GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli - AKTUAL

Bahalaşma səngimir: Fəsadları necə aradan götürməli - AKTUAL

Tarix: 17-10-2022, 10:47 Bölmə :İqtisadiyyat Baxış: 387

Dünyada olduğu kimi ölkəmizdə də inflyasiya və bahalaşma prosesi davam edir. Ümumiyyətlə, bu il ərzində bahalaşma tendensiyasının heç bir ay ərzində səngimədiyi, əksinə, hər keçən müddətdə bir az da sürətlənərək, yüksələn xətt üzrə inkişafı müşahidə edilib. İlin başa çatmasına isə az qalır. Bu o deməkdir ki, 2022-ci il ən böyük bahalaşma ili olaraq yadda qalacaq.


Ötən 2 ay ərzində bahalaşma ən çox çörəyin, un məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının qiymətlərində qeydə alınıb. Ümumiyyətlə, 2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər, tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,2%, əvvəlki ilin avqust ayına nisbətən isə 20,8 % artıq olub.

Sentyabrda isə bahalaşma daha çox ət və ət məhsullarında qeydə alınıb. İçkilər və tütün məmulatları 18,9% bahalaşıb. Çörək, un, peçenye, makaron, toyuq əti, kolbasa məmulatları, süd və süd məhsulları, pendir, kəsmik, şəkərli süd, quru meyvələr, içki, şirə, su və mağazalardakı həyat üçün digər önəmli məhsulların da qiymətlərində artım baş verib.
Ümumiyyətlə, ölkəmizdə bahalaşma və inflyasiya göstəricisi 13%-i keçib. Yanvar-avqust aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 13,2%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,9%, qeyri-ərzaq məhsulları üzrə 7,2%, əhaliyə xidmətlər üzrə isə 10% təşkil edib. Avqustda istehlak qiymətləri indeksi iyula nisbətən 9%, ötən ilin eyni ayı ilə müqayisədə isə 14,2% yüksəldi.
Yay ayları bir sıra kənd təsərrüfatı məhsulları üzrə istehsal və tədarük mövsümü olsa da, qiymətlər nəinki ucuzlaşmadı, heç sabit də qalmadı. Keçən ilin əvvəlindən start götürən proses davam etdi. Bu gün də anoloji vəziyyət qalmaqdadır. Fikrimcə, üzü qışa doğru bəzi məhsullarda daha yuxarı tempə şahid ola bilərik. Belə ki, bunu ilk olaraq dünyada və o cümlədən, Avropada enerji böhranının səngiməyəcəyi gözləntisi deməyə əsas verir. Həm də ümumiyyətlə, üzü qışa doğru qiymətlərin qalxması ənənəvi xarakter daşıyır.
Bəs bu gedişat bizi hara aparır? Bahalaşma və inflyasiya prosesinin davamlılığı tendensiyasının ardıcıl ortaya çıxardığı mənfi fəsadlar necə və hansı yolla aradan qaldırılmalı və ya zəiflətdilməlidir? Bu ardıcıllıq nə vaxt və hansı həddə dayanacaq, yaxud dayana bilər?
Məsələ ondadır ki, proses sırf bizimlə əlaqədar amillərdən qaynaqlanmır. Hər şeyi ölkədaxili səbəblərlə izah etmək mümkün deyil. Söhbət qlobal trenddən, ümumi tendensiyadan gedir.
Məsələn, ötən ay Türkiyədə inflyasiya son 25 ildə rekord vurub. Sentyabrda ölkədə inflyasiya 3,08% artıb. İllik əsasda artım 83,45% təşkil edib ki, bu da 1997-ci ildən bəri rekord göstəricidir. Niderlandda inflyasiya sentyabrda 1963-cü ildən bəri ən yüksək həddə çatıb. Avqustda 12% təşkil edənn illik inflyasiya sentyabrda 14,5%-ə qalxıb və bu, inflyasiyanın izlənməyə başlandığı 1963-cü ildən bəri müşahidə edilən ən yüksək rəqəm kimi qeydə alınıb.
