə imzalanmış qaz alqı-satqı müqaviləsi ətrafında qalmaqal başlayıb.

Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, qalmaqala səbəb bu ölkənin Hesablama Palatasının (Sayıştay) hazırladığı hesabatdan sonra başlayıb.

Hesabata əsasən Türkiyə Azərbaycanla bağlanmış yeni müqaviləyə görə, indiyədək 1,4 milyard dollar ziyana düşüb. Belə davam etsə, 2021-ci ilə qədər Türkiyə Azərbaycana qaza görə 15 milyard dollar artıq ödəməli olacaq.

Xəbər verildiyi kimi, iki gün əvvəl ana müxalifət Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Aykut Erdoğdu enerji və təbii ehtiyatlar naziri Taner Yıldıza rəsmi sorğu ilə müraciət edərək Hesablama Palatasının açıqladığı hesabata izahat verməyi tələb edib.



Millət vəkili bildirib ki, nazir Sayıştayın hesabatından sonra “tut yemiş bülbül” kimi susmağı bir kənara qoyaraq Türkiyənin Azərbaycanla bağlanmış qaz müqaviləsinə görə milyardlarla dollar ziyana düşməsinə izahat verməlidir. A.Erdoğdu bu sövdələşmənin arxasında korrupsiya maraqlarının dayandığını deyib.

Türkiyənin gercekgundem.com saytında yer alan məqalədə Sayıştayın hesabatına istinadən bildirilir ki, Türkiyə ilə Azərbaycan arasında 2001-ci ildə bağlanmış müqavilənin 2008-ci ildə dəyişdirilməsinin hesabı ağır olub. Belə ki, 2008-ci ilə qədər Türkiyə Azərbaycandan aldığı 1000 kubmetr qaza görə cəmi 129 dollar ödəyirdi. Lakin 2010-cu ildə imzalanan və 2008-2010-cu illərdə alınan qazın da qiymət fərqinin ödənilməsini nəzərdə tutan yeni müqaviləyə nəticəsində Türkiyənin 2011-ci ildə ödədiyi qiymət 508 dollar olub.

Yada salaq ki, Türkiyə ilə Azərbaycan arasında əvvəlki qaz müqaviləsini Bülənt Ecevitin başçılıq etdiyi DSP-MHP-ANAP koalision hökuməti imzalayıb. Bu müqavilə əsasında Türkiyənin Azərbaycandan aldığı qazın qiyməti 70 dollardan aşağı, 120 dollardan isə yuxarı ola bilməzdi.

Eyni zamanda Türkiyənin qaz operatoru BOTAŞ Azərbaycandan aldığı qazı digər ölkələrə ixrac etmək hüququna da malik idi. Türkiyə bu anlaşma əsasında Azərbaycandan qaz almağa 2007-ci ildən başlayıb. Həmin il təbii qazın qiyməti dünya bazarlarında 300 dollardan yuxarı olsa da Türkiyə “Şahdəniz” qazına cəmi 120 dollar ödəyib.

“Şahdəniz” yatağının 1-ci fazasından Türkiyənin ildə 6 milyard kubmetr qaz aldığı nəzərə alınarsa, bu müqavilənin Ankaraya nə dərəcədə sərfəli olduğu aydındır.

Lakin Azərbaycan 2008-ci ildə qiymətlərə yenidən baxılmasını istəyib. Hesablama Palatasının hesabatında deyildiyi kimi, 2010-cu il, aprelin 4-də Azərbaycanla Türkiyə arasında yeni qaz müqaviləsi bağlanıb. Bu müqavilədə qazın qiymətinə qoyulmuş məhdudiyyətlər qaldırılıb. Eyni zamanda BOTAŞ Azərbaycan qazını üçüncü ölkəyə ixrac etmək hüququnu itirib.



Yeni müqaviləyə əsasən Türkiyə 2008-2010-cu illərdə alınmış qazın qiymət fərqinə görə ARDNŞ-ə 1,4 milyard dollar ödəyib. Sayıştay bildirir ki, indiki müqavilə əsasında BOTAŞ 2021-ci ilə qədər ARDNŞ-ə 15 milyard dollar artıq pul ödəməli olacaq.

İxrac hüququnu itirdiyi üçün BOTAŞ Azərbaycandan aldığı qazın 2,3 milyard kubmetrini Yunanıstana ixrac edə bilməyib və ARDNŞ-ə qaytarıb. Nəticədə Türkiyə Azərbaycan qazının ixrac hüququnu itirərək milyonlarla dollar gəlirdən məhrum olub.



CHP-nin korrupsiya ilə mübarizə komissiyasına rəhbərlik edən millət vəkili Aykut Erdoğdu enerji və təbii ehtiyatlar nazirini bu məsələ ilə bağlı korrupsiyada günahlandırıb.

“Azərbaycanla bağlanmış və Türkiyənin son dərəcə lehinə olan müqavilənin bu iqtidar tərəfindən pozulması nəticəsində xalqın cibindən 1,4 milyard dollar artıq pul ödənilib. İllər keçdikdə daha çox ödənəcək. Yazıq deyilmi bu millət? Anlaşmanın dəyişdirilməsi nəticəsində türk xalqı qaza görə ikiqat artıq pul ödəyir” - deyə Erdoğdu bildirib.



Qeyd edək ki, yeni müqavilə əsasında da Azərbaycan Türkiyəyə ən ucuz qaz satan ölkədir. Türkiyə qaza olan tələbatını Rusiya, İran və Azərbaycandan idxal hesabına ödəyir.

Virtualaz.org saytı bu yaxınlarda Türkiyə mətbuatına istinadən xəbər vermişdi ki, Ankara Azərbaycandan qazı digər ölkələrə nisbətən 100 dollar ucuz alır. Bu, Türkiyənin ildə 600 milyon dollar daha az vəsait ödəməsi deməkdir.

Bu baxımdan Türkiyə Sayıştayının Azərbaycanla bağlanmış yeni qaz müqaviləsinə görə hökuməti günahlandırması və müxalifətin narazılıqları anlaşılmazdır. Axı Azərbaycan öz sərvətini bu ölkəyə daim “su qiymətinə” sata bilməzdi. Azərbaycan hökuməti hazırda qazı öz əhalisinə 120 dollara satır, onu da hamı yandıra bilmir. Çünki ARDNŞ ölkənin qazlaşdırılmasına dair proqramı yarıtmaz yerinə yetirir və bir çox rayonlarda əhali qızınmaq üçün meşələri qırıb tükədir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hesablama Palatasının yeni sədrinə etirazlar başladı

    Hesablama Palatasının yeni sədrinə etirazlar ...

    25-11-2013, 14:39

  • 
  • Azərbaycan qaza görə Türkiyəyə ildə 600 milyon dollar “bağışlayır”

    Azərbaycan qaza görə Türkiyəyə ildə 600 milyon ...

    8-11-2013, 11:27

  • 
  • Ərdoğan siyasi partiya liderlərinə minnətdarlığını bildirib

    Ərdoğan siyasi partiya liderlərinə ...

    25-07-2016, 22:25

  • 
  • Azərbaycana 1.5 milyard dollar borcun verilməsi niyə təxirə salındı?

    Azərbaycana 1.5 milyard dollar borcun verilməsi ...

    8-06-2016, 12:37

  • 
  • TANAP kəməri ətrafında müəmma

    TANAP kəməri ətrafında müəmma ...

    8-12-2013, 23:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu