Gundemxeber.az » İqtisadiyyat » Qiymətlər yenidən artacaq: Növbəti bahalaşma dalğası gəlir - NƏ ETMƏLİ?
Hazırda dünyada qlobal bahalaşma, xüsusilə ərzaq təhlükəsizliyi ilə bağlı problemlər davam edir.
Məhz bahalaşma yalnız ərzaq deyil, bütün sahələrdə müşahidə olunur. Demək olar ki, hər gün qiymət artımının şahidi oluruq.
Yeni mövsümün gəlişi ilə qiymətlərin daha da artacağı gözlənilir. Gundemxeber.az-ın məlumatın agörə, məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, hazırda dünyada gedən siyasi proseslər beynəlxalq münasibətlərə və hətta iqtisadiyyata da təsir edir:
“Xüsusilə, Rusiya və Ukrayna arasındakı müharibə qlobal ərzaq tədarükünə və digər sahələrə mənfi təsir göstərir. Belə ki, enerji resurslarının qiymət artımı sənaye istehsalı olan məhsulların da qiymət artımına mənfi təsir göstərir.
Ölkəmizə idxal olunan məhsullarda bu qiymət artımını görürük. Həmçinin, ərzaq məhsullarının da davamlı olaraq qiyməti artır. Ümumiyyətlə, dünyada gedən proseslər göstərir ki, payız aylarında da bahalaşma davam edəcək. Həm kənd təsərrüfatı, həm texnoloji, həm digər ərzaq məhsullarında qiymət yenidən bahalaşacaq.
Hesab edirəm ki, inflyasiya da aratacaq. Çünki biz idxaldan asılı olan ölkəyik. Bunda dünyada gedən proseslərin də öz təsiri var. Ona görə də bahalaşma gözləniləndir".
Gundemxeber.az
17-12-2017, 21:45
17-02-2021, 11:38
15-02-2021, 17:27
3-12-2017, 20:09
11-09-2018, 10:30
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?