Xüsusilə enerji qiymətlərinin artmasının inflyasiyaya təsiri olub. Enerji qiymətləri sentyabr ayında əvvəlki ilin eyni ayına görə 200% artıb. Hazırda həm dünyada, həm ölkəmizdə bir tərəfdən bazar çox güclü nəzarət tələb edir, digər tərəfdən isə bunu tam olaraq təmin etmək mümkün sayılmır. O baxımdan ki, qiymətlərə sərt müdaxilə bazar mexanizmi prinsiplərinə ziddir.
Məsələn, bahalaşma və inflyasiya prosesində kənd təsərrüfatı və qida məhsullarının qiymətləri əsas yer tutur. Buna da zərurət yaradan, əsas hərəkət və təkanverici faktor rolunda çıxış edən enerjidaşıyıcılarıdır. Söhbət, qlobal miqyasdan gedir. Bizdə əsas yanacaq növləri üzrə qiymətlər nəzarətdə saxlanır. Bu, həmin yanacaq növlərinin daxildə istehsal edilməsi, yəni neft ölkəsi olmağımızla izah olunsa da, dövlətin "cibinin" hesabına başa gəlir. Ümumiyyətlə, istehlak bazarına nəzarət və müəyyən tənzimləmələr zamanı hökumət ziyana gedir, daha doğrusu, getməyə məcbur qalır. Bu səbəbdən də kompensasiya xarakterli üsul və mexanizmlərə əl atılmalı olur.
İndi tutaq ki, enerjidaşıyıcıları ölkəsi olmasaydıq, bunları da kənardan idxal etsəydik, haqqında danışdığımız bahalaşma və infyasiya göstəriciləri daha faciəli səviyyədə olardı. Ölkəmizdə proses hökumətin nəzarəti altındadır və ilin əvvəlindən bəri müxtəlif antiinflyasiya tədbirləri tədbiq edilir. Düzdür, effekt azdır. O səbəbdən ki, ortada obyektiv səbəblər mövcuddur. Bir sıra məhsulları idxal edirik, pul-kredit siyasəti mexanizmi çevik təsirə və idarəetməyə imkan yaratmır, bazarda qiymətlər üzrə zəncirvari əlaqənin bütün halqalarına nəzarət etmək mümkün deyil və sair.
Odur ki, bahalaşmanın səngiməsi üçün prosesin qlobal miqyasda dayanması lazımdır.. Yoxsa, xüsusən ən zəruri istehlak mallarının, qida ilə ərzağın qiymət yüksəlişi hələ uzun müddət müşahidə olunacaq.
Mənfi fəsadları aradan qaldırmaq tədbirlərinə gəldikdə isə, hesab edirəm, birinci növbədə, ölkəyə idxal olunan bəzi ərzaq məhsulları üzrə gömrük rüsumları və vergilər azaldılmalı, ikinci, yerli məhsulların bazarlara çıxışı, başqa sözlə desəm, reallaşdırılması imkanları maksimum asanlaşdırılmalı, üçüncüsü isə maaş, pensiya və sosial ödənişlər artırılmalıdır. Yəni, növbəti geniş sosial paket həyata keçirilməlidir. Bu, ilin əvvəlində olacaq. Ancaq həmin vaxta bahalaşma səngiyəcək, ya yox – orası məlum deyil.
Pərviz Heydərov/Azvision.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanda bahalaşma davam edir

    Ermənistanda bahalaşma davam edir ...

    11-09-2018, 10:30

  • 
  • Azərbaycanda bahalaşan məhsulların siyahısı açıqlandı

    Azərbaycanda bahalaşan məhsulların siyahısı ...

    9-08-2021, 18:22

  • 
  • Ərzaq məhsulları sürətlə bahalaşır

    Ərzaq məhsulları sürətlə bahalaşır ...

    14-12-2016, 22:13

  • 
  • 18 faiz bahalaşma olub - rəsmi açıqlama

    18 faiz bahalaşma olub - rəsmi açıqlama ...

    14-09-2017, 14:54

  • 
  • Azərbaycanda içkilərin qiyməti - Bahalaşdı

    Azərbaycanda içkilərin qiyməti - Bahalaşdı ...

    13-05-2019, 17:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (363)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu