2021-ci ilin yanvar-noyabr aylarında iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqı Azərbaycanda 2,9 faiz, Ermənistanda 7 faiz, Rusiyada 9,2 faiz, Qırığızıstanda 9,4 faiz, Moldovada 11,3 faiz, Tacikistanda 11,6 faiz, Belarusda 14,4 faiz, Özbəkistanda 15,3 faiz, Qazaxıstanda 16,7 faiz, Ukraynada 20,4 faiz artıb. Beləliklə də iqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqının artım tempinə görə Azərbaycan MDB dövlətləri arasında sonuncu yeri tutub. Yeri gəlmişkən, qiymətlərin artım tempinə görə də Azərbaycan ön sıralardadır.
Mənbə: MDB Statistika Komitəsi
P.S. Sizi bu postu paylaşmağa dəvət edirəm. Maksimum paylaşın ki, xalqı inkişaf nağılları ilə məst edənlər bəlkə bu cədvəli görüb, utandı, əgər onlarda utanan üz varsa.
P.P.S. Dostlar, şərhləriniz üçün minnətdaram, sizin rəylərinizi nəzərə alaraq daha bir sütunda inflyasiya göstəriciərini də əlavə etdim. Nəticəsi belə oldu ki, Azərbaycan MDB dövlərtləri arasında orta aylıq nominal əmək haqqı göstəricisi inflyasiyadan aşağı olan yeganə oldu. Bu iki göstərici arasında fərq - 5,7-dir. Bu isə o demədir, real olaraq Azərbaycanda orta aylıq əmək haqqı artmayıb, azalıb. Eyni zamanda nəzərə alın ki, Azərbaycanda inflyasiya ilə bağlı rəsmi məlumat müstəqil ekspertlər arasında şübhə doğurur, əslində gerçək inflyasiya DSK-nın alçıqladığı rəsmi rəqəmdən dəfələrlə yüksəkdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?