GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Gəlir inflyasiyanı üstələyibmi?

Gəlir inflyasiyanı üstələyibmi?

Tarix: 16-04-2022, 11:37 Bölmə :İqtisadiyyat Baxış: 439

Son illər Azərbaycanda bəzən rəsmi qurumlar eyni məsələ ilə bağlı fərqli rəqəmlər dilə gətirirlər. Bu yaxınlarda bu ziddiyyət özünü ölkədə istehsal edilən ərzaq buğdasının həcmi ilə bağlı göstərmişdi. Son günlər isə əhalinin gəlirləri ilə bağlı səslənən rəqəmlər müxtəlif müzakirələrlə müşahidə edilir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin iki ayında inflyasiya əməkhaqqı artımını təqribən 1.2 faiz üstələyib. Qurumun saytında yer alan məlumata görə, 2022-ci ilin yanvar-fevralında inflyasiya 12.2 faiz təşkil edib, ayrılıqda ərzaq isə 17.2 faiz bahalaşıb: "2022-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 768.3 manat olub".

Aprelin 12-də prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə isə dedi ki, bu ilin üç ayında ərzaq inflyasiyası 18, əhalinin gəlirləri 20 faiz artıb.

DSK bunu necə izah edir?

DSK-dan "Turan"a bildirilib ki, bu ilin yanvar-martında da inflyasiya 12.2 faiz olub. Həmin dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları 17, qeyri-ərzaq məhsulları 6.2, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 10.1 faiz bahalaşıb.

Eyni zamanda, qurumdan vurğulanıb ki, bu ilin yanvar-fevralında Azərbaycan əhalisinin nominal gəlirləri 9 milyard 282.9 milyon manat və ya hər nəfərə orta hesabla 924.5 manat təşkil edib: "Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin nominal gəlirləri 15.7 faiz, adambaşına düşən gəlirlər isə 15.3 faiz artıb. Mart ayında da artım müşahidə edilib. Ümumilikdə üç ay ərzində ötən illə müqayisədə artım 20 faiz təşkil edib".

Komitədən deyirlər ki, muzdla çalışanlarla ümumilikdə əhalinin gəlirlərini qarışdırmaq lazım deyil. Onların açıqlamasına görə, iki ayda 15, üç ayda isə 20 faiz artım deyildikdə, ümumilikdə əhalinin nominal gəlirləri nəzərdə tutulur.

"İllik əlavə olaraq 2.1 milyard manat ayrıldı"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "Turan"a deyilib ki, prezidentin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkədə sosial ödənişlərin ardıcıl şəkildə artırılmasında öz təsdiqini tapır: "2022-ci ilin əvvəlindən isə 3.4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün illik əlavə olaraq 2.1 milyard manat ayrıldı".

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna mövzu ilə bağlı bunları deyib: "Rəsmi məlumata görə, ölkədə ərzaq inflyasiyası səviyyəsi 17.2 faizdir, sadəcə, dövlət başçısı yəqin bunu yuvarlaq şəkildə 18 faiz səviyyəsində dedi".

Natiq Cəfərli
Natiq Cəfərli

Gəlirlərin artımı ilə bağlı iqtisadçı qeyd edib ki, ölkədə muzdla çalışanların sayı 1 milyon 700 mindir: "Ondan 900 mindən bir az yuxarısı dövlət sektoruna aiddir. Burada indeksləşmə qanunvericiliyə uyğun olaraq sahələr üzrə aparılır. Ortalama rəqəmin 20 faiz olduğu deyilir. Yəni, elə bir dövlət qulluqçuları var ki, onların maaşları 40 faiz, bəzilərinin 8-9 faiz artıb. Ortalama ilə isə 20 faiz artığını söyləyirlər".

"Özəl sektorda maaşlar o qədər artmayıb"

Amma, Natiq Cəfərlinin sözlərinə görə, ölkədə 700 min özəl sektorda rəsmən muzdla çalışan adamlar var ki, qanunvericilikdə onların əməkhaqqının artımı ilə bağlı heç bir öhdəlik yoxdur: "Sadəcə, minimum əməkhaqqı artırılanda özəl sektorun öhdəliyi bundan az maaş verməməkdir. Amma bundan yuxarı maaş işəgötürənlə işçi arasında müəyyənləşdirilir və belə bir qayda yoxdur ki, mütləq indeksləşmə aparılmalıdır, maaşlar 10-20 faiz artmalıdır. Ona görə də göstərilən dövr ərzində özəl sektorda maaşlar o qədər artmayıb".

İqtisadçı hesab edir ki, ümumilikdə ölkə əhalisinin gəlirlərinin ortalama 20 faiz artdığını demək doğru yanaşma deyil: "İnkişaf etmiş ölkələrdə artım sahələr üzrə açıqlanır. Məsələn, bank sektorunda bu qədər, səhiyyə sektorunda bu qədər, təhsil sektorunda bu qədər artıb. Əsas kimi bu metodologiya götürülməlidir".


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Devalvasiyadan sonra qiymətlərin nə qədər qalxdığı açıqlandı

    Devalvasiyadan sonra qiymətlərin nə qədər ...

    17-03-2016, 20:22

  • 
  • Rəsmi: bahalaşma 1,1 faizdir, orta əməkhaqqı isə 441 manata çatır

    Rəsmi: bahalaşma 1,1 faizdir, orta əməkhaqqı isə ...

    10-10-2014, 11:10

  • 
  • ​Azərbaycanda əhalinin gəlir səviyyəsi xeyli artıb - AÇIQLAMA

    ​Azərbaycanda əhalinin gəlir səviyyəsi xeyli ...

    17-11-2017, 20:00

  • 
  • Azərbaycan qiymət artımında öndə, əmək haqqı artımında isə sonda qərarlaşıb

    Azərbaycan qiymət artımında öndə, əmək haqqı ...

    22-01-2022, 12:19

  • 
  • Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox pul xərcləyib – 9,6 milyard manat

    Bakı əhalisi qeyri-ərzaq məhsullarına daha çox ...

    2-01-2019, 14:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu